Təzyiq artıran 10 səbəb

Təzyiq artıran 10 səbəb Təzyiq xəstəliyi adətən orta yaşdan sonra meydana gələn və ürək, böyrək, ağciyər və beyin kimi orqanların işinə təsir göstərən səhhət problemidir. Vaxtında müdaxilə olunmasa və doğru müalicə ilə nəzarət edilməsə ciddi xəstəliklərə səbəb olur. Qan təzyiqi bədənin bütün işləmə mexanizminə təsir göstərsə də, təzyiqin özünə də bədən təsir göstərir. Piylənmə, şəkərli diabet, qidalanma, dərman vasitələrinin qəbulu, oturaq həyat tərzi və stress kimi çoxsaylı faktor təzyiqə təsir edir. İnsanda qan təzyiqini artıran əsas səbəbləri aşağıdakı kimi sıralaya bilərik: Qeyri-sağlam qidalanma və duzlu qidalara üstünlük vermək; Həddindən artıq çay və qəhvə içmək; Piylənmə; Şəkərli diabet; Oturaq həyat tərzi; Yetərincə maye qəbul etməmək; Spirtli içkilər; Tütün məmulatları; Stress; İrsi meyllilik. Qeyri-sağlam qidalanma və duzlu qidalara üstünlük vermək Qan təzyiqi bədənin su və natrium kimi elektrolit balansı ilə birbaşa bağlıdır. Qandakı yüksək natrium qan damarlarının daha çox büzülməsinə və qanın damarlar içərisində daha yüksək təzyiqlə axmasına səbəb olur. Dünyada hər il ürək-damar xəstəliklərindən baş verən ölümlərdən 1,7 milyonu həddindən çox natrium qəbulu səbəbindən baş verir. Qidalanma ilə qəbul edilən natrium ümumiyyətlə süfrə duzu kimi istifadə edilən natrium xloriddir və dünyanın bir çox ölkəsində gündəlik orta hesabla hər insan 10 qram duz istehlak edilir. Bu miqdar insanın natrium-su balansını pozur və nəticədə qan təzyiqində artım müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, təzyiqi normal həddə saxlamaq üçün gündəlik duz istehlakının 5 qramdan aşağı olması çox vacibdir. Qidalanma vərdişlərinin tənzimlənməsi və natrium qəbulunun məhdudlaşdırılması ilə qan təzyiqinin orta hesabla 4-6 mmHg azalması baş verə bilər. Həddindən artıq çay və qəhvə içmək Düzgün miqdarda istehlak edilən şəkərsiz çay və qəhvə tərkibindəki flavonoid adlı antioksidant sayəsində ürək və damar quruluşuna müsbət təsir edir. Bununla belə, çay və qəhvənin həddindən artıq istehlakının hipertoniya riskini artırdığını söyləmək olar, çünki tərkibindəki kofein ürək döyüntüsünün və qan təzyiqinin artmasına səbəb olur. Bu cür kofeinli içkilərin istehlakını gündə iki stəkanla məhdudlaşdırmaq qan təzyiqinə nəzarət üçün vacibdir. Piylənmə Piylənmə bədənin bütün fəaliyyətinə böyük təsir göstərən kompleks sağlamlıq problemidir. Obez insanlarda damar divarlarında artan yağ təbəqəsi damarın elastikliyini azaldır və damar müqavimətini artırır. Bu zaman qanı bədənə vurmaq üçün ürək daha da sıxılmalı olur və ürəyin iş yükünü artırdığı üçün həm hipertoniya, həm də ürək çatışmazlığının inkişaf riski artır. Buna görə də ürək-damar və təzyiq xəstəlikləri baxımından piylənmə diaqnozu qoyulan və ya bədən kütlə indeksi riskli qrupda olan bütün şəxslərin mütəmadi olaraq müayinədən keçirilməsi vacibdir. Şəkərli diabet Bədəndə qan təzyiqinə nəzarət ürək, qan damarları, böyrəklər və beyin tərəfindən yerinə yetirilən mürəkkəb işdir. Buna görə də, bu orqanların hər hansı birinin fəaliyyətinə təsir edən xəstəliyin olması qan təzyiqinə nəzarəti poza bilər. Şəkərli diabetdə böyrək funksiyaları çox pozulur və hipertoniyanın inkişaf riski artır. Oturaq həyat tərzi