Aritmiya nədir, necə meydana gəlir?

aritmiya

Aritmiya nədir, necə meydana gəlir?

Bu yazımızda aritmiya nədir, necə meydana gəlir, aritmiyaların növləri haqda söhbət açacağıq. Həmçinin aritmiyaların əlamətləri, müəyyən olunma metodları və müalicəsi haqda danışacağıq

Aritmiya nədir?

Ürəyin içərisində xəbərdarlıq düyünü deyilən sinus düyünü yerləşir. Ürək bradikardik və taxikardik atsa da xəbərdarlıq məhz bu düyündən çıxır. Bu nöqtədən xəbərdalığın çıxmayıb, ürək içərisində başqa bir nöqtədən çıxması halını aritmoloq aşkar etdikdə aritmiya haqqında danışmaq olur. Taxikardiya ürəklə əlaqədar olmayan hər hansı bir xəstəliklə əlaqədar yarana bilər. Bu zaman ilkin olaraq o xəstəlik müayinə və müalicə edilməlidir.

Səyirici aritmiya

Aritmik xəstəliklərin ən çox yayılmış növü, xüsusən yaşlılarda daha çox gərünəni səyrici aritmiyadır. Bu termin həkim olmayan səhifə oxuyucularına yad gələcək, amma bir çox əlamətləri yəqin ki, yaxınlarınızda, yaşlılarınızda rastınıza çıxır.

Şəkildə üstdə anormal, altda normal kardioqramma göstərilib. Üstdəki nümunədə ürəyin nizamsız, aralıqlarla atışı rahatlıqla görünür. Bu səyrici aritmiyadır.

aritmiya anormal kardiaqramma
Anormal kardiaqramma
aritmiya normal kardiaqramma
Normal kardiaqramma

Ürəyimizin çox vacib kameralarından biri də qulaqcıqlardır. Onlarda impuls yaranar və aşağılara ötürülər. Səyrici aritmiyada o impuls bir yerdə deyil, həddan artıq çox yerdən elektriklənməyə və nizamsız, xaotik şəkildə ürək boşluqlarında dövr etməyə başlayır. Ürək hər səfərində normal yığılmadığına görə onun boşluqlarında, divarlarda tromb əmələ gəlmə riski də artır. Ritm bir neçə vaxtdan sonra normala dönməyə cəhd göstərdikdə ürək bir dəfə möhkəm yığılır və boşluqda ya divardakı tromb müxtəlif yerlərə xüsusən də beyinə sıçrayış edir.

Səyirici aritmiyanın əlamətləri

Səyrici aritmiyada xəstələr ürəyin anidən titrəməsindən, vurub-vurub dayanmasından, anidən başlayan nizamsız, elə bil “quş pırıltısına” bənzər döyüntüsündən şikayət edəcəklər. Bəzən döyüntü günlərlə keçmədiyi kimi bəzən də yarım saata və ya on dəqiqəyə öz-özünə, yavaş-yavaş sonlanacaq. Xəstələrin bir çoxu bunu böyük narahatlıqla qarşılayacaq, bir çoxu çox zəif hiss edəcək, bəzilərində isə adi kardioqramma və ya Holter müayinəsi zamanı aşkar ediləcək.

Aritmiya necə müəyyən olunur?

Aritmiyaları müəyyən etməyin bir neçə üsulu vardır. Bu üsullara aşağıdakıları misal gətirmək olar:

Elektrokardiorqamma üsulu

İlk növbədə ən sadə üsul  Elektrokardiorqammadır. Bu müayinə kardioqramma çəkilən anda aritmiya mövcuddursa aktualdır.

Holter müayinəsi

Əgər Elektrokardiaqramma çəkilən anda aritmiyanız yoxdursa, o zaman Holter müayinəsi sizin köməyimizə gələ bilər. Bu müayinə metodunda sizin üzərinizə kiçik, kanardan görünməyən bir cihaz bağlanır, bu cihaz durmadan, 24 saat ərzində sizin ürək ritminizi qeyd edir. Onunla evə gedirsiniz, gündəlik işlərinizi görürsünüz. Ertəsi gün cihazı bizə təhvil verirsiniz və biz onu açıb incələyirik, hansı saatda sizin qəlb ritminizdə nə kimi dəyişiklik olduğunu müəyyənləşdiririk.

Aritmiya müayinəsində Exokardioqrafiya metodu

Aritmiyanın ürəklə əlaqədar xəstəliklərində mütləq müayinə metodundan biri də  Exokardioqrafiyadır. Bu sadə dillə desək ürəyin USM müayinəsidir. Bu müayinə üsulu ilə ürək əzələsinin necə çalışdığı, aritmiyaya səbəb olub olmadığı, ürəkdəki qapaqların vəziyyəti müəyyənləşir.

Ürək xərçəngi, yaranma səbəbləri, simptomları və növləri

Elektrofizioloji müayinə

Bu sadaladığımız müayinə üsulları qeyri-invaziv üsullardır, sadədir, aritmiya zamanı xəstənin xəstəxanaya yerləşdirilərək orda qalmasını tələb etmir. Bəzi hallarda proses daha mürəkkəb olduqda və ya aritmiya göstərdiyimiz üsullarla müəyyənləşmədikdə biz Elektrofizioloji müayinə deyilən bir üsuldan istifadə edirik. Bu kiçik invaziv üsuldur. Xəstə masaya yatırılır, ayaq venasından, bəzən lazım gələrsə atreriyasından nazik kateterlə ürəyin elektrik sisteminə xüsusi impulslar verilir. Bu impulslar vasitəsi ilə aritmiyanın var olub olmadığı, hansı müalicə üsulunun gərəkli olduğunu aşkarlamaq mümkündür. Xəstə üçün bunun heç bir təhlükəsi yoxdur, ağrısızdır və hətta bu üsuldan  2-4 saat sonra xəstə evinə gedə bilər.

Həkimə nə vaxt müraciət etməli

Yaşlı xəstələrdə qəfildən insult (beyinə qan sızma) yaranmasının altında çox zaman səyirici aritmiya yatır. Xəstəliyin ilk başlayan dövrlərində onu normala döndərmək çox asandır və bu halda xəstəlik çox zaman bir daha geri qayıtmır, lakin xroniki hal aldıqda , ürək boşluqları böyüyüb ürək çatmamazlığına gətirib çıxartdıqda xoşagəlməz hallar qaçınılmazdır. Buna görə də vaxtında bizə müraciət edib, vaxtında lazımi medikal müalicəni alıb istənməyən hallardan özünüzü və yaxınlarınızı qorumuş olarsınız.

Həmçinin oxu: Stimulyator və ya Pacemaker – cihaz implantasiyası

Sosial mediada paylaşın