“Sistem müalicəsi”-nə olan sevgimiz

“Sistem müalicəsi”-nə olan sevgimiz

Kardiologiyanın ən aktual problemlərindən biri xalqımızın “sistem müalicəsinə” olan sevgisidir. Dəfələrlə həkimə müraciət edən xəstə ona sistem yazılmadıqda həkimdən çox narazı qalır.

Əvvəla ürək çatışmazlığında yazılan sistemlər çox ciddi fəsadlara gətirib çıxara bilər. Çünki bu xəstəlikdə ürəyin mayeni qovma funskiyası, yəni nasos funksiyası pozulmuş olur. Biz də sevimli sistemlərlə bədənə əlavə maye yükləyirik, beləliklə təngnəfəsliyimiz, bədəndə, ayaqlarda şişlər daha da artır. Bəzi sistemlərin tərkibində “ürəyi gücləndirən” ürək qlikozidləri olur ki, onlar aritmiyaları daha da pisləşdirir. Bir çox sistemlər qlükoza ilə yazıldığından bəzən gizli şəkəri olan xəstələri koma vəziyyətinə qədər gətirib çıxara bilər. Bu yazını oxuyan insanlar düşünə bilərlər ki, axı sistemdən istifadə edirik və bizə olan köməyini də görürük. Bəli, kömək edir, ancaq kimlərə ? Tamamən sağlam, o sistemlərsiz də həyatını normal şəkildə davam edə bilən insanlara.

 Sağlam olun…

Sosial mediada paylaşın