Başgicəllənmənin 10 səbəbi

kardioloq gunay rehimova

Başgicəllənmənin 10 səbəbi

Təkrarlanan və ya şiddətli başgicəllənmə bir insanın həyatına ciddi şəkildə təsir edən haldır. Başgicəllənmə tez-tez aşağıdakı fəaliyyətlər zamanı baş verə bilər:

  • Sürətlə öz ətrafında fırlanmaq
  • Qəfil oturma və ya ayağa qalxma
  • Ağır məşq kimi fiziki fəaliyyətlər.

Çox vaxt insanlar başgicəllənməyə nəyin səbəb olduğunu başa düşə bilirlər. Ancaq bəzi hallarda başgicəllənmənin altında yatan faktoru müəyyən etmək asan olmaya bilər.

Başgicəllənməyə səbəb ola biləcək əlamətlər aşağıdakı kimi sıralana bilər:

Vertigo

Vertigo; İnsanın ətraf mühiti  fırlanan, ətrafdakı cisimləri isə sanki əyilirmiş kimi qəbul etməsi vəziyyətdir.

Xəstəlik yox, simptom və ya əlamət olan vertigoya balans sinirinin iltihabı, daxili qulaq balans sisteminin funksiyasının pozulması, daxili qulağın iltihabı, daxili qulağın migreni, psixoloji səbəblər, yüksək təzyiq və ya səsə məruz qaldıqdan sonra daxili qulağın zədələnməsi, daxili qulaq sinirindən yaranan şiş, daralma beyin qan damarları, beyin şişləri boyun, onurğa və əzələ quruluşunda meydana gələn xəstəliklər səbəbiylə tarazlıq pozğunluğu baş dönmə və tarazlıq pozuqluqlarına səbəb ola bilər.

Hərəkət xəstəliyi

Avtomobil, təyyarə, qayıq kimi nəqliyyat vasitələrində təkrarlanan hərəkətlər; daxili qulaqdakı strukturların funksiyalarını pozur. İctimaiyyət arasında “hərəkət xəstəliyi” və ya “dəniz xəstəliyi” kimi adlarla tanınır. Hərəkət xəstəliyi insanlarda ürəkbulanma və qusma, eləcə də başgicəllənmə kimi simptomlara səbəb ola bilər.

Hamilə olmaq və müəyyən dərmanlar qəbul etmək, insanın hərəkətə qarşı həssaslığını artıraraq, hərəkət xəstəliyinin riskini artıra bilər. Hərəkət xəstəliyinin simptomları şəxs avtomobildən düşəndə ​​və ya avtomobili dayandırdıqda yox olur.

Miqren

Migren başın bir tərəfində zərblə vurulmuş tərzdə ağrılar ilə xarakterizə olunan xroniki xəstəlikdir.Migren xəstələri  ağrı zmanı başgicəllənmə hiss edə bilərlər.

Migren xəstələrinin bəzilərində ağrıdan əvvəl “aura” adlanan nevroloji simptomlar olur. Aura insanın görmə, nitq və motor idarəetməsində dəyişikliklər və ya problemləri əhatə edir. Baş gicəllənməsi də aurada görülən əlamətlərdən biridir. Aura əlamətləri göstərməyə başlayan miqren xəstələri baş ağrısının tezliklə başlayacağını anlayacaqlar.

Aşağı qan təzyiqi

Qan təzyiqinin qəfil azalması başgicəllənməyə səbəb ola bilər. Oturmaq və qəfil qalxmaq kimi mövqe dəyişiklikləri də qan təzyiqinin ani düşməsinə səbəb ola bilər. Aşağı qan təzyiqinə səbəb ola biləcək digər əlamətlər bunlardır:

  • Dehidratasyon
  • Qan itkisi
  • Ağır allergik reaksiyalar
  • Hamiləlik və s.

