Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Aritmoloq kimdir?

Aritmoloq ürəyin ritm problemləri ilə məşğul olan həkimdir. Əvvəllər ürəkdə olan ritm problemləri ilə kardioloqlar məşğul idi. Lakin son illərdə bu sahənin çox böyük sahə olduğu, xəstələrin çoxluq təşkil etdiyini nəzərə alsaq, Azərbaycanda da uzun illərdir ki, aritmologiya kimi şöbələr fəaliyyət göstərir.

Aritmoloq hansı xəstəlikləri müalicə edir?

Aritmoloq nəbzdə yaranan xəstəlikləri müalicə edir. Nəbzdə yaranan problem iki cür olur: nəbzin yavaşlaması və nəbzin sürətlənməsi.

Sürətlənmə bəzən sinus taxikardiyasından, bəzi hallarda isə anormal döyüntülərdən yarana bilir. Məsələn, supraventrikulyar taxikardiyalar, ürəkdə əlavə yollar, volf Parkinson vayt sindromu, sürətli mədəcik taxikardiyaları, səyirici aritmiyalar, ekstrasistoliyalar- bunlar hamısı sürətlənmiş nəbzə aid olan problemlərdir.

Bir də nəbzin yavaşlaması var. Sinus bradikardiyası- bu bəzən idmançılarda normal hesab oluna bilər,bəzi hallarda isə, məsələn, xəstə sinus sindromunda, tam av blokadalarda və ya mobitz 2-1, mobitz 2-2 blokadalarda patoloji hesab edilir.

Aritmiya necə müalicə olunur?

Aritmiya hallarının hamısında pasient müəyyən narahatçılıqlar hiss edir və əlbətdə ki, həkimə müraciət edir. Əgər döyüntülər anormaldırsa, onlara ilk öncə aritmoloq müəyyən müayinələr icra edilir. Döyüntünün sırf ürəklə, yoxsa digər orqanlarla əlaqədar olduğu aydınlaşdırılır və ürəklə əlaqədar formalarında dərmanlar təyin edilir.

Lakin dərmanın heç bir təsiri yoxdursa, o zaman pasientə əməliyyat yolu ilə döyüntünün ləğvi, yəni ablasiya təklif edilir. Bu üsulla döyüntü birdəfəlik aradan qalxır.

Aşağı nəbzdə isə pasientə bu narahatçılıq verirsə bunu heç bir dərmanlarla yüksəltmək mümkün deyil. Bu zaman ilk öncə altda yatan səbəb araşdırılır. Səbəb ürəyə bağlıdırsa və simptomatikdirsə o zaman pasientə ürəkdaxili cihaz implanatsiyası edilir.

Stimulyator və ya cihazların növləri

Cihazların bir neçə növləri var. Bəzi cihazlar sadəcə ürəyin nəbzini yüksəltmək üçün nəzərdə tutulubsa, digər cihazlar həm də defibrilyasiya funksiyasının yerinə yetirmək üçündür. Məsələn, pasientdə o qədər sürətli döyüntü var ki, bu döyüntü onun ölümünə səbəb ola bilər. Bu zaman da düşünün ki, xəstə xəstəxanada deyil, evindədir, bu ürəyin içərisindəki cihaz təhlükəni hiss edərək ürəyin içəridən defibrilyasiya edərək döyüntünü dayandıracaqdır.

Bəzi cihaz növləri isə bir neçə funksiya yerinə yetirir. Nəbzi yüksəltmək, lazım gəldikdə defibrilyasiya etmək, ürək çatışmazlığının əlamətlərini azaltmaq, ürəyin yığılma funksiyasının pozulmasının qarşısını qismən almaq. Bu cihazlar haqda yazıya klikləyərək oxuya bilərsiniz

Aritmologiya elmi və Azərbaycanlı aritmoloq-lar

aritmoloq Günay Rəhimova Ata Kırılmaz
Aritmoloq Günay Rəhimova və Ata Kırılmaz

Aritmologiya böyük elmdir və çox aktualdır. Azərbaycanda da bu sahədə mütəxəssisin az olması, xəstənin çox olması son illərdə bu bölümə marağı daha da artırıbdır. Avrasiya Hospitalda aritmologiya bölümü 6 ilə yaxındır fəaliyyət göstərir. Bölüm iki aritmoloq həkimdən, iki texnik heyyətdən təşkil olunub. Həkimlərdən biri professor Ata Kırlmaz, digəri mütəxəssis həkim Günay Rəhimovadır. Texnik heyyət bu sahədə tam ixtisaslaşma keçmişdir. Bölümdə həm ablasiyalar, həm cihaz implantasiyası həyata keçirilir. Ayda 20-30-a yaxın xəstə ablasiya yolu ilə onu narahat edən döyüntülərdən azad olur, ürək çatışmazlıqlarının hər növü həm müalicə, həm cihaz implantasiyaları ilə problemdən azad olur.

Sosial mediada paylaşın