səyirici-aritmiya

Səyirici aritmiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Səyirici aritmiya nədir?

Səyirici aritmiya haqda danışmazdan əvvəl ürəyin strukturu haqda danışmaq lazımdır. Ürəyin dörd kameradan ibarət olduğunu bilirik. Bu kameralar bir-biri ilə həmahəng çalışır. Yəni əvvəlcə qulaqcıqlar yığılır, sonra mədəciklər yığılır, sonra yenə qulaqcıqlar və mədəciklər yığılır. Bu proses düzgün şəkildə davam edir. Çox zaman pasientlər soruşur ki, doktor, nədir bu aritmiya? Bax aritmiya - həmən bu nizamın pozulmasıdır. Tamamən elektriki bir xaos olur və bu səyrici aritmiyada bu xaos qulaqcıqlardan başlayır.

Düşünün ki, ürək dörd silindrdən ibarət bir mühərrikdir. Bu matorun artıq iki silindri, yəni iki qulaqcıq sıradan çıxdı. Təkcə mədəciklər çalışır, onlar özü də bəzən qulaqcıqların düzgün çalışmamasından dolayı yükə və təsirə düşür. Ürək yüklə, güclə işlədikdə nə baş verir? Təbii ki, lazımi şəkildə qanı pompa edə bilmir. Və xüsusən beyin olmaqla, orqanlar az qanla təmin olunur. Az qanla təmin olunan orqanlar normal çalışmaz, bütün orqanizmdə xaos başlayacaq. Amma bu barədə bir qədər sonra.

Səyirici aritmiya kimlərdə rast gəlinir?

səyirici aritmiya

Bu yaxınlarda yanıma 4 aylıq uşaq gətirmişdilər səyrici aritmiya ilə. Ona görə də bu suala belə cavab verəcəm- hər kəsdə. Hər yaş kateqoriyasında ola bilər.

Yaranma səbəbləri nələrdir?

Cavanlarda – yorğunluqdan, düzgün olmayan həyat tərzindən, idmanla çox şiddətli özünü yormaqdan və yuxusuzluqdan sonra.

Yaşlılarda- yüksək təzyiq, şəkər, zob.

Uşaqlarda isə çox zaman səbəbi tam öyrənilməmiş qalır. Mütləq şəkildə yanaşı orqanlar ciddi araşdırılmalıdır.

Səyirici aritmiyanın fəsadları nələrdir?

Əvvəl onu deyim ki, səyrici aritmiyanın fəsadları çox ciddidir. Yəni bu döyüntü növü zarafatı və ona barmaqarası baxmağı sevmir. Ən ciddi ağırlaşma da tromboemboliyadır. Səyrici aritmiya nəticəsində o xaosla yığılan qulaqcıqlarda yaranan tromb sıçrayır ürəyin. Ona görə ciddi şəkildə müalicəsi ilə məşğul olmaq lazımdır. Hər zaman şikayət önəmlidir. Məsələn ola bilər ki, pasient heç bir şikayət verməsin. Düzdür, bunun özü də arzuolunan hal deyil, ancaq ürəkdöyüntü elə bir məhfumdur ki, yanaşı orqanlara təsiri varsa şikayətlər çox olacaq.

https://www.youtube.com/watch?v=67FyTa7HNRY
Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Səyirici aritmiyanın əlamətləri

Təngnəfəslik, halsızlıq, boğulma, ayaqlarda şiş, yorğunluq, döyünmə, əsəbilik, ani fiziki hərəkətdən əldən düşmə və s. Bəzən belə xəstələr fərqli cür təngnəfəs olduqlarını deyirlər. Məsələn qeyd edirlər ki, əvvəllər pilləkən çıxanda boğulma olmurdu, amma indi məhz pilləkəndə boğulurlar. Digərləri gecələr yatağa uzananda boğulmanın olduğunu, oturaqlı vəziyyətdə keçdiyini deyirlər.Üçüncülər sakit yatdıqları yerdə birdən birə boğulmanın gəldiyini və tələsik qalxıb oturduqdan sonra azaldığını deyirlər. Təbii ki, şikayətlər ciddidir və araşdırması da ciddi aparılmalıdır.

Döyüntünün özü qulaqcıqlarda yaranır, qulaqcıq döyüntüsü öldürmə gücünə sahib deyil. Amma onun davam etməsindən yaranan tromb çox təhlükəli şəkildə beyin damarlarına keçib, damarları tutub insulta səbəb ola bilər. Uzun zaman xaotik yığılma ürək çatışmazlığının dərəcəsinin artmasına, ürəyin yığılma gücünün enməsinə və bunun nəticəsində artıq öldürücü ola biləcək mədəcik taxikardiyasının qoşulmasına səbəb ola bilər.

