Ürək xəstəliklərinin səbəbləri

Ürək xəstəliklərinin səbəbləri

Ürək xəstəlikləri və ondan qorunmaq üçün, ürək xəstəliklərinə yol açan səbəbləri bilmək və buna uyğun yaşam tərzini nizamlamaq lazımdır. Ürək xəstəliklərinin yaranmasına bir çox səbəb var. Bu xəstəliklərə zəmin yaradan səbəbləri bu cür sıralaya bilərik:

  • Siqaret çəkmək;
  • Paketlənmiş, hazır qidalardan istifadə etmək;
  • Hərəkətsizlik;
  • Artıq çəki və obez;
  • Yüksək qan təzyiqi və xolesterin nəzarət altına alınmazsa, zamanla ürək zədələnəcək və bu da ürək xəstəliklərinə yol açır.

Bunlardan əlavə hamilə qadınlarda təzyiqin ani yüksəlməsinə səbəb olan preeklampsi də ürək xəstəliklərinə səbəb ola bilər.

Ürək Xəstəliklərinin Simptomları Hansılardır?

Ürək xəstəlikləri, qadınlar və kişilərdə fərqli əlamətlərlə özünü biruzə verə bilər. Ancaq yenə də ümumi simptomlar mövcuddur. Bu əlamətlər davamlı olmaqla yanaşı, həm də öz-özünə yaxşılaşmır. Kişilərdə və qadınlarda görülə bilən ürək xəstəliklərinin ən çox müşahidə edilən əlamətlərini aşağıdakı kimi sıralamaq olar:

  • Sinə ağrısı;
  • Sürətli ürək döyüntüsü;
  • Sinə təzyiqi və sinədə narahatlıq hissi;
  • Ürək damarlarının sərtləşməsi və ya daralması nəticəsində ayaq və qollarda ağrı, uyuşma və ya zəiflik;
  • Anidən yaranan nəfəs darlığı;
  • Boyun, çənə, boğaz, yuxarı qarın və ya arxa nahiyələrdə ağrılar;
  • başgicəllənmə və huşunu itirmə;
  • Ürək yerindən çıxacaq kimi döyünür və ya hiss olunmayacaq qədər yavaş döyünür;
  • Quru və davamlı öskürək;
  • Ayaqların, qarın və göz ətrafının şişməsi.

 

Sosial mediada paylaşın

Leave a Reply