Ağciyər tromboemboliyası

ağciyər-tromboemboliyası

Ağciyər tromboemboliyası

Kardiologiyada rast gəlinən ən qorxulu xəstəliklərdən biri ağciyər tromboemboliyası-dır. (Ən çox rast gəlinən digər xəstəlik- Səyirici aritmiya haqqında oxu) Pasiyentlərimiz arasında xüsusən qadınlarda rast gəlinən, bəzən də ölümlə nəticələnə bilən bir vəziyyətdir.

Bədənimizin demək olar ki, hər yeri qanla təchiz olunub. Hər hansı bir problem olduqda qan damarlarının divarlarında pıxta və laxta şəklində tromblar yaranır. Əgər diqqət etdinizsə, daha çox qadınlarda və kişilərdə ayaqlarda bu tromblar daha aydın görünür. Gözümüzlə görmədiyimiz nahiyələrdə də mövcud ola bilir, lakin daha dərində yerləşə bildiyindən onların təhlükəsindən xəbərimiz olmur.

Həmçinin oxu: Aritmiya nədir və necə meydana gəlir?

Tromb niyə yaranır?

Əvvəlcə gəlin baxaq görək tromb niyə yaranır. Diqqət etsəniz görərsiniz ki, çayda sürətli şəkildə çay axdıqda bütün çaya atılan hər şeyi yuyub apara bilir. Ancaq yavaş axımda çaylar çox çirkli olur. Qan damarları da belədir.

Tromb kimlərdə və nədən yaranır?

ağciyər tromboemboliyası
  • Hərəkətsizlik
  • piylənmə
  • daim hərəkət etmədən ayaq üstə qalma
  • müxtəlif dərmanların qəbulu ( buraya hamiləlik əlayhinə preparatları daxil etməyi özümə borc bilirəm, bu barədə daha ətraflı izahat veriləcək)
  • yeni keçirilmiş müxtəlif əməliyyatlar və əməliyyat olunmuş nahiyədə qan axımının bərpası
  • yataq xəstələri
  • ailəsində trombla əlaqədar ölüm faktoru olanlar
  • yeni doğum keçirmiş qadınlar ( bu yeni ana olanları qorxutmasın, dərin ventrombozunun yoxdursa bu cümlə sizə aid deyil)
  • anidən arıqlayan insanlar

Bu şəxslərdə trombun olması təəccüblü deyildir.

Ağciyər tromboemboliyası necə yaranır?

Bu vəziyyətlərdə mövcud olan trombun bir hissəsi qopub ağciyərlərə sıçraya bilir və hər hansı bir şaxəsini və ya kiçik şaxələrini tutur. Bu zaman kəskin sürətdə təngnəfəslik, rəngin avazıması, boğulma, ürək döyüntülərinin sürətlənməsi, sinə nahiyyəsində ağrı, öskürək, bəzən də huşun itməsi ola bilir. Bu halda xəstə təcili sürətdə xəstəxanaya çatdırılmalı, reanimasiya şöbəsinə yerləşdirilməlidir.

Müalicəsi hələ trombun mövcud olduğunu bildikdə başlanılmalı, antikoaqulyant və antiaqreqant verilməlidir. Bu dərmanlar həm trombun daha çox yaranmasının qarşısını alır və mövcud trombu əritməyə kömək edir. Digər vacib nüans ayaqlara varis corabların geyinilməsidir.

Həmçinin oxu: Endokardit – ürəyin ən təhlükəli xəstəliklərindən biri

Trombdan necə qaçmaq olar?

Qeyd edim ki, tromb hər kəsdə olmur. Çox hərəkətli, idmanla məşğul olan, bədənin çəkisi normal və genetik tromba yatqınlığı olmayanlarda bu xəstəliyin təhlükəsi çox minimaldır. Əksinə hipodinamik, yəni az hərəkətli, kompyuterin arxasında oturanlarda, sürücülərdə, saç ustalarında daha çox rast gəlinir. Burada müxtəlif digər xəstəliklərdən əziyyət çəkən insanları qeyd etməyim yerinə düşər. Belə ki, xərçəng xəstəliyindən (həmçimim oxu: ürək xərçəngi) əziyyət çəkib müalicə alanlar, sümük əməliyyatı keçirən insanlar, hormonal müalicə almaq məcburiyyətində olanlarda da bu xəstəliyin təhlükəsi var.

Ağciyər tromboemboliyası-nın müayinəsi necə aparılır?

İlk öncə mütləq rentgen filmi, döş qəfəsi kompyuter tomoqrafiya, exokardioqrafiya, bəzi qan analizləri, ayaqların usm ilə incələnməsi. Profilaktikası – təbii ki, hərəkət, aktiv həyat tərzi, ofis işində ara-sıra durub gəzinmə, davamlı maşın sürənlərdə maşından düşüb ara-sıra idman hərəkətləri etmə, çox maye qəbul etmə, dar geyinməmə, ayaqlarınızı axşam uzandıqda yastığa qoyub yuxarı qaldırma, varis corablarının geyinilməsi və təbii ki, heç olmasa sadəcə yoxlanış məqsədi ilə ara-sıra həkimə baş çəkmə.

Növbəti yazı: Stimulyator və ya Pacemaker cihaz implantasiyası

Sosial mediada paylaşın