Ürək sağlamlığı üçün məsləhətlər

urek saglamligi

Ürək sağlamlığı üçün məsləhətlər

Ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə ən çox yayılmış ölüm səbəblərindən biridir. İnfarkt və insult kimi problemlərin qarşısını almağın ən təsirli üsullarından biri sağlam qidalanma və həyat tərzində dəyişikliklərdir.

Şübhə yoxdur ki, hamımız uzun və sağlam ömür sürməyin yollarını axtarırıq. Ancaq həyat tərzini gənclik illərindən ürək-damar sağlamlığını qorumağa istiqamətlənmiş şəkildə qurulduqda sağlam həyatın qapıları açılır. Düzgün planlaşdırılmış həyat tərzi sayəsində infarkt və ölümlə nəticələnə biləcək xəstəliklərin qarşısını almaq olar.

Stressin idarə edilməsi üçün mütəxəssis dəstəyi alın

Həyatımızda öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz bəzi problemlərlə qarşılaşa bilərik. Stressin idarə edilməsində problemlər, xüsusən də emosional çıxılmaz vəziyyətlərin yaşanması ürək-damar sağlamlığına da təsir edə bilər. Sağlam həyatın ilk addımı olan stressi idarə edə bilməmək, ruh sağlamlığını nizamlaya bilməmək digər məsələlərdə irəliləyiş əldə etməyi çox çətinləşdirə bilər. Stressin idarə edilməsində hər hansı probleminiz olduğunu düşünürsünüzsə, mütləq bir mütəxəssisin rəyini almalısınız.

Yuxu rejimini qaydaya salın

Müntəzəm yuxu gün ərzində yorğun olan bədəni dincəltməyin ən təsirli üsullarından biridir. Keyfiyyətli yuxu təkcə insanların gündəlik həyatlarını tənzimləməyə kömək etmir, həm də sağlamlığa əhəmiyyətli dərəcədə təsir edir. Çünki yuxu nəbzi, tənəffüsü və təzyiqi, həmçinin stressi də azaldır. Buna görə də yuxu rejiminin qurulması ürək-damar sağlamlığında mühüm rol oynayır. Əgər nizamsız yuxu problemi varsa, yuxuya mane ola biləcək faktorlar nəzərdən keçirilməli və tədbir görülməlidir.

Alkoqol və siqaret istehlakınıza diqqət yetirin

Spirtli içkilərin qəbulu orqanizmdə bir çox xəstəlikləri artıra bilər. Uzun müddətli spirt istifadəsində, ürək əzələlərinin pisləşməsi və orqanları qidalandıran damarlarda tıxanma səbəbiylə ürək çatışmazlığı inkişaf edə bilər. Xüsusi günlərdə qəbul edilən spirtli içkilər adət edilməmiş bədənlərdə ritm pozğunluqlarına və qan təzyiqinin qəfil artmasına, həmçinin beyin qanaması və insultlara səbəb ola bilər. Buna görə də, spirt istehlakının idarə edilməsi ilə yanaşı, siqaret də dayandırılmalıdır.

Adi pəhrizlər əvəzinə müntəzəm olaraq qidalanın

Müvəqqəti və məhdud qida qəbulu yerinə qalıcı şəkildə sağlam qidalanmanmaq orqanizmin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Şəkərli diabet, qlükoza dözümsüzlüyü, çəki problemi varsa, un məmulatları, təbii olsa belə bütün şəkərli qidalar, düyü diyet siyahısından çıxarılmalıdır. Bu xəstəliklər bir dəfə yaşana bildiyi üçün təkrarlanma ehtimalı əhəmiyyətli dərəcədə arta bilər, ona görə də pəhriz yerinə nizamlı qidalanmanı həyatınıza daxil etmək ən yaxşı qərar olacaq.

İdman sizin ən yaxşı dostunuz olsun

İdmanı həyatınızdan əskik etməmək ürək-damar sağlamlığınızı qorumaq üçün həyatınıza tətbiq edə biləcəyiniz üsullar arasındadır. Hər gün edilə bilməsə belə, iki gündən bir orta-sürətli templə 40-45 dəqiqə fasiləsiz yeriş, həmçinin əzələləri gücləndirən məşqlər ürək sağlamlığına fayda verəcək. Heç bir məşq etməməkdənsə, bir az məşq etmək bədəniniz üçün yaxşı üsul olacaq.

Sosial mediada paylaşın

Leave a Reply