Endokardit – Ürəyin ən təhlükəli xəstəliklərindən biri

endokardit

Endokardit – Ürəyin ən təhlükəli xəstəliklərindən biri

Endokardit ürəyin ən təhlükəli xəstəliklərindən hesab edilir. İllər öncə diaqnozu dəqiq qoyulmadıqda insanlar bu xəstəlikdən ölürdülər. Hal-hazırda da bir çox xəstəliklərlə qarışıq salınır və vaxtında kardioloqa müraciət olunmadıqda ölümlə nəticələnə bilir.

Endokardit nədir?

Endokardit – Ürək qapaqlarının, ürək və damarların içərisində yerləşən endotel təbəqənin infeksiyasıdır. Necə ki, hər hansı bir orqanımızda ( ağız boşluğu, boğaz, bağırsaqlar ) infeksion proses olduqda insanın qızdırması qalxır, eyni bu xəstəlikdə də insanda ilk olaraq qızdırma görsənər. Qızdırma çox zaman titrəmə ilə növbələşər və ilk dövrdə adi virus infeksiyası ilə dəyişik salına bilər. Bu zaman xəstələr yanaşı müxtəlif şikayətlər verə bilər. Oynaq ağrıları, ürəkbulanma, bəzən qusma, tənəffüsün çətinləşməsi. Bu xəstələrin bir qədər gecikmiş dövründə oynaqlarda düyünlər yaranmağa başlayır, bunlara Ossler düyünləri deyilir və əksəriyyət halda əllərin üzərində aydın nəzərə çarpır. Vaskulyar problemlər yəni damarlarla bağlı problemlər çox nəzərə çarpır, bu da müxtəlif ləkələr şəklində özünü biruzə verir.

Daha bir ciddi xəstəlik – Ürək xərçəngi- Oxumaq üçün yazıya daxil olun

Endokardit-in müəyyən olunması və müalicəsi.

Ürəyi dinlədikdə çox ciddi küy eşidilir, buradan yola çıxaraq xəstəyə mütləq exokardioqrafiya icra edilməlidir. Bu zaman qapaqlarda dəyişikliklər aydın nəzərə çarpır. Belə ki, qapaqların qalınlığı, qapaq üzərində müxtəlif kalsifik düyünlərin olması, qapaqların fibrozlaşması və çatışmazlıqları nəzərə çarpır. Bəzi xəstələrdə ritm problemləri, blokadalar, nəbzin qəflətən aşağı düşməsi, arterial təzyiqin yüksəlməsi nəzərə çarpmağa başlayır.

Endokardit-in müəyyən olunması və müalicəsi.

Təbii ki, daha doğru diaqnoz kardioloq və ya aritmoloq tərəfindən qoyulur və məhz kardioloq endokarditin nədən yarandığını, müalicəsinin necə gedəcəyini, ürəkdəki dəyişikliyin qalıcı olmaması üçün hansı müalicələrin aparılacağını təyin edir və bundan sonra da profilaktikasının necə aparılacağını xəstəyə bildirir. Antibiotik müalicəsi mütləqdir, ancaq mütləq qanın tərkibi dərin araşdırıldıqdan sonra hansı antibiotikə həssas olub olmaması müəyyənləşir, müalicədən sonra control exokardioqrafiya və təkrar qan analizləri istənilir. Uzun müddətli qoruyucu müalicə tədbirləri aparılır və bu həmçinin profilaktikaya da zəmin yaradır.

Endokarditin qarşısı necə alınmalıdır?

İlk gigiyenaya nəzarət dişlərdən başlamalıdır. Ağız boşluğu mütləq qaydada təmiz saxlanılmalı, dişlər çox tez-tez fırçalanmalı, çürüklər müalicə edilməlidir. Əks halda hər biri infeksiya üçün açıq qapıdır. Diş həkimi seçiminizə də çox ciddi riayət edin. Çünki diş kabineti natəmizliyi nəinki hepatit, müxtəlif ağır virus və infeksiya baxımından təhlükəli yerdir. Həmçinin ürək patologiyalarının yaranmasında da müəyyən rola sahibdir. Burada mütləq revmatizmin doğru müalicəsi də önəmlidir. Çünki revmatizmin ən çox zədələdiyi orqan ürəyin qapaqlarıdır. Zədəli qapaq isə ətrafdan virus və infeksiyalara çox həssasdır.

Növbəti mövzu – Aritmiya nədir

Sosial mediada paylaşın