Müntəzəm fiziki fəaliyyətlə arterial damarlar (arteriyalar) genişlənir və damardaxili təzyiqi azaltmaqla qan təzyiqi idarə olunur. Məşq zamanı əzələlərin daralması ilə birlikdə artan oksigen tələbatı damarların genişlənməsinə səbəb olur və beləliklə damar divarının elastikliyini artırır. Qeyri-kafi fiziki fəaliyyətlə oturaq həyat tərzi keçirən insanlarda yüksək təzyiq riski 20-50% artır. Hipertoniya riskinin qarşısını almaq və simptomları idarə etmək üçün həftədə 4-5 gün ən azı 30-45 dəqiqə orta intensivlikdə idman etmək tövsiyə olunur. Yetərincə maye qəbul etməmək Su orqanizmin fizioloji fəaliyyətini davam etdirməsi üçün zəruri amillərdən biridir. Mayenin kifayət qədər qəbul edilməməsi nəticəsində maddələr mübadiləsinin fəaliyyəti ləngiyir, hüceyrə və toxumaların oksigenləşməsi azalır, böyrəklərdə su yığılır və nəticədə duzlaşma yaranır. Bu vəziyyət həm qan təzyiqini birbaşa artırır, həm də daha ağır şərtlərdə ciddi böyrək zədələnməsi baş verir. Spirtli içkilər Bədənin maye-elektrolit balansına birbaşa təsir edən maddələrdən biri də spirtdir. Yüksək miqdarda və ya tez-tez spirtli içki içmək böyrəklərdə su yığır və duzlaşma baş verir. Bu hal gələcəkdə böyrəklərin zədələnməsinə səbəb olur. Nəticədə hipertoniya riski artır. Tütün məmulatları Siqaret orqanizmdə toxumaların zədələnməsinə səbəb olduğu üçün bədəndə bir çox fizioloji və psixoloji fəaliyyətlərə mənfi təsir göstərir. Siqaret çəkən insanlarda damarların daxili səthini əhatə edən və damarların elastikliyinə təsir edən endotel toxuması zədələnir və damar elastikliyini itirərək sərtləşir. Bu vəziyyət həm bilavasitə “damarların sərtləşməsi” adlanan ateroskleroz probleminə gətirib çıxarır, həm də damarların rahatlaşması çətinləşdiyi üçün təzyiqin artması müşahidə edilir. Heç bir əsas xəstəliyi olmayan insanlarda infarkt riski siqaretlə 2,5 dəfə artarkən, şəkərli diabet və hipertoniya kimi xroniki xəstəlikləri olan insanlar siqaret çəkdikdə infarkt riski 13 dəfə artır. Buna görə də, qan təzyiqini idarə etmək və ürək-damar sağlamlığını qorumaq üçün siqaretdən çəkinmək lazımdır. Stress Stress mexanizmi ilə orqanizmin fəaliyyəti tamamilə dəyişir. İnsan stresli vəziyyətlə qarşılaşdıqda böyrəküstü vəzdən stress hormonu da adlandırılan kortizol hormonu ifraz olunur və bu hormon orqanizmə birbaşa təsir göstərir. İnsanın əhval-ruhiyyəsinin dəyişməsi ilə əlaqədar yaranan stress dəqiqələr ərzində təzyiqi yüksəldə bilər. Stress zamanı böyrəyin qan təzyiqinə nəzarət mexanizmi olan “renin-angiotenzin sistemi”nin fəaliyyəti artır, insulinə qarşı müqavimət inkişaf edir, ən əsası isə damar divarının elastikliyini təmin edən endotel toxumasının funksiyası azalır. İrsi meyllilik Sağlamlıqla bağlı bir çox vəziyyət birbaşa insanın genetik meyli ilə bağlıdır. Demans, depressiya və şizofreniya kimi psixiatrik xəstəliklərin də daxil olduğu bir çox pozğunluqların ortaya çıxmasında ən mühüm faktorlardan biri genetikadır. Xüsusilə xroniki ürək xəstəlikləri, ürək-damar strukturunda anomaliyalar və ürək sağlamlığına birbaşa təsir edən hipertoniya kimi xəstəliklər əksərən genetik olaraq ötürülür. Ona görə də, ailədə ürək-damar sisteminə təsir edən hər hansı xəstəlik varsa, həmin şəxs hipertoniya riski qrupuna daxil edilir.  
Daha Ətraflı

