İnfarkt keçirdiyimizi necə anlayaq?

İnfarkt keçirdiyimizi necə anlayaq?

Ürək infarktı dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlikdir. Son illər bütün dünyada qeyri-sağlam həyat tərzi və hərəkətsizliyin artması infarktın gəncləşməsinə və daha çox yayılmasına səbəb olub. Təəssüf ki, indiki dövrdə 18 yaşındakı gənclərdə belə infarkta rast gəlinir.

İnsanın infarkt keçirdiyini göstərən bir neçə vacib əlamət var. Bunlardan birincisi şiddətli ağrıdır. Ağrı ani şəkildə döş qəfəsində yanma və göynəmə hissi yaradır. Ağrı o qədər şiddətli və dözülməz ola bilər ki, xəstələr ağrıdan ağlaya bilirlər.

Ağrı döş qəfəsinin tam mərkəzində olur, hər iki qola irradiasiya edir, həmçinin kürək nahiyəsinə yayıla bilir. Şiddətli ağrı olmadan əvvəl bir neçə gün ərzində döş qəfəsində ağrı olur, lakin təəssüf ki, bir çox insanlar bu əlamətə diqqət etmirlər və vaxtında həkimə müraciət etmirlər.

Nəfəs darlığı infarktdan əvvəl və ya infarkt zamanı müşahidə olunan digər əlamətdir.

Bundan başqa, arterial təzyiq normadan aşağı düşə və ya həddindən artıq çox yüksələ bilir. Digər əlamətləri ani soyuq tər basma, tərləmə, mədə yanması, mədə nahiyəsində diskomfort hissidir.

Bununla yanaşı, infarkt ürək bulanma və qusma, baş gicəllənmə kimi əlamətlərlə özünü göstərə bilir.

 

 

 

 

 

Sosial mediada paylaşın

Leave a Reply