Hamiləlik zamanı ürək-damar sistemində baş verən dəyişikliklər

Hamiləlik zamanı ürək-damar sistemində baş verən dəyişikliklər

Hamiləlik zamanı ürək-damar sistemində hansı dəyişikliklər baş verir?

Hamiləlik zamanı xanımların ürək-damar sistemində bir çox dəyişikliklər yaranır. Bu dəyişikliklər V-VIII həftədən başlayır və doğuşdan bir müddət sonraya qədər davam edir. Belə ki, baş verən dəyişikliklər zamanı qanın plazma hissəsinin həcmi 50% artır, qırmızı qan hüceyrələri çoxalır, ürək tez-tez döyünməyə başlayır və ürək hər yığılanda damara daha çox qan nasoslayır. Uşaqlığa gedən qanın həcmi artır, periferik damarlardakı müqavimət azaldığı üçün qan təzyiqi azca aşağı düşür. Vena damarlarında isə təzyiq qalxır və ayaqlarda şişkinlik yaranır.

Doğuş zamanı qan-damar sistemində dəyişikliklər

Doğuş müddətində isə ananın qan-damar dövranında qəfil dəyişikliklər yaranır. Bütün bunlara tab gətirmək üçün ürək-damar sistemi sağlam olmalıdır. Bəzi qadınlarda hamiləlikdən əvvəl ürək-damar xəstəlikləri olsa da, simptom və əlamət vermir, yəni gizli qalır. Yalnız hamiləlik vaxtı yuxarıdakı səbəblərə görə ürəyin işi artanda xəstəlik aşkarklana bilər. Bəzi ürək-damar xəstəlikləri var ki, belə xəstəliyi olan qadınların hamilə qalmağı yüksək risk təşkil edir. Belə xəstələrə kardioloq məlumat verməli, psixoloji dəstək və ailənin də yardımı ilə hamilə qalmaqdan vaz keçirilməlidir.

Hamiləlik fikrindən daşındırmalı olan xəstəliklər

Aşağıda sadalanan xəstəlikləri olan qadınlar hamiləlik fikrindən daşındırılmalıdır:

Yüksək ağciyər təzyiqi

Atma gücü ˂40% olan ürək çatışmazlığı

Ürək qapaq xəstəlikləri (aorta, pulmonar, mitral qapaqların ciddi darlığı, ya da ciddi çatışmazlığı )

Göyərmə əlaməti olan anadangəlmə ürək qüsurları

Aorta koarktasiyası

Protez ürək qapağı olanlar

Ürək divarının qalınlaşması xəstəliyi (hipertrofik kardiomiopatiya)

Sosial mediada paylaşın

Leave a Reply