Daxili piylənmə nə ilə təhlükəlidir?

Bir çoxumuz hesab edir ki, artıq çəkinin heç bir təhlükəsi yoxdur. Arıqlamaq isə sadəcə daha gözəl görünmək üçün lazımdır. Bəs siz bilirsinizmi ki, piy orqanların ətrafına toplananda ürək xəstəliyinə, demensiya, xərçəng, depressiya və digər təhlükəli xəstəliklərə gətirib çıxara bilər?   Daxili piylənmənin artması bəzi xəstəliklərin yaranma riskini artırır. Bunlara aşağıdakılar aiddir: * ürəyin işemik xəstəliyi * xərçəng * insult * demensiya * diabetmünasibəti ilə ke * depressiya * artrit * piylənmə * seksual disfunksiya * yuxu pozulması.   Daxili piylənmə təhlükəli və toksikdir, çünki iltihabın inkişafını təhrik edə bilər. Üstəlik, hormonların normal fəaliyyətinə mane olan molekulların yaranmasına gətirib çıxarır. Əslində, piylənmənin orqanizmə təsiri həyat üçün vacib orqanların fəaliyyətini təhlükə altına alır. Piy hüceyrələri sadəcə ehtiyat kalori yığını deyil. Bu “gizli düşmən” insan fiziologiyasına düşündüyümüzdən daha böyük zərər verir. Biz artıq bilirik ki, piy toxuması hormonların daha çox hasil olunmasına səbəb olur və iltihabi prosesə təsir edir. Qarın boşluğu orqanlarını əhatə edən piy toxuması iltihabönü kimyəvi birləşmələri və sitokinləri stimulə edir. Eyni zamanda, iştahı, çəkini, əhvalı və baş beynin fəaliyyətini tənzimləyən hormonlarla əlaqəyə girir.   Piyin formalaşmasına təkan verən iltihabəleyhinə sitokinlər ürək xəstəlikləri və digər iltihabi proseslərə təsir edir. İltihab zamanı qaraciyər xolesterin və toksinlərlə yüklənir, bu isə damarlarda düyünlər əmələ gətirir. Daxili piylənmə ürək- damar xəstəlikləri  yaranma riskini artırır. Bu sistemin markerləri yüksək triqliseridlər, yüksək AT və xolesterindir.   Kanadanın Kvebek Universitetinin 2013-cü ildə təqdim etdiyi hesabata görə, «daxili piylənmə kardiometabolik risk faktorları ilə sıx əlaqəlidir.  Bunların arasında  
  • Hipertriqliseridemiya (qanda triqliseridlərin və xolesterinin həddindən çox cəmlənməsidir)
  • yüksək miqdarda sərbəst yağ turşuları,
  • piy toxumasının iltihabəleyhinə sitokinlər buraxması, insulinrezistentlik
  • qaraciyər iltihabı,
  • qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlərin sintezi və sekresiyası,
  • triqliseridlərlə lipoproteidlərin klirensinin azalması,
aşağı sıxlıqlı lipidlərin kiçik sıx hissəcilərin mövcudluğu yuxarı sıxlıqlı lipidlərin səviyyəsinin düşməsi bu vəziyyətlə əlaqəli çoxsaylı metabolik dəyişikliklərə aiddir».
Daha Ətraflı

YUXU APNESİ

Yuxuda nəfəs kəsilməsi olaraq təsvir edilən apne, həyatı təhdid edə bilər və uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İlk dəfə 1965-ci ildə təsvir edilən apne Yunanca ‘nəfəs alma arzusu’ deməkdir. İki cür yuxu apnesi vardır: Beyin nəfəs alma əzələlərinə tənəffüsü başladan siqnalları göndərməkdə çətinlik çəkər. Hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq bir səy sərf olunur. O sırada qandakı oksigen sıxlığı azalır. Ürəkdə də bəzi ritm pozğunluqları özünü biruzə verir. Yuxuda baş verən ani ölüm, arterial təzyiqin qalxması, miokard infarktı apnenin yarada biləcəyi ağırlaşmalardır. Qadınların 2%-də, kişilərin 4%-də yuxu apnesi rast gəlinir. Xoruldayan və artıq çəkili insanlarda, narahat yuxuya getmə pozisiyasında, alkoqol və siqaret istifadəçilərində rast gəlmə tezliyi daha çoxdur. Bu xəstələrin əsas şikayəti qəfildən boğulma ilə oyanma, nəfəs çatışmazlığı və ajiotajdır. Gecə ərzində bir saatda 10 dəfədən çox təkrarlanan hallar artıq çox ciddi müdaxilə tələb edir. Göründüyü kimi yuxu əsnasında insan həyatı bir çox təhdidlə qarşı-qarşıyadır. “Ölüm bənzəri” olaraq ifadə edilən yuxudan şüurlu bir şəkildə oyanmaq, qüsursuz bir şəkildə görmək, eşitmək və hiss etmək üzərində düşünülməsi lazım olan nemətlərdəndir.
Daha Ətraflı