Səyirici aritmiyanın müalicəsi, Stimulyator və ya Pacemaker – cihaz implantasiyası

Müalicə- cavanlarda bayaq sadaladığım səbəblərdən dolayı olubsa, yəni içki sonrası, yuxusuzluq, rejimsizlik və s. o zaman onlar qaydasına qoyulduqda izsiz ötüb keçir. Ancaq hər hansı orqanik səbəb varsa, döyüntülər tez tez təkrarlanırsa, təzyiq və şəkər varsa, o zaman əmin olun ki, bu döyüntü davamlı formaya keçəcək və müalicəyə artıq ehtiyac var.

Daha Ətraflı

Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Aritmoloq kimdir?

Aritmoloq ürəyin ritm problemləri ilə məşğul olan həkimdir. Əvvəllər ürəkdə olan ritm problemləri ilə kardioloqlar məşğul idi. Lakin son illərdə bu sahənin çox böyük sahə olduğu, xəstələrin çoxluq təşkil etdiyini nəzərə alsaq, Azərbaycanda da uzun illərdir ki, aritmologiya kimi şöbələr fəaliyyət göstərir.

Aritmoloq hansı xəstəlikləri müalicə edir?

Aritmoloq nəbzdə yaranan xəstəlikləri müalicə edir. Nəbzdə yaranan problem iki cür olur: nəbzin yavaşlaması və nəbzin sürətlənməsi.

Sürətlənmə bəzən sinus taxikardiyasından, bəzi hallarda isə anormal döyüntülərdən yarana bilir. Məsələn, supraventrikulyar taxikardiyalar, ürəkdə əlavə yollar, volf Parkinson vayt sindromu, sürətli mədəcik taxikardiyaları, səyirici aritmiyalar, ekstrasistoliyalar- bunlar hamısı sürətlənmiş nəbzə aid olan problemlərdir.

Bir də nəbzin yavaşlaması var. Sinus bradikardiyası- bu bəzən idmançılarda normal hesab oluna bilər,bəzi hallarda isə, məsələn, xəstə sinus sindromunda, tam av blokadalarda və ya mobitz 2-1, mobitz 2-2 blokadalarda patoloji hesab edilir.

Aritmiya necə müalicə olunur?

Aritmiya hallarının hamısında pasient müəyyən narahatçılıqlar hiss edir və əlbətdə ki, həkimə müraciət edir. Əgər döyüntülər anormaldırsa, onlara ilk öncə aritmoloq müəyyən müayinələr icra edilir. Döyüntünün sırf ürəklə, yoxsa digər orqanlarla əlaqədar olduğu aydınlaşdırılır və ürəklə əlaqədar formalarında dərmanlar təyin edilir.

Lakin dərmanın heç bir təsiri yoxdursa, o zaman pasientə əməliyyat yolu ilə döyüntünün ləğvi, yəni ablasiya təklif edilir. Bu üsulla döyüntü birdəfəlik aradan qalxır.

Aşağı nəbzdə isə pasientə bu narahatçılıq verirsə bunu heç bir dərmanlarla yüksəltmək mümkün deyil. Bu zaman ilk öncə altda yatan səbəb araşdırılır. Səbəb ürəyə bağlıdırsa və simptomatikdirsə o zaman pasientə ürəkdaxili cihaz implanatsiyası edilir.

Stimulyator və ya cihazların növləri

Cihazların bir neçə növləri var. Bəzi cihazlar sadəcə ürəyin nəbzini yüksəltmək üçün nəzərdə tutulubsa, digər cihazlar həm də defibrilyasiya funksiyasının yerinə yetirmək üçündür. Məsələn, pasientdə o qədər sürətli döyüntü var ki, bu döyüntü onun ölümünə səbəb ola bilər. Bu zaman da düşünün ki, xəstə xəstəxanada deyil, evindədir, bu ürəyin içərisindəki cihaz təhlükəni hiss edərək ürəyin içəridən defibrilyasiya edərək döyüntünü dayandıracaqdır.

https://www.youtube.com/watch?v=8qHCqMf2Bgg

Bəzi cihaz növləri isə bir neçə funksiya yerinə yetirir. Nəbzi yüksəltmək, lazım gəldikdə defibrilyasiya etmək, ürək çatışmazlığının əlamətlərini azaltmaq, ürəyin yığılma funksiyasının pozulmasının qarşısını qismən almaq. Bu cihazlar haqda yazıya klikləyərək oxuya bilərsiniz

