Tag - kardioloq

Ürəyin hipertrofiyası

Elektrokardiorqamma oxuması zamanı ən çox rast gəldiyimiz diaqnozlardan biri ürəyin hipertrofiyasıdır. Hipertrofiya qalınlaşma deməkdir. Hipertrofiya ürək boşluğu kameralarından və onları bir-birindən ayıran çəpərdən təşkil olunub, çox zaman ya bu çəpərdə, ya da ürək əzələsinin özündə olur. Ancaq elektrokardiorqamma ilə bu xəstəliyə diaqnoz qoymaq yox, sadəcə bu xəstəlikdən şübhələnmək olar. Əslində EKQ bəzi əlamətləri göstərər, ancaq daha dəqiq bir söz söyləmək üçün ürəyə mütləq exokardioqrafiya icra etmək lazımdır. Bütün digər hallarda, ekq-yə əsasən qoyulmuş bu diaqnoz təsdiqini tapmamışdır.
Daha Ətraflı
ağciyər-tromboemboliyası

Ağciyər tromboemboliyası

Kardiologiyada rast gəlinən ən qorxulu xəstəliklərdən biri ağciyər tromboemboliyası-dır. (Ən çox rast gəlinən digər xəstəlik- Səyirici aritmiya haqqında oxu) Pasiyentlərimiz arasında xüsusən qadınlarda rast gəlinən, bəzən də ölümlə nəticələnə bilən bir vəziyyətdir.

Bədənimizin demək olar ki, hər yeri qanla təchiz olunub. Hər hansı bir problem olduqda qan damarlarının divarlarında pıxta və laxta şəklində tromblar yaranır. Əgər diqqət etdinizsə, daha çox qadınlarda və kişilərdə ayaqlarda bu tromblar daha aydın görünür. Gözümüzlə görmədiyimiz nahiyələrdə də mövcud ola bilir, lakin daha dərində yerləşə bildiyindən onların təhlükəsindən xəbərimiz olmur.

Həmçinin oxu: Aritmiya nədir və necə meydana gəlir?

Tromb niyə yaranır?

Əvvəlcə gəlin baxaq görək tromb niyə yaranır. Diqqət etsəniz görərsiniz ki, çayda sürətli şəkildə çay axdıqda bütün çaya atılan hər şeyi yuyub apara bilir. Ancaq yavaş axımda çaylar çox çirkli olur. Qan damarları da belədir.

Tromb kimlərdə və nədən yaranır?

ağciyər tromboemboliyası
  • Hərəkətsizlik
  • piylənmə
  • daim hərəkət etmədən ayaq üstə qalma
  • müxtəlif dərmanların qəbulu ( buraya hamiləlik əlayhinə preparatları daxil etməyi özümə borc bilirəm, bu barədə daha ətraflı izahat veriləcək)
  • yeni keçirilmiş müxtəlif əməliyyatlar və əməliyyat olunmuş nahiyədə qan axımının bərpası
  • yataq xəstələri
  • ailəsində trombla əlaqədar ölüm faktoru olanlar
  • yeni doğum keçirmiş qadınlar ( bu yeni ana olanları qorxutmasın, dərin ventrombozunun yoxdursa bu cümlə sizə aid deyil)
  • anidən arıqlayan insanlar

Bu şəxslərdə trombun olması təəccüblü deyildir.

Ağciyər tromboemboliyası necə yaranır?

Bu vəziyyətlərdə mövcud olan trombun bir hissəsi qopub ağciyərlərə sıçraya bilir və hər hansı bir şaxəsini və ya kiçik şaxələrini tutur. Bu zaman kəskin sürətdə təngnəfəslik, rəngin avazıması, boğulma, ürək döyüntülərinin sürətlənməsi, sinə nahiyyəsində ağrı, öskürək, bəzən də huşun itməsi ola bilir. Bu halda xəstə təcili sürətdə xəstəxanaya çatdırılmalı, reanimasiya şöbəsinə yerləşdirilməlidir.

Müalicəsi hələ trombun mövcud olduğunu bildikdə başlanılmalı, antikoaqulyant və antiaqreqant verilməlidir. Bu dərmanlar həm trombun daha çox yaranmasının qarşısını alır və mövcud trombu əritməyə kömək edir. Digər vacib nüans ayaqlara varis corabların geyinilməsidir.

Həmçinin oxu: Endokardit - ürəyin ən təhlükəli xəstəliklərindən biri

Trombdan necə qaçmaq olar?

Qeyd edim ki, tromb hər kəsdə olmur. Çox hərəkətli, idmanla məşğul olan, bədənin çəkisi normal və genetik tromba yatqınlığı olmayanlarda bu xəstəliyin təhlükəsi çox minimaldır. Əksinə hipodinamik, yəni az hərəkətli, kompyuterin arxasında oturanlarda, sürücülərdə, saç ustalarında daha çox rast gəlinir. Burada müxtəlif digər xəstəliklərdən əziyyət çəkən insanları qeyd etməyim yerinə düşər. Belə ki, xərçəng xəstəliyindən (həmçimim oxu: ürək xərçəngi) əziyyət çəkib müalicə alanlar, sümük əməliyyatı keçirən insanlar, hormonal müalicə almaq məcburiyyətində olanlarda da bu xəstəliyin təhlükəsi var.

