Nəfəs çatışmazlığı

Nəfəs çatışmazlığı

Guman ki hava çatışmazlığını, nəfəs ala bilməmə hissini həyatınızda bir dəfə də olsa hər biriniz yaşamısınız. Gəlin birlikdə baxaq, nəfəs çatışmazlığı nədən yaranır, təhlükəsi varmı? Nəfəs alma aktı dəqiqədə 15 dəfə icra edilir və bütün orqanları oksigenlə təmin edir. Oksigen orqanizmə su qədər vacibdir, onsuz hüceyrələr məhv olmağa başlayır. Nəfəs çatışmazlığının bəziləri normaldır. İsti havada, dağa çıxdıqda, çox şiddətli əsəbdən, arterial təzyiq endikdə, fiziki hərəkətdə olan təngnəfəslik normal hesab edilir və qısa zamanda bərpa olunur. Ancaq tam normal halda birdən birə nəfəsiniz darıxmağa başladısa bu normal deyil və mütləq həkim kontrolu gərəktirir. Nəfəs çatışmazlığı ürək xəstəliklərindən, bronx ağciyər sisteminin xəstəliklərindən, allergiyadan, artıq çəkidən, nevrozdan, endokrin problemdən, qan azlığından və müxtəlif toksiki maddələrlə zəhərlənmədən yarana bilər. Düzdür, hər səbəbin nəfəs çatışmazlığı bir birindən fərqlənir. Ancaq bəzən də xəstəliyin kəskinləşməsi dövründə o qədər bir birinə bənzər olur ki birini digərindən fərləqndirmək çətin olur. Onu qeyd edim ki bronx ağciyər tutmaları çox zaman pristupşəkildə olur, öskürdür, göyərmə verir, ürək çatışmazlığına bağlı nəfəs darlığı hərəkətdə daha çox hiss edilir, həmçinin qan azlığına bağlı olan təngnəfəslik də həmçinin. Əsəbi nəfəs çatışmazlığı nəfəsi dərindən ala bilməməklə daha çox səciyyələnir, belə pasientlər çox əsnəyirlər. Bütün hallarda təbii ki diaqnozu və müalicəni həkim təyin etməlidir. Ürək həkimində təngnəfəsliyin səbəbini göstərən qızıl standart müayinə exokardioqrafiyadır.

Sosial mediada paylaşın

Leave a Reply