Uşağın ürəyi ağrımaz?!

Uşağın ürəyi ağrımaz?!

“Uşağın ürəyi ağrımaz” deyimi yanlışdır. Dünyada hər 100 uşaqdan 8-i ürək xəstəliyi ilə doğulur. Hər il doğulan uşaqların içərisində 12 min uşaq ürək əməliyyatına məruz qalır, çox ağır əməliyyatlar keçirdir. Bu xəstəliyin uşaqlarda yaranma səbəbi tam olaraq bəlli deyil, lakin qohum evliliyi, radiasiya, hamiləliyin erkən dönəmində keçirilən infeksiyalar, xoromosom anomaliyaları, ananın şəkər xəstəsi olması, hamiləlik sırasında alkoqol istifadəsi uşağın patoloji ürək ilə doğulmasına gətirib çıxara bilər.

Uşaqlarda ürək xəstəliyinin müalicəsində ən önəmli faktor erkən diaqnozdur. Bunun sayəsində artıq 1 kilo, 2 kilo ağırlığındakı uşaqlara belə ürək əməliyyatları icra edilir. İlkin olaraq uşağı qəbul edən neanotoloqun ürəyi düzgün dəyərləndirməsi, daha sonra hər hansı bir şübhədə exokardioqrafiya istəməsi, orada çıxan dəyişikliklərə görə kardioloqa və ya kardiocərraha yönləndirməsi vacib şərtdir.

Bu sahədə ən böyük ağırlıq anaların üzəridə düşür. Uşaqlarınızın digər uşaqlarla müqayisədə zəif kilo alması, ani və ya biraz artmış fiziki hərəkətdən tez yorulması, ciddi təngənəfəs olması və ya göyərməsi, başgicəllənmə və ya bayılma şikayətinin olması kimi vəziyyətlər ciddi siqnaldır. Hər hansı birində mütləq ilk öncə pediatrınıza müraciət edin. Qeyd etmək istərdik ki, uşaqlarda mövcud olan ciddi ürək xəstəliklərinin əksəriyyəti cərrahi yolla həll edilir, buna görə lazımsız dərman müalicəsindən, hər il , hər fəsil ürəyi “qidalandıran” kurs müalicə terapiyasından uzaq durun. Uşağın ürəyində ciddi problem yoxdursa ” sadəcə yüngül müalicə edək” deyimi mifdir. Uşaqlarınızı aptekə çevirməyin. Ən yaxşısı onlarda idmana, sağlam qidalanmağa maraq yaradın. Övladlarınızın sağlamlığı ilk öncə sizin əlinizdədir….

Sosial mediada paylaşın