Su içməyin ürəyə faydası

Su içməyin ürəyə faydası

Ürək-damar xəstəliklərinin qarşısının alınmasında qidalanmanın əhəmiyyətli rolu barədə artıq hamımız bilirik. Bəs su ürəyimiz üçün nə dərəcədə vacibdir?

Gündəlik bədənimizin ehtiyacı olan qədər su içmək ürək üçün ən sağlam vərdişlərdən biridir. Bədənimizin suya ehtiyacı olduğu qədər, ürəyimizin də suya o qədər tələbatı var.

Son illərin bir çox araşdırmaları göstərir ki, hər gün 5 stəkan və daha çox su içən insanların ürəyi uzun illər boyu sağlam qala bilir. Bunun əksinə, su sevməyən və içməyən insanların ürəyi isə daha tez xəstəliklərə məruz qala bilir.

Bu xəstəliklər arasında ən çox rast stenokardiya və infarktlara rast gəlinir.

Suyun ürəyimiz üçün əsas funksiyası onun susuzluğunun qarşısını almaqdır. Əgər kifayət qədər su içməsək, qanımız qatılaşır və ürəyimiz normadan daha artıq, ağır rejimdə çalışmalı olur. Bu isə ürəyin xroniki xəstəliklərinin yaranmasına səbəb olur. Bir sözlə, ürəyin normal funksiyasının yerinə yetirməsi üçün qanın duru olması vacibdir.

Bundan başqa, suyun tərkibində ürək üçün vacib olan maddələr var. Bu minerallar bədənimizə daxil olmadıqda həyat üçün təhlükəli olan aritmiyalar yaranır.

Ürəyinizə faydalı olması üçün suyu seçərkən bu məqamlara diqqət etmək lazımdır. Qaynanmış suyun ürəyə və bədənimizə heç bir faydası yoxdur, çünki su qaynadığı zaman tərkibindəki bütün minerallar ölür. Ürəyimizin ehtiyacı olan mineralları sudan almaq üçün suyun filtrdən keçmiş olması vacibdir.

Sosial mediada paylaşın

Leave a Reply