İlkin tibbi yardım göstərilməsi

İlkin tibbi yardım göstərilməsi

Bir insanın həyatını xilas etmək üçün təcili və təxirəsalınmaz yardımın doğru aparılması çox əhəmiyyətlidir. Yəqin ki, bir çoxunuz gözlənilməz halda küçədə, evdə, işdə kiminsə bayılması, anidən yıxılması halı ilə qaşılaşmısınız. Necə davranmalı və necə ilkin tibbi yardım edilməli olduğu haqda danışacayıq. Əvvəlcə onu qeyd edək ki, ilk olaraq biz qarşımızda köməyə ehtiyacı olan şəxsə yardım edə biməyimiz üçün soyuqqanlı davranmalıyıq. İkinci vacib şərt şəxsin halının düzgün qiymətləndirilməsidir. Çünki vəziyyəti düzgün təyin etmədən atdığımız hər hansısa addım onun vəziyyətini daha da pisləşdirə bilər. Beləliklə ilkin olaraq siz şəxsin vəziyyətinin ağırlıq dərəcəsini təyin etmək üçün onu bərk sirkələməli və ucadan qışqıraraq adını soruşmalısınız ki, şəxsin sizinlə kontakta girə bilib-bilməməsini yoxlayasınız. Daha sonra isə iki barmaq vasitəsilə boyun nahiyyəsində, arteriyanın üzərində nəbzini yoxlamalı və yaxınlaşaraq nəfəsinin gəlib-getdiyini yoxlamalısınız. Bunların hər ikisi zəif də olsa varsa o zaman arterial təzyiqin qalxmasını təmin etmək üçün şəxsin hər iki ayaqını qaldırmalı və bununla da beyninə gələn qan kütləsini artırdığınız üçün arterial təzyiqin anında artmasını təmin etmiş olacaqsınız. Daha sonra onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.), otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq, xəstəni əhatə edən maraqlı insane kütləsini kənara çəkmək) lazımdır. İnsan hələ də ayılmadısa ancaq bu halda burnun selikli qişasını qıcıqlandıran faktorlardan, yəni naşatır spirti, adi spirt, sirkədən istifadə edə bilərsiniz. Zərərçəkən özünə gəldikdən sonra ona isti çay vermək, kofe içizdirmək olar. Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir.
Əgər bayılmanın səbəbi istivurma və ya günvurma olubsa, xəstəni sərin bir yerə aparıb
yerdə belə uzatmaq lazımdır ki, başı bədənindən bir qədər yuxarıda olsun. Zərərçəkənin başına, qoltuqaltı, qasıq və döş nahiyəsinə buz və ya soyuq kompres qoyun, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırın. Zərərçəkən özünə gəldikdən sonra, ona sərin, bir qədər duz qatılmış su verin. Əgər xəstədə siz yaxınlaşdığınız anda nə nəbz, nə nəfəs qeydə alınmırsa o zaman ürək massajına başlamaq labüddür. Belə ki təcili ağız nahiyyəsini təmizləmək, bir dəfə nəfəs vermək, sürətlə ard arda 16 dəfə ucadan sayaraq döş qəfəsindən basılaraq bir dəfə möhkəmdən nəfəs vermək gərəklidir. Xəstə özünə gəldisə dərhal “təcili yardım” çağırın.

Sosial mediada paylaşın

Leave a Reply