Tag - aritmologiya

urek catismazligi

Ürək çatışmazlığı

Ürək çatışmazlığı dedikdə, ürəyin yığılma funksiyasının zəifləməsi, böyük və yaxud kiçik qan dövranında durğunluq nəticəsində yaranan kəskin və ya xroniki vəziyyətlər nəzərdə tutulur. Bu kimi problemlərin qarşısını almaq üçün isə düzgün fiziki aktivlik və pəhriz rejiminə riayət etmək, eyni zamanda, kardioloq tərəfindən təyin edilmiş preparatları mütəmadi formada qəbul etmək lazımdır.
Daha Ətraflı

Transplantasiya

Müalicəsi mümkün olmayan xəstəliklər və ya fizioloji proseslərə görə əksərən orqanlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu zaman ən çox istifadə olunan müalicə üsullarından biri orqan transplantasiyasıdır. Texniki olaraq ən çətin əməliyyatlardan olan ürək köçürmələri zamanı isə donor və xəstə arasında hüceyrələrin uyğunluğu əsas şərtlərdən biridir.
Daha Ətraflı
səyirici-aritmiya

Səyirici aritmiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Səyirici aritmiya nədir?

Səyirici aritmiya haqda danışmazdan əvvəl ürəyin strukturu haqda danışmaq lazımdır. Ürəyin dörd kameradan ibarət olduğunu bilirik. Bu kameralar bir-biri ilə həmahəng çalışır. Yəni əvvəlcə qulaqcıqlar yığılır, sonra mədəciklər yığılır, sonra yenə qulaqcıqlar və mədəciklər yığılır. Bu proses düzgün şəkildə davam edir. Çox zaman pasientlər soruşur ki, doktor, nədir bu aritmiya? Bax aritmiya - həmən bu nizamın pozulmasıdır. Tamamən elektriki bir xaos olur və bu səyrici aritmiyada bu xaos qulaqcıqlardan başlayır.

Düşünün ki, ürək dörd silindrdən ibarət bir mühərrikdir. Bu matorun artıq iki silindri, yəni iki qulaqcıq sıradan çıxdı. Təkcə mədəciklər çalışır, onlar özü də bəzən qulaqcıqların düzgün çalışmamasından dolayı yükə və təsirə düşür. Ürək yüklə, güclə işlədikdə nə baş verir? Təbii ki, lazımi şəkildə qanı pompa edə bilmir. Və xüsusən beyin olmaqla, orqanlar az qanla təmin olunur. Az qanla təmin olunan orqanlar normal çalışmaz, bütün orqanizmdə xaos başlayacaq. Amma bu barədə bir qədər sonra.

Səyirici aritmiya kimlərdə rast gəlinir?

səyirici aritmiya

Bu yaxınlarda yanıma 4 aylıq uşaq gətirmişdilər səyrici aritmiya ilə. Ona görə də bu suala belə cavab verəcəm- hər kəsdə. Hər yaş kateqoriyasında ola bilər.

Yaranma səbəbləri nələrdir?

Cavanlarda – yorğunluqdan, düzgün olmayan həyat tərzindən, idmanla çox şiddətli özünü yormaqdan və yuxusuzluqdan sonra.

Yaşlılarda- yüksək təzyiq, şəkər, zob.

Uşaqlarda isə çox zaman səbəbi tam öyrənilməmiş qalır. Mütləq şəkildə yanaşı orqanlar ciddi araşdırılmalıdır.

Səyirici aritmiyanın fəsadları nələrdir?

Əvvəl onu deyim ki, səyrici aritmiyanın fəsadları çox ciddidir. Yəni bu döyüntü növü zarafatı və ona barmaqarası baxmağı sevmir. Ən ciddi ağırlaşma da tromboemboliyadır. Səyrici aritmiya nəticəsində o xaosla yığılan qulaqcıqlarda yaranan tromb sıçrayır ürəyin. Ona görə ciddi şəkildə müalicəsi ilə məşğul olmaq lazımdır. Hər zaman şikayət önəmlidir. Məsələn ola bilər ki, pasient heç bir şikayət verməsin. Düzdür, bunun özü də arzuolunan hal deyil, ancaq ürəkdöyüntü elə bir məhfumdur ki, yanaşı orqanlara təsiri varsa şikayətlər çox olacaq.

https://www.youtube.com/watch?v=67FyTa7HNRY
Aritmoloq kimdir və hansı xəstəlikləri müalicə edir?