Aritmologiya elmi və Azərbaycanlı aritmoloq-lar

aritmoloq Günay Rəhimova Ata Kırılmaz
Aritmoloq Günay Rəhimova və Ata Kırılmaz

Aritmologiya böyük elmdir və çox aktualdır. Azərbaycanda da bu sahədə mütəxəssisin az olması, xəstənin çox olması son illərdə bu bölümə marağı daha da artırıbdır. Avrasiya Hospitalda aritmologiya bölümü 6 ilə yaxındır fəaliyyət göstərir. Bölüm iki aritmoloq həkimdən, iki texnik heyyətdən təşkil olunub. Həkimlərdən biri professor Ata Kırlmaz, digəri mütəxəssis həkim Günay Rəhimovadır. Texnik heyyət bu sahədə tam ixtisaslaşma keçmişdir. Bölümdə həm ablasiyalar, həm cihaz implantasiyası həyata keçirilir. Ayda 20-30-a yaxın xəstə ablasiya yolu ilə onu narahat edən döyüntülərdən azad olur, ürək çatışmazlıqlarının hər növü həm müalicə, həm cihaz implantasiyaları ilə problemdən azad olur.

Daha Ətraflı
aritmiya

Aritmiya nədir, necə meydana gəlir?

Bu yazımızda aritmiya nədir, necə meydana gəlir, aritmiyaların növləri haqda söhbət açacağıq. Həmçinin aritmiyaların əlamətləri, müəyyən olunma metodları və müalicəsi haqda danışacağıq

Aritmiya nədir?

Ürəyin içərisində xəbərdarlıq düyünü deyilən sinus düyünü yerləşir. Ürək bradikardik və taxikardik atsa da xəbərdarlıq məhz bu düyündən çıxır. Bu nöqtədən xəbərdalığın çıxmayıb, ürək içərisində başqa bir nöqtədən çıxması halını aritmoloq aşkar etdikdə aritmiya haqqında danışmaq olur. Taxikardiya ürəklə əlaqədar olmayan hər hansı bir xəstəliklə əlaqədar yarana bilər. Bu zaman ilkin olaraq o xəstəlik müayinə və müalicə edilməlidir.

Səyirici aritmiya

Aritmik xəstəliklərin ən çox yayılmış növü, xüsusən yaşlılarda daha çox gərünəni səyrici aritmiyadır. Bu termin həkim olmayan səhifə oxuyucularına yad gələcək, amma bir çox əlamətləri yəqin ki, yaxınlarınızda, yaşlılarınızda rastınıza çıxır.

Şəkildə üstdə anormal, altda normal kardioqramma göstərilib. Üstdəki nümunədə ürəyin nizamsız, aralıqlarla atışı rahatlıqla görünür. Bu səyrici aritmiyadır.

aritmiya anormal kardiaqramma
Anormal kardiaqramma
aritmiya normal kardiaqramma
Normal kardiaqramma

Ürəyimizin çox vacib kameralarından biri də qulaqcıqlardır. Onlarda impuls yaranar və aşağılara ötürülər. Səyrici aritmiyada o impuls bir yerdə deyil, həddan artıq çox yerdən elektriklənməyə və nizamsız, xaotik şəkildə ürək boşluqlarında dövr etməyə başlayır. Ürək hər səfərində normal yığılmadığına görə onun boşluqlarında, divarlarda tromb əmələ gəlmə riski də artır. Ritm bir neçə vaxtdan sonra normala dönməyə cəhd göstərdikdə ürək bir dəfə möhkəm yığılır və boşluqda ya divardakı tromb müxtəlif yerlərə xüsusən də beyinə sıçrayış edir.

Səyirici aritmiyanın əlamətləri

Səyrici aritmiyada xəstələr ürəyin anidən titrəməsindən, vurub-vurub dayanmasından, anidən başlayan nizamsız, elə bil “quş pırıltısına” bənzər döyüntüsündən şikayət edəcəklər. Bəzən döyüntü günlərlə keçmədiyi kimi bəzən də yarım saata və ya on dəqiqəyə öz-özünə, yavaş-yavaş sonlanacaq. Xəstələrin bir çoxu bunu böyük narahatlıqla qarşılayacaq, bir çoxu çox zəif hiss edəcək, bəzilərində isə adi kardioqramma və ya Holter müayinəsi zamanı aşkar ediləcək.

https://www.youtube.com/watch?v=67FyTa7HNRY

Aritmiya necə müəyyən olunur?