Ağciyər tromboemboliyası-nın müayinəsi necə aparılır?

İlk öncə mütləq rentgen filmi, döş qəfəsi kompyuter tomoqrafiya, exokardioqrafiya, bəzi qan analizləri, ayaqların usm ilə incələnməsi. Profilaktikası – təbii ki, hərəkət, aktiv həyat tərzi, ofis işində ara-sıra durub gəzinmə, davamlı maşın sürənlərdə maşından düşüb ara-sıra idman hərəkətləri etmə, çox maye qəbul etmə, dar geyinməmə, ayaqlarınızı axşam uzandıqda yastığa qoyub yuxarı qaldırma, varis corablarının geyinilməsi və təbii ki, heç olmasa sadəcə yoxlanış məqsədi ilə ara-sıra həkimə baş çəkmə.

Növbəti yazı: Stimulyator və ya Pacemaker cihaz implantasiyası

Daha Ətraflı
endokardit

Endokardit – Ürəyin ən təhlükəli xəstəliklərindən biri

Endokardit ürəyin ən təhlükəli xəstəliklərindən hesab edilir. İllər öncə diaqnozu dəqiq qoyulmadıqda insanlar bu xəstəlikdən ölürdülər. Hal-hazırda da bir çox xəstəliklərlə qarışıq salınır və vaxtında kardioloqa müraciət olunmadıqda ölümlə nəticələnə bilir.

Endokardit nədir?

Endokardit - Ürək qapaqlarının, ürək və damarların içərisində yerləşən endotel təbəqənin infeksiyasıdır. Necə ki, hər hansı bir orqanımızda ( ağız boşluğu, boğaz, bağırsaqlar ) infeksion proses olduqda insanın qızdırması qalxır, eyni bu xəstəlikdə də insanda ilk olaraq qızdırma görsənər. Qızdırma çox zaman titrəmə ilə növbələşər və ilk dövrdə adi virus infeksiyası ilə dəyişik salına bilər. Bu zaman xəstələr yanaşı müxtəlif şikayətlər verə bilər. Oynaq ağrıları, ürəkbulanma, bəzən qusma, tənəffüsün çətinləşməsi. Bu xəstələrin bir qədər gecikmiş dövründə oynaqlarda düyünlər yaranmağa başlayır, bunlara Ossler düyünləri deyilir və əksəriyyət halda əllərin üzərində aydın nəzərə çarpır. Vaskulyar problemlər yəni damarlarla bağlı problemlər çox nəzərə çarpır, bu da müxtəlif ləkələr şəklində özünü biruzə verir.

Daha bir ciddi xəstəlik - Ürək xərçəngi- Oxumaq üçün yazıya daxil olun

Endokardit-in müəyyən olunması və müalicəsi.

Ürəyi dinlədikdə çox ciddi küy eşidilir, buradan yola çıxaraq xəstəyə mütləq exokardioqrafiya icra edilməlidir. Bu zaman qapaqlarda dəyişikliklər aydın nəzərə çarpır. Belə ki, qapaqların qalınlığı, qapaq üzərində müxtəlif kalsifik düyünlərin olması, qapaqların fibrozlaşması və çatışmazlıqları nəzərə çarpır. Bəzi xəstələrdə ritm problemləri, blokadalar, nəbzin qəflətən aşağı düşməsi, arterial təzyiqin yüksəlməsi nəzərə çarpmağa başlayır.

Endokardit-in müəyyən olunması və müalicəsi.

Təbii ki, daha doğru diaqnoz kardioloq və ya aritmoloq tərəfindən qoyulur və məhz kardioloq endokarditin nədən yarandığını, müalicəsinin necə gedəcəyini, ürəkdəki dəyişikliyin qalıcı olmaması üçün hansı müalicələrin aparılacağını təyin edir və bundan sonra da profilaktikasının necə aparılacağını xəstəyə bildirir. Antibiotik müalicəsi mütləqdir, ancaq mütləq qanın tərkibi dərin araşdırıldıqdan sonra hansı antibiotikə həssas olub olmaması müəyyənləşir, müalicədən sonra control exokardioqrafiya və təkrar qan analizləri istənilir. Uzun müddətli qoruyucu müalicə tədbirləri aparılır və bu həmçinin profilaktikaya da zəmin yaradır.

Endokarditin qarşısı necə alınmalıdır?

İlk gigiyenaya nəzarət dişlərdən başlamalıdır. Ağız boşluğu mütləq qaydada təmiz saxlanılmalı, dişlər çox tez-tez fırçalanmalı, çürüklər müalicə edilməlidir. Əks halda hər biri infeksiya üçün açıq qapıdır. Diş həkimi seçiminizə də çox ciddi riayət edin. Çünki diş kabineti natəmizliyi nəinki hepatit, müxtəlif ağır virus və infeksiya baxımından təhlükəli yerdir. Həmçinin ürək patologiyalarının yaranmasında da müəyyən rola sahibdir. Burada mütləq revmatizmin doğru müalicəsi də önəmlidir. Çünki revmatizmin ən çox zədələdiyi orqan ürəyin qapaqlarıdır. Zədəli qapaq isə ətrafdan virus və infeksiyalara çox həssasdır.

Növbəti mövzu - Aritmiya nədir

Daha Ətraflı