Bayılma halları, növləri, müalicəsi və müayinəsi

bayılma halları

Bayılma halları, növləri, müalicəsi və müayinəsi

Bayılma nədir?

Bayılma huşun keçici şəkildə itməsidir. Əksər hallarda travmasız, yəni digər orqanlara heç bir təsiri olmadan sovuşur, bəzən isə orqanlarda qalıcı zədələr yaranır.

Bayılmaların növləri

Çox ayaq üstə qaldıqda və ya çox oturaqlı olduqda, qan gördükdə və ya həkimə getdikdə, sidiyə çıxdıqdan sonra, çox şiddətli ağrıdan, qarında narahatçılıqdan, möhkəm öskürəkdən ya çox möhkəm gülməkdən sonra ola bilər ki, bu vəziyyətlərdən sonra baş verən bayılma normal hesab edilə bilər.

Həmçinin oxu: Aritmiyalar nədir və necə meydana gəlir?

Bayılmaların ürəklə əlaqədar olub-olmadığını bildirən faktorlardan ən əsası bayılma əsnasında ətrafdan gələn səslərə, kənardakı insanların reaksiyalarını duyub-duymamağa yönəlikdir. Yəni arterial təzyiqin enməsi şəklində olan bayılmalar ani olmur. İlk öncə qulaqlarda küy, göz önündə qaralma, yavaş-yavaş huşun getməsi baş verir ki, bunu öncədən hiss etmək olur. Həmçinin kənardan gələn səslərə və hərəkətlərə reaksiyası az da olsa saxlanılır.

Bayılmalarda ürək dayanması

Ürəyin dayanması ilə əlaqədar olan bayılmalarda huşun itməsi çox zaman ani olur və insan o sırada tamamən ətraf mühitdən təcrid olunur. Bu sonuncu hal özü də iki cür ola bilər. Bir növündə çox sürətli döyüntü, ani təzyiqin enməsi və ürək dayanması şəklində, digərində döyüntü olmadan anidən yıxılma şəklində. Hər iki hal ciddi müayinə tələb etdirir.

Ən təhlükəli aritmoloji və kardioloji xəstəliklər haqda oxu:

Bayılma halları necə müayinə olunur?

İlk öncə elektrokardioqramma, bu müayinə bir çox genetik xəstəliklərin ( Bruqada sindromu, Uzun QT sindromu və s. ) üzə çıxmasında böyük rola sahibdir. Exokardioqrafiya da bayılmanın səbəbini üzə çıxarılmasında rol oynaya bilər. Aritmogen sağ mədəcik displaziyası, anadangəlmə dəliklər ( ASD, VSD) , ciddi qapaq daralmaları ( aort stenozu, pulmonar stenoz) , ürək əzələsinin qalınlaşması ( hipertrofik kardiomiopatiya) ürək boşluqlarında böyük tromb və ya miksoma diaqnozları bayılmalara gətirib çıxara bilər və bunların diaqnozu aritmoloq tərəfindən exokardioqrafiya ilə qoyulur.

bayılma müalicəsi müayinəsi

Arterial təzyiqin ani enməsi ilə müşahidə olunan bayılmalarda xəstəyə ayaq əzələlərini möhkəmlətmək, bol maye qəbul etmək, çox ayaqüstə qalmamaq, sıx yerlərdən uzaq gəzmək , isti havada çox bayırda qalmamaq və s tövsiyə edilir. Qulaqlarda küy, göz qaralması və halın pisləşməsini öncədən hiss edirsinizsə ayaq üstə qalmayın, ani şəkildə oturun və ya uzanıqlı poza alın. Bu sizin bu sırada travma almanızın qarşısını alacaqdır.

Ürəklə birbaşa əlaqədar olan bayılmalar ciddi müalicə tələb etdirir. Hətta ürəkdaxili cihazların taxılması, ürək əməliyyatı, ablasiya və s. tələb etdirə bilər. Genetik ürək xəstəlikləri ailə anamnezi ilə müəyyənləşdirilir və buna görə də bu sırada xəstənin sorğu suala tutulması və gözdən bir çox şeylərin qaçmaması üçün bütün ailə fərdlərinin də yoxlanması vacib sayılır.

Növbəti yazı: Səyirici aritmiya

Sosial mediada paylaşın