Aritmiyaları müəyyən etməyin bir neçə üsulu vardır. Bu üsullara aşağıdakıları misal gətirmək olar:

Elektrokardiorqamma üsulu

İlk növbədə ən sadə üsul  Elektrokardiorqammadır. Bu müayinə kardioqramma çəkilən anda aritmiya mövcuddursa aktualdır.

Holter müayinəsi

Əgər Elektrokardiaqramma çəkilən anda aritmiyanız yoxdursa, o zaman Holter müayinəsi sizin köməyimizə gələ bilər. Bu müayinə metodunda sizin üzərinizə kiçik, kanardan görünməyən bir cihaz bağlanır, bu cihaz durmadan, 24 saat ərzində sizin ürək ritminizi qeyd edir. Onunla evə gedirsiniz, gündəlik işlərinizi görürsünüz. Ertəsi gün cihazı bizə təhvil verirsiniz və biz onu açıb incələyirik, hansı saatda sizin qəlb ritminizdə nə kimi dəyişiklik olduğunu müəyyənləşdiririk.

Aritmiya müayinəsində Exokardioqrafiya metodu

Aritmiyanın ürəklə əlaqədar xəstəliklərində mütləq müayinə metodundan biri də  Exokardioqrafiyadır. Bu sadə dillə desək ürəyin USM müayinəsidir. Bu müayinə üsulu ilə ürək əzələsinin necə çalışdığı, aritmiyaya səbəb olub olmadığı, ürəkdəki qapaqların vəziyyəti müəyyənləşir.

Ürək xərçəngi, yaranma səbəbləri, simptomları və növləri

Elektrofizioloji müayinə

Bu sadaladığımız müayinə üsulları qeyri-invaziv üsullardır, sadədir, aritmiya zamanı xəstənin xəstəxanaya yerləşdirilərək orda qalmasını tələb etmir. Bəzi hallarda proses daha mürəkkəb olduqda və ya aritmiya göstərdiyimiz üsullarla müəyyənləşmədikdə biz Elektrofizioloji müayinə deyilən bir üsuldan istifadə edirik. Bu kiçik invaziv üsuldur. Xəstə masaya yatırılır, ayaq venasından, bəzən lazım gələrsə atreriyasından nazik kateterlə ürəyin elektrik sisteminə xüsusi impulslar verilir. Bu impulslar vasitəsi ilə aritmiyanın var olub olmadığı, hansı müalicə üsulunun gərəkli olduğunu aşkarlamaq mümkündür. Xəstə üçün bunun heç bir təhlükəsi yoxdur, ağrısızdır və hətta bu üsuldan  2-4 saat sonra xəstə evinə gedə bilər.

https://www.youtube.com/watch?v=8qHCqMf2Bgg

Həkimə nə vaxt müraciət etməli

Yaşlı xəstələrdə qəfildən insult (beyinə qan sızma) yaranmasının altında çox zaman səyirici aritmiya yatır. Xəstəliyin ilk başlayan dövrlərində onu normala döndərmək çox asandır və bu halda xəstəlik çox zaman bir daha geri qayıtmır, lakin xroniki hal aldıqda , ürək boşluqları böyüyüb ürək çatmamazlığına gətirib çıxartdıqda xoşagəlməz hallar qaçınılmazdır. Buna görə də vaxtında bizə müraciət edib, vaxtında lazımi medikal müalicəni alıb istənməyən hallardan özünüzü və yaxınlarınızı qorumuş olarsınız.

Həmçinin oxu: Stimulyator və ya Pacemaker - cihaz implantasiyası
Daha Ətraflı

Ürək xərçəngi, növləri, yaranma səbəbləri və simptomları

Ürək xərçəngi digər xərçəng növlərindən daha az qarşımıza çıxsa da, ürəkdə də şişin olması ilə rastlaşırıq. Çox zaman müayinəyə gələn xəstələri maraqlandıran suallardan biri də ürəkdə xərçəngin olub-olmaması ilə bağlıdır. Bəli, təəssüf ki, digər əksər orqanlar kimi ürəkdə də şişə rast gəlinir.