Xəstə sinus sindromu

Başgicəllənməsi, anidən bayılma, ara sıra huşun alaqaranlıqlaşması əlamətləri ürəyin elektrik sisteminin daha bir xəstəliyi sayılan xəstə sinus sindromunda da olur. Sinus düyünü ürəyimizin impuls çıxaran ən əhəmiyyətli üzvüdür. Bəzi xəstəliklərdə bu düyündə zəiflik yaranır. İmpuls ifraz etmə qabiliyyəti pozulur və ürəkdayanmaya qədər gətirib çıxara bilir. Bu xəstəliyə əsas diaqnoz anamnez, yəni xəstənin danışdığı bayılma şəkli, daha sonra isə elektrokardioqramma və 24 saatlıq holter müayinəsi vasitəsi ilə qoyulur. Tam diaqnoz təyin edildikdən sonra xəstəyə cihaz implantasiyası (DDDR pacemaker) təklif edilir. Bu tip pacemakerlər dərinin altına yerləşdirilir, telləri ürəyin içərisinə yeridilir, təqribən 8-10 ilə yaxın ömrü olur və bu müddətdən sonra sadəcə batareyası dəyişdirlirlir. Xəstənin ömrü boyu nəbzinin normal və effektiv olmasına zəmin yaradır. 10-15 il öncə ölkəmizdə Rus istehsalı pacemakerlərdən istifadə edilirdi. Onların funksiyaları çox məhdud idi və bir çox zamanlarda xəstədə əlavə təsirlər olurdu, ayaqlarda ödemlər, nəfəs çatışmazlığı, ürək çatışmazlığına qədər gətirib çıxardırdı. Avrasiya Hospital Aritmiya mərkəzimizdə istifadə etdiyimiz cihazlar Amerikan istehsalıdır, firma cihazın normal işinə tam təminat verir, yuxarıda göstərilən fəsadların heç birisi müşahidə edilmir. Hətta bir müddət sonar xəstə bədənində cihaz olduğunu tamamən unudur.
Daha Ətraflı

Hamiləlik zamanı ürək-damar sistemində baş verən dəyişikliklər

Hamiləlik zamanı ürək-damar sistemində hansı dəyişikliklər baş verir? Hamiləlik zamanı xanımların ürək-damar sistemində bir çox dəyişikliklər yaranır. Bu dəyişikliklər V-VIII həftədən başlayır və doğuşdan bir müddət sonraya qədər davam edir. Belə ki, baş verən dəyişikliklər zamanı qanın plazma hissəsinin həcmi 50% artır, qırmızı qan hüceyrələri çoxalır, ürək tez-tez döyünməyə başlayır və ürək hər yığılanda damara daha çox qan nasoslayır. Uşaqlığa gedən qanın həcmi artır, periferik damarlardakı müqavimət azaldığı üçün qan təzyiqi azca aşağı düşür. Vena damarlarında isə təzyiq qalxır və ayaqlarda şişkinlik yaranır. Doğuş zamanı qan-damar sistemində dəyişikliklər Doğuş müddətində isə ananın qan-damar dövranında qəfil dəyişikliklər yaranır. Bütün bunlara tab gətirmək üçün ürək-damar sistemi sağlam olmalıdır. Bəzi qadınlarda hamiləlikdən əvvəl ürək-damar xəstəlikləri olsa da, simptom və əlamət vermir, yəni gizli qalır. Yalnız hamiləlik vaxtı yuxarıdakı səbəblərə görə ürəyin işi artanda xəstəlik aşkarklana bilər. Bəzi ürək-damar xəstəlikləri var ki, belə xəstəliyi olan qadınların hamilə qalmağı yüksək risk təşkil edir. Belə xəstələrə kardioloq məlumat verməli, psixoloji dəstək və ailənin də yardımı ilə hamilə qalmaqdan vaz keçirilməlidir. Hamiləlik fikrindən daşındırmalı olan xəstəliklər Aşağıda sadalanan xəstəlikləri olan qadınlar hamiləlik fikrindən daşındırılmalıdır: Yüksək ağciyər təzyiqi Atma gücü ˂40% olan ürək çatışmazlığı Ürək qapaq xəstəlikləri (aorta, pulmonar, mitral qapaqların ciddi darlığı, ya da ciddi çatışmazlığı ) Göyərmə əlaməti olan anadangəlmə ürək qüsurları Aorta koarktasiyası Protez ürək qapağı olanlar Ürək divarının qalınlaşması xəstəliyi (hipertrofik kardiomiopatiya)
Daha Ətraflı