Ürək-damar xəstəlikləri

Ürək-damar sistemini və ürək çatışmazlığına təsir edən damarlarda lövhə meydana gəlməsi kimi xəstəliklər başgicəllənməyə səbəb ola bilər. İnfarkt və ya insult keçirmiş bəzi xəstələrdə hadisədən əvvəl və ya sonra başgicəllənmə kimi simptomlar da ola bilər. Ürək-damar xəstəliklərində başgicəllənmə ilə yanaşı;

  • Ürək ritmində pozuntular
  • Nəfəs darlığı
  • Sinə içində sıxılma hissi
  • Davamlı öskürək
  • Qollarda və ayaqlarda mayenin yığılması, şişkinlik
  • Yorğunluq,
  • Ürəkbulanma və qusma kimi simptomlar baş verə bilər.

Dəmir çatışmazlığı

Dəmir bədəndə oksigenin daşınmasından məsul olan hemoglobinin strukturunda iştirak edir. Dəmir çatışmazlığı halında anemiya meydana gəlir, çünki kifayət qədər hemoglobin istehsal edilə bilməz. Anemiyası olan insanlarda;

  • Başgicəllənmə
  • Nəfəs darlığı
  • Sinə ağrısı
  • Yorğunluq
  • Solğun dəri rəngi
  • Saç tökülməsi kimi simptomlar görünə bilər.

Aşağı qan şəkəri

Hipoqlikemiya qan şəkərinin normadan aşağı düşməsidir. Zəif qidalanma, spirt qəbulu, insulin və ya aspirin kimi dərmanların istifadəsi, hormonal problemlər kimi vəziyyətlər; hipoqlikemiya riskini artırır.

Hipoqlikemiya simptomları birdən görünə bilər və aşağı qan şəkərinin səviyyəsindən asılı olaraq yüngül və ya ağır ola bilər. Hipoqlikemiyada müşahidə olunan simptomlar;

  • Başgicəllənmə
  • Balans itkisi
  • Yorğunluq
  • Baş ağrısı
  • Aclıq
  • Əhval dəyişikliyi
  • Konsentrasiyada çətinlik
  • Ürək ritmində pozuntular kimi qəbul edilə bilər.

Otoimmün daxili qulaq xəstəliyi

Otoimmün daxili qulaq xəstəliyi (Autoimmune Inner Ear Disease, AIED) immunitet sisteminin səhvən daxili qulaqdakı strukturlara hücum etdiyi bir xəstəlikdir. AIED bir və ya hər iki qulaqda eşitmə itkisinə səbəb ola bilər.

Stress

Uzunmüddətli və ya xroniki stress; depressiya, narahatlıq, diabet, ürək xəstəlikləri, immun sisteminin disfunksiyası kimi ciddi sağlamlıq problemlərinin inkişafında rol oynayır. Stress zamanı orqanizmdə tənəffüs və qan dövranı sisteminə təsir edən hormonlar ifraz olunur. Bu hormonlar bədəndə qan damarlarının daralması, ürək döyüntülərinin artması, sürətli tənəffüs kimi təsirlər göstərir. Bütün bu təsirlər başgicəllənmənin inkişafına səbəb ola bilər. Stress vəziyyətində bədəndə görülən digər əlamətlər;

  • Tərləmə
  • Titrəmə
  • Baş ağrısı
  • Sinə ağrısı
  • Ürək döyüntüsünün artması
  • Konsentrə ola bilməmək
  • Mədə bulanması və s.

Panik atak

Başgicəllənmə narahatlığın ümumi simptomlarından biridir. Ancaq narahatlıq problemi olan insanlarda başgicəllənmə dərəcəsi fərqli ola bilər. Panik atak problemi olan bəzi insanlarda atak zamanı başgicəllənmə görülür.

İmtahan və ya emosional cəhətdən çətin bir vəziyyətlə məşğul olmaq kimi stresli hadisələr panik atak hücumuna səbəb ola bilər. Panik atak zamanı insanlarda başgicəllənmə, ətraf mühitdən uzaqlaşma, ürəkbulanma kimi simptomlar görünə bilər. Digər əlamətlər:

  • Narahat əhval-ruhiyyə
  • Narahatlıq hissi
  • Konsentrə ola bilməmə
  • Yuxu problemləri
  • Əhval dəyişikliyi
  • Əsəbilik
  • Baş ağrısı
  • Tərləmə,
  • Ağız quruluğu
  • Ürək döyüntüsünün artması

Sosial mediada paylaşın

Leave a Reply