Səyirici aritmiyanın əlamətləri

Təngnəfəslik, halsızlıq, boğulma, ayaqlarda şiş, yorğunluq, döyünmə, əsəbilik, ani fiziki hərəkətdən əldən düşmə və s. Bəzən belə xəstələr fərqli cür təngnəfəs olduqlarını deyirlər. Məsələn qeyd edirlər ki, əvvəllər pilləkən çıxanda boğulma olmurdu, amma indi məhz pilləkəndə boğulurlar. Digərləri gecələr yatağa uzananda boğulmanın olduğunu, oturaqlı vəziyyətdə keçdiyini deyirlər.Üçüncülər sakit yatdıqları yerdə birdən birə boğulmanın gəldiyini və tələsik qalxıb oturduqdan sonra azaldığını deyirlər. Təbii ki, şikayətlər ciddidir və araşdırması da ciddi aparılmalıdır.

Döyüntünün özü qulaqcıqlarda yaranır, qulaqcıq döyüntüsü öldürmə gücünə sahib deyil. Amma onun davam etməsindən yaranan tromb çox təhlükəli şəkildə beyin damarlarına keçib, damarları tutub insulta səbəb ola bilər. Uzun zaman xaotik yığılma ürək çatışmazlığının dərəcəsinin artmasına, ürəyin yığılma gücünün enməsinə və bunun nəticəsində artıq öldürücü ola biləcək mədəcik taxikardiyasının qoşulmasına səbəb ola bilər.

Səyirici aritmiyanın müalicəsi, Stimulyator və ya Pacemaker – cihaz implantasiyası

Müalicə- cavanlarda bayaq sadaladığım səbəblərdən dolayı olubsa, yəni içki sonrası, yuxusuzluq, rejimsizlik və s. o zaman onlar qaydasına qoyulduqda izsiz ötüb keçir. Ancaq hər hansı orqanik səbəb varsa, döyüntülər tez tez təkrarlanırsa, təzyiq və şəkər varsa, o zaman əmin olun ki, bu döyüntü davamlı formaya keçəcək və müalicəyə artıq ehtiyac var.

Daha Ətraflı
ağciyər-tromboemboliyası

Ağciyər tromboemboliyası

Kardiologiyada rast gəlinən ən qorxulu xəstəliklərdən biri ağciyər tromboemboliyası-dır. (Ən çox rast gəlinən digər xəstəlik- Səyirici aritmiya haqqında oxu) Pasiyentlərimiz arasında xüsusən qadınlarda rast gəlinən, bəzən də ölümlə nəticələnə bilən bir vəziyyətdir.

Bədənimizin demək olar ki, hər yeri qanla təchiz olunub. Hər hansı bir problem olduqda qan damarlarının divarlarında pıxta və laxta şəklində tromblar yaranır. Əgər diqqət etdinizsə, daha çox qadınlarda və kişilərdə ayaqlarda bu tromblar daha aydın görünür. Gözümüzlə görmədiyimiz nahiyələrdə də mövcud ola bilir, lakin daha dərində yerləşə bildiyindən onların təhlükəsindən xəbərimiz olmur.

Həmçinin oxu: Aritmiya nədir və necə meydana gəlir?

Tromb niyə yaranır?

Əvvəlcə gəlin baxaq görək tromb niyə yaranır. Diqqət etsəniz görərsiniz ki, çayda sürətli şəkildə çay axdıqda bütün çaya atılan hər şeyi yuyub apara bilir. Ancaq yavaş axımda çaylar çox çirkli olur. Qan damarları da belədir.

