D vitamini

D vitamini

Azərbaycanda hər iki nəfərdən birinin D vitamini əksikdir. Bu mənim şəxsi statistikamdır, doğrudur, amma gəlib D vitamini əksikliyinə görə analiz verən insanlarda heç normal səviyyədə nəticə görmədim. D vitamini “günəş işığı vitamini ” olaraq bilinir və çox miqdarda günəşdən alınır. O zaman belə çıxır ki, bizim günəşimiz onu kifayət qədər dərilərə ötürmür. D vitaminin sağlamlıq üçün nə qədər önəmli olduğunu izah etmək istəyirəm. İlk növbədə ən böyük təsiri sümüklərədir. Belə ki, D vitamini orqanizmdə kalsium və fosfor balansını qoruyur, sümüklərin böyüməsi və sümük hüceyrələrinin inkişafında böyük rol oynayır. “Yay uşağı” deyib yayda doğulan uşaqlara D vitamini verməyən analar, ilk bir ildə siz o uşağı Günəşin altında da böyütsəniz gündə iki damcı şərtdir! D vitamini beyin funksiyasını yaxşılaşdırmağa kömək edir və depressiyanı azaldır. Araşdımalara görə bu vitaminin çatışmazlığında Parkunson və Alzheymer xəstəlikləri çox rast gəlinir. Pəhriz saxlayıb arıqlaya bilməyən xanımlar, D vitamininizi mütləq yoxlatdırın. Onun səviyyəsi bədəniniz normallaşmayana qədər ən lüks dieta ilə belə arıqlamaq mümkün olmayacaq. Çox ciddi tərləmələrin əsasında D vitamini çatışmazlığı durur, deponu dolduran kimi tərləmələr keçir. Oynaq ağrıları, sümük ağrıları da həmçinin D vitamini çatışmazlığının nəticəsidir. Savadlı revmatoloq mütləq sizə D vitaminini yoxlatdıracaq və D vitamini təyin edəcək. Ərzaqlarda, yediyimiz içdiyimiz qidaların tərkibində bu vitamin çox cüzidir. Buna görə də iki yolumuz. var – ya günəş vannası, ya dərman. Günəş vannası səhər saatlarında və günortadan sonra, günün çox yandırmayan saatlarında olsa daha məqsədəuyğundur. Mütləq qoruyucu kremdən istifadə edin. Günəş vannası kifayət deyilsə kimyəvi dərman şəklində qəbulu məqsədəuyğundur. Ancaq bunu mütləq həkim təyin etməlidir.

Sosial mediada paylaşın

Leave a Reply