stimulyator-pacemaker-cihaz-implantasiyası

Stimulyator və ya Pacemaker – cihaz implantasiyası

Xəstə sinus sindromu nədir?

Stimulyator müxtəlif xəstəliklər səbəbindən taxıla bilir. Başgicəllənməsi, anidən bayılma, ara sıra huşun alaqaranlıqlaşması əlamətləri ürəyin elektrik sisteminin daha bir xəstəliyi sayılan xəstə-sinus sindromunda da olur. Sinus düyünü ürəyimizin impuls çıxaran ən əhəmiyyətli üzvüdür. Bəzən bu düyündə zəiflik yaranır. İmpuls yaratma qabiliyyəti pozulur və ürəkdayanmaya qədər gətirib çıxarda bilir.

Xəstəliyin müəyyən olunması prosesi

Bayılma şikayəti ilə kardioloqa gələn pasient daha sonra aritmologiya şöbəsinə yönləndirilir, xəstəyə aritmoloq baxır, ətraflı anamnez toplayır. Xəstədən xüsusi suallar soruşur- Necə yıxıldınız, hansı şəraitdə, bayılmağınızı xatırlayırsınızmı, ayıldıqda necə ayıldınız, ətrafda sizə yarıdm edən insanların səslərini eşidirdinizmi?

Stimulyator hansı halda taxılır?

Bütün bu suallara adekvat və dolğun cavab aldıqdan sonra aritmoloq xəstəyə müəyyən müayinələr təyin edir. Bu müayinələrin ən önəmlisi holter müayinəsidir. Çünki holter xəstənin həkim yanında daim olmasını tələb elətdirmir. Holter xəstəyə taxılır, xəstə evə yollanır, bir ya iki sutka sonra ürəyin elektriki vəziyyəti həkim tərəfindən dəyərləndirilir. Əgər bu müddət ərzində sinus düyününün zəifliyinə işarə varsa və xəstədə də simptom varsa demək bu aritmologiya bölümünün işidir və xəstəyə cihaz taxılmalıdır.

Stimulyator və ya Pacemaker

stimulyator pacemaker


Aritmiya zamanı taxılan cihazın başqa adı Pacemaker və ya Stimulyator-dur. Bu tip stimulyator-lar dərinin altına yerləşdirilir, telləri ürəyin içərisinə yerildilr, təqribən 8-10 ilə yaxın ömrü olur və bu müddətdən sonra sadəcə batareyası dəyişdirlirlir. Xəstənin ömrü boyu nəbzinin normal və effektiv olmasına zəmin yaradır.

10-15 il öncə ölkəmizdə Rus istehsalı pacemakerlərdən istifadə edilirdi. Onların funksiyaları çox məhdud idi və bir çox zamanlarda xəstədə əlavə təsirlər olurdu, ayaqlarda ödemlər, nəfəs çatışmazlığı, ürək çatışmazlığına qədər gətirib çıxardırdı.

Stimulyator-ların ziyanı varmı?

Bizim mərkəzimizdə istifadə etdiyimiz cihazlar Amerikan istehsalıdır, firma cihazın normal işinə tam təminat verir, yuxarıda göstərilən fəsadların heç birisi müşahidə edilmir. Xəstə bir müddət sonra bədənində cihaz olduğunu tamamən unudur.

stimulyator



Çox zaman cihazla bağlı pasientlərdə müəyyən narahatlıqlar olur. Bunula bağlı həddindən çox sual gəlir. Qeyd edim ki, evdəki heç bir elektronik əşyanın cihaza zərəri dəymir, cihazın işi onlardan təsirlənmir, sadəcə havalimanlarında yoxlama sistemlərindən keçdikdə xüsusi kart göstərilir, çünki o sistemlər cihaza zərər verə bilər. Maşın sürmə məhdudiyyəti bir ay sonra yoxdur. Cihaz paslanmır, ürək və ya qan dövranı tərəfindən təsirə məruz qalmır.