Tromb kimlərdə və nədən yaranır?

ağciyər tromboemboliyası
  • Hərəkətsizlik
  • piylənmə
  • daim hərəkət etmədən ayaq üstə qalma
  • müxtəlif dərmanların qəbulu ( buraya hamiləlik əlayhinə preparatları daxil etməyi özümə borc bilirəm, bu barədə daha ətraflı izahat veriləcək)
  • yeni keçirilmiş müxtəlif əməliyyatlar və əməliyyat olunmuş nahiyədə qan axımının bərpası
  • yataq xəstələri
  • ailəsində trombla əlaqədar ölüm faktoru olanlar
  • yeni doğum keçirmiş qadınlar ( bu yeni ana olanları qorxutmasın, dərin ventrombozunun yoxdursa bu cümlə sizə aid deyil)
  • anidən arıqlayan insanlar

Bu şəxslərdə trombun olması təəccüblü deyildir.

Ağciyər tromboemboliyası necə yaranır?

Bu vəziyyətlərdə mövcud olan trombun bir hissəsi qopub ağciyərlərə sıçraya bilir və hər hansı bir şaxəsini və ya kiçik şaxələrini tutur. Bu zaman kəskin sürətdə təngnəfəslik, rəngin avazıması, boğulma, ürək döyüntülərinin sürətlənməsi, sinə nahiyyəsində ağrı, öskürək, bəzən də huşun itməsi ola bilir. Bu halda xəstə təcili sürətdə xəstəxanaya çatdırılmalı, reanimasiya şöbəsinə yerləşdirilməlidir.

Müalicəsi hələ trombun mövcud olduğunu bildikdə başlanılmalı, antikoaqulyant və antiaqreqant verilməlidir. Bu dərmanlar həm trombun daha çox yaranmasının qarşısını alır və mövcud trombu əritməyə kömək edir. Digər vacib nüans ayaqlara varis corabların geyinilməsidir.

Həmçinin oxu: Endokardit - ürəyin ən təhlükəli xəstəliklərindən biri

Trombdan necə qaçmaq olar?

Qeyd edim ki, tromb hər kəsdə olmur. Çox hərəkətli, idmanla məşğul olan, bədənin çəkisi normal və genetik tromba yatqınlığı olmayanlarda bu xəstəliyin təhlükəsi çox minimaldır. Əksinə hipodinamik, yəni az hərəkətli, kompyuterin arxasında oturanlarda, sürücülərdə, saç ustalarında daha çox rast gəlinir. Burada müxtəlif digər xəstəliklərdən əziyyət çəkən insanları qeyd etməyim yerinə düşər. Belə ki, xərçəng xəstəliyindən (həmçimim oxu: ürək xərçəngi) əziyyət çəkib müalicə alanlar, sümük əməliyyatı keçirən insanlar, hormonal müalicə almaq məcburiyyətində olanlarda da bu xəstəliyin təhlükəsi var.

Ağciyər tromboemboliyası-nın müayinəsi necə aparılır?

İlk öncə mütləq rentgen filmi, döş qəfəsi kompyuter tomoqrafiya, exokardioqrafiya, bəzi qan analizləri, ayaqların usm ilə incələnməsi. Profilaktikası – təbii ki, hərəkət, aktiv həyat tərzi, ofis işində ara-sıra durub gəzinmə, davamlı maşın sürənlərdə maşından düşüb ara-sıra idman hərəkətləri etmə, çox maye qəbul etmə, dar geyinməmə, ayaqlarınızı axşam uzandıqda yastığa qoyub yuxarı qaldırma, varis corablarının geyinilməsi və təbii ki, heç olmasa sadəcə yoxlanış məqsədi ilə ara-sıra həkimə baş çəkmə.

Növbəti yazı: Stimulyator və ya Pacemaker cihaz implantasiyası

Daha Ətraflı
endokardit

Endokardit – Ürəyin ən təhlükəli xəstəliklərindən biri

Endokardit ürəyin ən təhlükəli xəstəliklərindən hesab edilir. İllər öncə diaqnozu dəqiq qoyulmadıqda insanlar bu xəstəlikdən ölürdülər. Hal-hazırda da bir çox xəstəliklərlə qarışıq salınır və vaxtında kardioloqa müraciət olunmadıqda ölümlə nəticələnə bilir.

