Səyirici aritmiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

səyirici-aritmiya

Səyirici aritmiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Səyirici aritmiya nədir?

Səyirici aritmiya haqda danışmazdan əvvəl ürəyin strukturu haqda danışmaq lazımdır. Ürəyin dörd kameradan ibarət olduğunu bilirik. Bu kameralar bir-biri ilə həmahəng çalışır. Yəni əvvəlcə qulaqcıqlar yığılır, sonra mədəciklər yığılır, sonra yenə qulaqcıqlar və mədəciklər yığılır. Bu proses düzgün şəkildə davam edir. Çox zaman pasientlər soruşur ki, doktor, nədir bu aritmiya? Bax aritmiya – həmən bu nizamın pozulmasıdır. Tamamən elektriki bir xaos olur və bu səyrici aritmiyada bu xaos qulaqcıqlardan başlayır.

Düşünün ki, ürək dörd silindrdən ibarət bir mühərrikdir. Bu matorun artıq iki silindri, yəni iki qulaqcıq sıradan çıxdı. Təkcə mədəciklər çalışır, onlar özü də bəzən qulaqcıqların düzgün çalışmamasından dolayı yükə və təsirə düşür. Ürək yüklə, güclə işlədikdə nə baş verir? Təbii ki, lazımi şəkildə qanı pompa edə bilmir. Və xüsusən beyin olmaqla, orqanlar az qanla təmin olunur. Az qanla təmin olunan orqanlar normal çalışmaz, bütün orqanizmdə xaos başlayacaq. Amma bu barədə bir qədər sonra.

Səyirici aritmiya kimlərdə rast gəlinir?

səyirici aritmiya

Bu yaxınlarda yanıma 4 aylıq uşaq gətirmişdilər səyrici aritmiya ilə. Ona görə də bu suala belə cavab verəcəm- hər kəsdə. Hər yaş kateqoriyasında ola bilər.

Yaranma səbəbləri nələrdir?

Cavanlarda – yorğunluqdan, düzgün olmayan həyat tərzindən, idmanla çox şiddətli özünü yormaqdan və yuxusuzluqdan sonra.

Yaşlılarda- yüksək təzyiq, şəkər, zob.

Uşaqlarda isə çox zaman səbəbi tam öyrənilməmiş qalır. Mütləq şəkildə yanaşı orqanlar ciddi araşdırılmalıdır.

Səyirici aritmiyanın fəsadları nələrdir?

Əvvəl onu deyim ki, səyrici aritmiyanın fəsadları çox ciddidir. Yəni bu döyüntü növü zarafatı və ona barmaqarası baxmağı sevmir. Ən ciddi ağırlaşma da tromboemboliyadır. Səyrici aritmiya nəticəsində o xaosla yığılan qulaqcıqlarda yaranan tromb sıçrayır ürəyin. Ona görə ciddi şəkildə müalicəsi ilə məşğul olmaq lazımdır. Hər zaman şikayət önəmlidir. Məsələn ola bilər ki, pasient heç bir şikayət verməsin. Düzdür, bunun özü də arzuolunan hal deyil, ancaq ürəkdöyüntü elə bir məhfumdur ki, yanaşı orqanlara təsiri varsa şikayətlər çox olacaq.

Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Səyirici aritmiyanın əlamətləri

Təngnəfəslik, halsızlıq, boğulma, ayaqlarda şiş, yorğunluq, döyünmə, əsəbilik, ani fiziki hərəkətdən əldən düşmə və s. Bəzən belə xəstələr fərqli cür təngnəfəs olduqlarını deyirlər. Məsələn qeyd edirlər ki, əvvəllər pilləkən çıxanda boğulma olmurdu, amma indi məhz pilləkəndə boğulurlar. Digərləri gecələr yatağa uzananda boğulmanın olduğunu, oturaqlı vəziyyətdə keçdiyini deyirlər.Üçüncülər sakit yatdıqları yerdə birdən birə boğulmanın gəldiyini və tələsik qalxıb oturduqdan sonra azaldığını deyirlər. Təbii ki, şikayətlər ciddidir və araşdırması da ciddi aparılmalıdır.

Döyüntünün özü qulaqcıqlarda yaranır, qulaqcıq döyüntüsü öldürmə gücünə sahib deyil. Amma onun davam etməsindən yaranan tromb çox təhlükəli şəkildə beyin damarlarına keçib, damarları tutub insulta səbəb ola bilər. Uzun zaman xaotik yığılma ürək çatışmazlığının dərəcəsinin artmasına, ürəyin yığılma gücünün enməsinə və bunun nəticəsində artıq öldürücü ola biləcək mədəcik taxikardiyasının qoşulmasına səbəb ola bilər.

Səyirici aritmiyanın müalicəsi, Stimulyator və ya Pacemaker – cihaz implantasiyası

Müalicə- cavanlarda bayaq sadaladığım səbəblərdən dolayı olubsa, yəni içki sonrası, yuxusuzluq, rejimsizlik və s. o zaman onlar qaydasına qoyulduqda izsiz ötüb keçir. Ancaq hər hansı orqanik səbəb varsa, döyüntülər tez tez təkrarlanırsa, təzyiq və şəkər varsa, o zaman əmin olun ki, bu döyüntü davamlı formaya keçəcək və müalicəyə artıq ehtiyac var.

Sosial mediada paylaşın