Daha Ətraflı

Nəfəs çatışmazlığı

Guman ki hava çatışmazlığını, nəfəs ala bilməmə hissini həyatınızda bir dəfə də olsa hər biriniz yaşamısınız. Gəlin birlikdə baxaq, nəfəs çatışmazlığı nədən yaranır, təhlükəsi varmı? Nəfəs alma aktı dəqiqədə 15 dəfə icra edilir və bütün orqanları oksigenlə təmin edir. Oksigen orqanizmə su qədər vacibdir, onsuz hüceyrələr məhv olmağa başlayır. Nəfəs çatışmazlığının bəziləri normaldır. İsti havada, dağa çıxdıqda, çox şiddətli əsəbdən, arterial təzyiq endikdə, fiziki hərəkətdə olan təngnəfəslik normal hesab edilir və qısa zamanda bərpa olunur. Ancaq tam normal halda birdən birə nəfəsiniz darıxmağa başladısa bu normal deyil və mütləq həkim kontrolu gərəktirir. Nəfəs çatışmazlığı ürək xəstəliklərindən, bronx ağciyər sisteminin xəstəliklərindən, allergiyadan, artıq çəkidən, nevrozdan, endokrin problemdən, qan azlığından və müxtəlif toksiki maddələrlə zəhərlənmədən yarana bilər. Düzdür, hər səbəbin nəfəs çatışmazlığı bir birindən fərqlənir. Ancaq bəzən də xəstəliyin kəskinləşməsi dövründə o qədər bir birinə bənzər olur ki birini digərindən fərləqndirmək çətin olur. Onu qeyd edim ki bronx ağciyər tutmaları çox zaman pristupşəkildə olur, öskürdür, göyərmə verir, ürək çatışmazlığına bağlı nəfəs darlığı hərəkətdə daha çox hiss edilir, həmçinin qan azlığına bağlı olan təngnəfəslik də həmçinin. Əsəbi nəfəs çatışmazlığı nəfəsi dərindən ala bilməməklə daha çox səciyyələnir, belə pasientlər çox əsnəyirlər. Bütün hallarda təbii ki diaqnozu və müalicəni həkim təyin etməlidir. Ürək həkimində təngnəfəsliyin səbəbini göstərən qızıl standart müayinə exokardioqrafiyadır.
Daha Ətraflı

Ürəyin hipertrofiyası

Elektrokardiorqamma oxuması zamanı ən çox rast gəldiyimiz diaqnozlardan biri ürəyin hipertrofiyasıdır. Hipertrofiya qalınlaşma deməkdir. Hipertrofiya ürək boşluğu kameralarından və onları bir-birindən ayıran çəpərdən təşkil olunub, çox zaman ya bu çəpərdə, ya da ürək əzələsinin özündə olur. Ancaq elektrokardiorqamma ilə bu xəstəliyə diaqnoz qoymaq yox, sadəcə bu xəstəlikdən şübhələnmək olar. Əslində EKQ bəzi əlamətləri göstərər, ancaq daha dəqiq bir söz söyləmək üçün ürəyə mütləq exokardioqrafiya icra etmək lazımdır. Bütün digər hallarda, ekq-yə əsasən qoyulmuş bu diaqnoz təsdiqini tapmamışdır.
Daha Ətraflı

