Əlaqə məlumatları
Ünvan, əlaqə və digər məlumatları aşağıdakı keçiddən əldə edə bilərsiniz
Əlaqə
Qəbula yazılın
Qəbula yazılmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz
055 240 52 78
İş saatları
Bazar ertəsi - Şənbə 9:00 - 16:00

kardioloq - aritmoloq Günay Rəhimova

Adım Günay Rəhimovadır
Peşəkar kardioloq və aritmoloqam

Missiyam xəstələrə və eləcə də maraqlananlara ürək xəstəlikləri və aritmiyalar haqqında, müayinə metodları və müalicə barəsində ətraflı məlumat vermək, onların suallarını cavablandırmaq, ehtiyac yaranarsa klinikada müayinə və müalicə etməkdir

Kardioloq – aritmoloq Günay Rəhimova döyüntülərin həm dərman, həm əməliyyat yolu ilə ləğv edilməsi, ürəyə müxtəlif cihazların implantasiyası və ürək çatışmazlığı ilə məşğul olur.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb

2006-2013-cü illər arası Mərkəzi Klinikada çalışıb. İstanbulda aritmologiya və cihaz implantasiyası üzrə ixtisas artırma kursunda olub, bir neçə dəfə Türkiyə və Avropada aritmologiya üzrə keçirilən ixtisas artırma kurslarında, seminar və konfranslarda iştirak edib.

2015-ci ildən etibarən Avrasiya Hospitalda kardioloq – aritmoloq olaraq çalışır.

  • Ürək xəstəlikləri
  • Aritmiya
  • Xəstəliklərin müasir diaqnostikası
  • Xəstəliklərin müalicəsi

Fəaliyyət İstiqamətləri

kardiologiya

Kardiologiya

Ürək xəstəlikləri digər orqanlarda baş verən xəstəliklərdən daha təhlükəli ola bilir.
Ürəyinizlə bağlı hər hansı problem hiss etdikdə dərhal həkimə müraciət etməniz şərtdir. Kardioloq – aritmoloq doktor Günay Rəhimova ürək-damar sisteminin xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını həyata keçirəcəkdir. Sağlamlığınızın və ən əsası ürəyinizin qeydinə qalın!

aritmologiya

Aritmologiya

Ürək ritminin pozulmaları, səbəbləri və müalicəsi. Əgər ürəyinizdə ritm pozuntuları hiss edirsinizsə, dərhal həkimə müraciət etmək şərtdir. Kardioloq – aritmoloq doktor Günay Rəhimova ürək pozuntularının səbəblərini müəyyən edəcək və sizə ən uyğun olacaq müayinə metodlarını müəyyən etməklə xəstəliyi müalicə edəcək. Ürək hər zaman xəstəlik siqnalını verir, onu sadəcə dinləmək lazımdır.

məqalələr

Məqalələr

Saytımızda xəstəliklərin öncədən müəyyənləşdirilməsi üçün faydalı olacaq yazılar müntəzəm olaraq dərc olunur. Xəstəliklərin müalicə metodları, müxtəlif dərmanların qəbul edilmə qaydaları, düzgün qidalanma, vaxtında müəyyən olunması üçün kardioloji və aritmoloji xəstəliklərin əlamətləri haqda məqalələr sizə faydalı olacaq.
Saytımızı daimi şəkildə izləməkdə davam edin.

bgn-slider-01

Faydalı məlumatlar

Aritmiya və kardioloji xəstəliklər necə əmələ gəlir?
Saytımızda həmçinin aritmiya və kardioloji xəstəliklərin yaranması prosesləri haqda, müalicələrin müxtəlif növləri haqda, həmçinin təcrübədə xəstələrin sağalma və müalicə prosedurları haqda sizə də faydalı ola biləcək məlumatlar əldə edə biləcəksiniz. Ən son tibbi xəbərləri də həmçinin saytımızdan oxuya bilərsiniz.

Ən Son Məqalələr

Ağciyər tromboemboliyası

28/08/2018
Kardiologiyada rast gəlinən ən qorxulu xəstəliklərdən biri ağciyər tromboemboliyası-dır. (Ən çox rast gəlinən digə...

Qəbul Üçün Qeydiyyatdan Keçin

ƏLAQƏ ÜÇÜN

055 240 52 78