Cihaz ürəyimə haradan taxılacaq?

ureye taxilan cihazlar

Cihaz ürəyimə haradan taxılacaq?

“Həkim, cihaz ürəyimə haradan taxılacaq?”, “Sinəm yarılacaq?”, “Narkoz alacam?”

Bu sualları əməliyyatdan öncə hər pasient, pasient yaxını verir. Bu barədə daha ətraflı izah verim:  Ürəyə taxılan cihazın özü əslində sadəcə şəkildə göründüyü kimi dərinin altında, sağ körpücük altındakı cibdə yerləşir, ürəkdə isə o cihazdan çıxan tellər olur. Bəs onlar ürək açılmadan ürəyin içərisinə necə keçir? Əlbəttə ki, körpücük altında yerləşən damardan.

Bu damardan ürəyin içinə birbaşa gedən damar var. Bax o damar vasitəsilə də telləri yeridirik. Prosedur yerli keyitmə ilə aparılır və elə keyidilir ki, pasient o nahiyyədə ağrı hiss etmir.

Əməliyyatlar cihazın növündən asılı olaraq müxtəlif saat ərzində bitə bilər. Məsələn bir kameralı cihazlar təqribən 40 dəqiqə ərzində, iki kameralı bir saat, üç kameralı bəzən saat yarım davam edir. Amma bu rəqəmlər təbii ki, hər xəstədə fərdidir. Bu arada hər həkimdə də fərdidir. Bu işi çox tez-tez edən operator sürətli işləyir.

Cihaz taxıldıqdan bir gün, bəzən iki gün sonra pasient evə göndərilir. 10 gün sonra tikişlər alınır və bir ay, üç ay, hər altı ayda bir dəfə kontrollar edilir. Xəstəyə öncədən təyin edilən gündə müayinəyə gəlir.

Sosial mediada paylaşın

Leave a Reply