İlkin tibbi yardım göstərilməsi

Bir insanın həyatını xilas etmək üçün təcili və təxirəsalınmaz yardımın doğru aparılması çox əhəmiyyətlidir. Yəqin ki, bir çoxunuz gözlənilməz halda küçədə, evdə, işdə kiminsə bayılması, anidən yıxılması halı ilə qaşılaşmısınız. Necə davranmalı və necə ilkin tibbi yardım edilməli olduğu haqda danışacayıq. Əvvəlcə onu qeyd edək ki, ilk olaraq biz qarşımızda köməyə ehtiyacı olan şəxsə yardım edə biməyimiz üçün soyuqqanlı davranmalıyıq. İkinci vacib şərt şəxsin halının düzgün qiymətləndirilməsidir. Çünki vəziyyəti düzgün təyin etmədən atdığımız hər hansısa addım onun vəziyyətini daha da pisləşdirə bilər. Beləliklə ilkin olaraq siz şəxsin vəziyyətinin ağırlıq dərəcəsini təyin etmək üçün onu bərk sirkələməli və ucadan qışqıraraq adını soruşmalısınız ki, şəxsin sizinlə kontakta girə bilib-bilməməsini yoxlayasınız. Daha sonra isə iki barmaq vasitəsilə boyun nahiyyəsində, arteriyanın üzərində nəbzini yoxlamalı və yaxınlaşaraq nəfəsinin gəlib-getdiyini yoxlamalısınız. Bunların hər ikisi zəif də olsa varsa o zaman arterial təzyiqin qalxmasını təmin etmək üçün şəxsin hər iki ayaqını qaldırmalı və bununla da beyninə gələn qan kütləsini artırdığınız üçün arterial təzyiqin anında artmasını təmin etmiş olacaqsınız. Daha sonra onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.), otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq, xəstəni əhatə edən maraqlı insane kütləsini kənara çəkmək) lazımdır. İnsan hələ də ayılmadısa ancaq bu halda burnun selikli qişasını qıcıqlandıran faktorlardan, yəni naşatır spirti, adi spirt, sirkədən istifadə edə bilərsiniz. Zərərçəkən özünə gəldikdən sonra ona isti çay vermək, kofe içizdirmək olar. Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir. Əgər bayılmanın səbəbi istivurma və ya günvurma olubsa, xəstəni sərin bir yerə aparıb yerdə belə uzatmaq lazımdır ki, başı bədənindən bir qədər yuxarıda olsun. Zərərçəkənin başına, qoltuqaltı, qasıq və döş nahiyəsinə buz və ya soyuq kompres qoyun, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırın. Zərərçəkən özünə gəldikdən sonra, ona sərin, bir qədər duz qatılmış su verin. Əgər xəstədə siz yaxınlaşdığınız anda nə nəbz, nə nəfəs qeydə alınmırsa o zaman ürək massajına başlamaq labüddür. Belə ki təcili ağız nahiyyəsini təmizləmək, bir dəfə nəfəs vermək, sürətlə ard arda 16 dəfə ucadan sayaraq döş qəfəsindən basılaraq bir dəfə möhkəmdən nəfəs vermək gərəklidir. Xəstə özünə gəldisə dərhal "təcili yardım" çağırın.
Daha Ətraflı
ağciyər-tromboemboliyası

Ağciyər tromboemboliyası

Kardiologiyada rast gəlinən ən qorxulu xəstəliklərdən biri ağciyər tromboemboliyası-dır. (Ən çox rast gəlinən digər xəstəlik- Səyirici aritmiya haqqında oxu) Pasiyentlərimiz arasında xüsusən qadınlarda rast gəlinən, bəzən də ölümlə nəticələnə bilən bir vəziyyətdir.

Bədənimizin demək olar ki, hər yeri qanla təchiz olunub. Hər hansı bir problem olduqda qan damarlarının divarlarında pıxta və laxta şəklində tromblar yaranır. Əgər diqqət etdinizsə, daha çox qadınlarda və kişilərdə ayaqlarda bu tromblar daha aydın görünür. Gözümüzlə görmədiyimiz nahiyələrdə də mövcud ola bilir, lakin daha dərində yerləşə bildiyindən onların təhlükəsindən xəbərimiz olmur.

Həmçinin oxu: Aritmiya nədir və necə meydana gəlir?

Tromb niyə yaranır?

Əvvəlcə gəlin baxaq görək tromb niyə yaranır. Diqqət etsəniz görərsiniz ki, çayda sürətli şəkildə çay axdıqda bütün çaya atılan hər şeyi yuyub apara bilir. Ancaq yavaş axımda çaylar çox çirkli olur. Qan damarları da belədir.