Ürək xərçənginin növləri

Ürək şişləri öz toxumasından və ya qapaqlarından meydana gələn və sürətlə inkişaf edən bir şişdir. Digər şiş növləri kimi ürək xərçəngi də bəd xassəli və xoş xassəli olub iki ana qrupa bölünür. Bundan başqa ürək şişlərinin başqa təsnifatı meydana gəldiyi bölgəyə görə dəyişir. Məsələn, ürəyin doğuşdan gələn toxumlarından başlayan şişlər əsas ürək şişləri (birincil xərçəngi) olaraq adlandırılır, qeyri-ürək bölgələrdən gələn, qanla və yaxud yaxın qonşu orqanlardan ürəyə çatan şişlər də orta ürək şişləri (ikincil ürək xərçəngi) adlanır. Ürək şişlərinin əksəriyyəti xoş xassəlidir. Ancaq xoş xassəli digər şişlər kimi xoş xassəli ürək şişləri də ortaya çıxdıqları bölgənin həyati önəmi və ya xoş xassəli şişlərin əlaqəli olduğu bölgələrə bağlı olaraq bəd xassəli kimi özlərini apara bilərlər. Buna görə də, xoş xassəli ürək şişləri çox zaman bəd xassəli olaraq qəbul edilir.

Birincil ürək şişləri

Birincil ürək şişləri  içərisində  içərisində ən çox rastımıza çıxan Miksoma deyilən şişdir. Miksomalar hər yaşda insanda rast gəlinə bilər və statistik olaraq qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Simptom olmadan bir müddət gizli keçsə də, sonradan başgicəllənmə, öskürək, hərəkətdən asılı olaraq bayılma verə bilir.

Ürəyin özündən kök alan digər şiş tipləri isə:papiller fibroelastom, fibrom, rabdomyom, hemanjiom, teratom, lipom, və paragangliom-dur. Bu şiş tipləri xoş xassəlidir, ancaq mövcud olduqları bölgəyə görə bəd xassəli şiş kimi özlərini apara bilirlər. Ürəyin birincil bəd xassəli şişləri isə perikardiyal mezoteliyoma, lenfoma (birincil, primer) və sarkoma-dır.

Həmçinin oxu: Aritmiya nədir, necə meydana gəlir?

Ürək xərçəngi nədən yaranır?

Ürək şişlərinin konkret olaraq nədən əmələ gəldikləri məlum deyildir. Ancaq qarşımıza çıxan ürək xərçəngi olan insanların əksəriyyətində ailə problemlərinin olması diqqət çəkir. Bunun kimi ürək şişləri müxtəlif sendromlarla da qarşımıza çıxır. Ancaq qeyd etdiyim kimi bu hər iki hal az xəstədə qarşımıza çıxır. Nəticə olaraq isə deyə bilərik ki, ürək şişləri də digər şişlər kimi həddən çox hüceyrə böyüməsindən başqa bir şey deyil.

İkincil ürək şişləri

İkincil ürəkşişləri birincil ürək şişlərinə nisbətdə daha çox qarşımıza çıxır. İkincil ürək şişləri ürəyin öz toxumasından ortaya çıxmazlar, bunun əksinə ürəyə kənardan qan yolu ilə və ya anomatik olaraq yaxınlıq yolu ilə yoluxarlar. Ümumilikdə isə bu tip şişlərin ilk başlanğıc yerləri bunlardır:

  • döş qəfəsi
  • mədə
  • böyrəklər
  • qaraciyər
  • qalın bağırsaq və s.

Ürək xərçəngi-nin əlamətləri və simptomları

ürək xərçəngi əlamətləri

Ürəyin sol tərəfindəki ürək miksoması sindromlu xəstələrin əksəriyyəti tipik şikayət və simptomlarla qarşımıza çıxır. Bu, ürəyin sol tərəfindəki, xüsusilə də ürəkdə olan mitral qapağı blokirovka ilə bağlıdır. Şiş ortaya çıxdıqda baş fırlanması, anidən təzyiqin düşməsi, nəfəs darlığı və bəzən öskürək kimi hallar baş verir.

Ümumilikdə isə xəstəliyin irəlilədiyi dövrdə qızdırma, halsızlıq və bənzər infeksiya və ya xərçəng xəstəliyi aşkar edilir. Ürək şişlərinin diaqnozu çox zaman başqa xəstəliklərin diaqnozunun qoyulması ərəfəsində edilən testlərlə qoyulur. Ancaq ürək şişlərinin diaqnozu çox zaman ürək exokardioqrafiyası ilə qoyulur. Ürək xərçənginin müalicə yolu isə cərrahidir və əməliyyat şişin ürəkdən çıxarılmasına əsaslanır. Buna görə də ürək müayinəsində olmaq mütləqdir. Exokardioqrafiya sağlam ürəyə belə ildə iki dəfə icra olunmalıdır.

Növbəti yazı: Aritmoloq kimdir?

Daha Ətraflı