Endokardit nədir?

Endokardit - Ürək qapaqlarının, ürək və damarların içərisində yerləşən endotel təbəqənin infeksiyasıdır. Necə ki, hər hansı bir orqanımızda ( ağız boşluğu, boğaz, bağırsaqlar ) infeksion proses olduqda insanın qızdırması qalxır, eyni bu xəstəlikdə də insanda ilk olaraq qızdırma görsənər. Qızdırma çox zaman titrəmə ilə növbələşər və ilk dövrdə adi virus infeksiyası ilə dəyişik salına bilər. Bu zaman xəstələr yanaşı müxtəlif şikayətlər verə bilər. Oynaq ağrıları, ürəkbulanma, bəzən qusma, tənəffüsün çətinləşməsi. Bu xəstələrin bir qədər gecikmiş dövründə oynaqlarda düyünlər yaranmağa başlayır, bunlara Ossler düyünləri deyilir və əksəriyyət halda əllərin üzərində aydın nəzərə çarpır. Vaskulyar problemlər yəni damarlarla bağlı problemlər çox nəzərə çarpır, bu da müxtəlif ləkələr şəklində özünü biruzə verir.

Daha bir ciddi xəstəlik - Ürək xərçəngi- Oxumaq üçün yazıya daxil olun

Endokardit-in müəyyən olunması və müalicəsi.

Ürəyi dinlədikdə çox ciddi küy eşidilir, buradan yola çıxaraq xəstəyə mütləq exokardioqrafiya icra edilməlidir. Bu zaman qapaqlarda dəyişikliklər aydın nəzərə çarpır. Belə ki, qapaqların qalınlığı, qapaq üzərində müxtəlif kalsifik düyünlərin olması, qapaqların fibrozlaşması və çatışmazlıqları nəzərə çarpır. Bəzi xəstələrdə ritm problemləri, blokadalar, nəbzin qəflətən aşağı düşməsi, arterial təzyiqin yüksəlməsi nəzərə çarpmağa başlayır.

Endokardit-in müəyyən olunması və müalicəsi.

Təbii ki, daha doğru diaqnoz kardioloq və ya aritmoloq tərəfindən qoyulur və məhz kardioloq endokarditin nədən yarandığını, müalicəsinin necə gedəcəyini, ürəkdəki dəyişikliyin qalıcı olmaması üçün hansı müalicələrin aparılacağını təyin edir və bundan sonra da profilaktikasının necə aparılacağını xəstəyə bildirir. Antibiotik müalicəsi mütləqdir, ancaq mütləq qanın tərkibi dərin araşdırıldıqdan sonra hansı antibiotikə həssas olub olmaması müəyyənləşir, müalicədən sonra control exokardioqrafiya və təkrar qan analizləri istənilir. Uzun müddətli qoruyucu müalicə tədbirləri aparılır və bu həmçinin profilaktikaya da zəmin yaradır.

Endokarditin qarşısı necə alınmalıdır?

İlk gigiyenaya nəzarət dişlərdən başlamalıdır. Ağız boşluğu mütləq qaydada təmiz saxlanılmalı, dişlər çox tez-tez fırçalanmalı, çürüklər müalicə edilməlidir. Əks halda hər biri infeksiya üçün açıq qapıdır. Diş həkimi seçiminizə də çox ciddi riayət edin. Çünki diş kabineti natəmizliyi nəinki hepatit, müxtəlif ağır virus və infeksiya baxımından təhlükəli yerdir. Həmçinin ürək patologiyalarının yaranmasında da müəyyən rola sahibdir. Burada mütləq revmatizmin doğru müalicəsi də önəmlidir. Çünki revmatizmin ən çox zədələdiyi orqan ürəyin qapaqlarıdır. Zədəli qapaq isə ətrafdan virus və infeksiyalara çox həssasdır.

Növbəti mövzu - Aritmiya nədir

Daha Ətraflı