Tromb kimlərdə və nədən yaranır?

ağciyər tromboemboliyası
  • Hərəkətsizlik
  • piylənmə
  • daim hərəkət etmədən ayaq üstə qalma
  • müxtəlif dərmanların qəbulu ( buraya hamiləlik əlayhinə preparatları daxil etməyi özümə borc bilirəm, bu barədə daha ətraflı izahat veriləcək)
  • yeni keçirilmiş müxtəlif əməliyyatlar və əməliyyat olunmuş nahiyədə qan axımının bərpası
  • yataq xəstələri
  • ailəsində trombla əlaqədar ölüm faktoru olanlar
  • yeni doğum keçirmiş qadınlar ( bu yeni ana olanları qorxutmasın, dərin ventrombozunun yoxdursa bu cümlə sizə aid deyil)
  • anidən arıqlayan insanlar

Bu şəxslərdə trombun olması təəccüblü deyildir.

Ağciyər tromboemboliyası necə yaranır?

Bu vəziyyətlərdə mövcud olan trombun bir hissəsi qopub ağciyərlərə sıçraya bilir və hər hansı bir şaxəsini və ya kiçik şaxələrini tutur. Bu zaman kəskin sürətdə təngnəfəslik, rəngin avazıması, boğulma, ürək döyüntülərinin sürətlənməsi, sinə nahiyyəsində ağrı, öskürək, bəzən də huşun itməsi ola bilir. Bu halda xəstə təcili sürətdə xəstəxanaya çatdırılmalı, reanimasiya şöbəsinə yerləşdirilməlidir.

Müalicəsi hələ trombun mövcud olduğunu bildikdə başlanılmalı, antikoaqulyant və antiaqreqant verilməlidir. Bu dərmanlar həm trombun daha çox yaranmasının qarşısını alır və mövcud trombu əritməyə kömək edir. Digər vacib nüans ayaqlara varis corabların geyinilməsidir.

Həmçinin oxu: Endokardit - ürəyin ən təhlükəli xəstəliklərindən biri

Trombdan necə qaçmaq olar?

Qeyd edim ki, tromb hər kəsdə olmur. Çox hərəkətli, idmanla məşğul olan, bədənin çəkisi normal və genetik tromba yatqınlığı olmayanlarda bu xəstəliyin təhlükəsi çox minimaldır. Əksinə hipodinamik, yəni az hərəkətli, kompyuterin arxasında oturanlarda, sürücülərdə, saç ustalarında daha çox rast gəlinir. Burada müxtəlif digər xəstəliklərdən əziyyət çəkən insanları qeyd etməyim yerinə düşər. Belə ki, xərçəng xəstəliyindən (həmçimim oxu: ürək xərçəngi) əziyyət çəkib müalicə alanlar, sümük əməliyyatı keçirən insanlar, hormonal müalicə almaq məcburiyyətində olanlarda da bu xəstəliyin təhlükəsi var.

Ağciyər tromboemboliyası-nın müayinəsi necə aparılır?

İlk öncə mütləq rentgen filmi, döş qəfəsi kompyuter tomoqrafiya, exokardioqrafiya, bəzi qan analizləri, ayaqların usm ilə incələnməsi. Profilaktikası – təbii ki, hərəkət, aktiv həyat tərzi, ofis işində ara-sıra durub gəzinmə, davamlı maşın sürənlərdə maşından düşüb ara-sıra idman hərəkətləri etmə, çox maye qəbul etmə, dar geyinməmə, ayaqlarınızı axşam uzandıqda yastığa qoyub yuxarı qaldırma, varis corablarının geyinilməsi və təbii ki, heç olmasa sadəcə yoxlanış məqsədi ilə ara-sıra həkimə baş çəkmə.

Növbəti yazı: Stimulyator və ya Pacemaker cihaz implantasiyası

Daha Ətraflı