Daxili piylənmə nə ilə təhlükəlidir?

Daxili piylənmə nə ilə təhlükəlidir?

Bir çoxumuz hesab edir ki, artıq çəkinin heç bir təhlükəsi yoxdur. Arıqlamaq isə sadəcə daha gözəl görünmək üçün lazımdır. Bəs siz bilirsinizmi ki, piy orqanların ətrafına toplananda ürək xəstəliyinə, demensiya, xərçəng, depressiya və digər təhlükəli xəstəliklərə gətirib çıxara bilər?

 

Daxili piylənmənin artması bəzi xəstəliklərin yaranma riskini artırır. Bunlara aşağıdakılar aiddir:

* ürəyin işemik xəstəliyi

* xərçəng

* insult

* demensiya

* diabetmünasibəti ilə ke

* depressiya

* artrit

* piylənmə

* seksual disfunksiya

* yuxu pozulması.

 

Daxili piylənmə təhlükəli və toksikdir, çünki iltihabın inkişafını təhrik edə bilər. Üstəlik, hormonların normal fəaliyyətinə mane olan molekulların yaranmasına gətirib çıxarır. Əslində, piylənmənin orqanizmə təsiri həyat üçün vacib orqanların fəaliyyətini təhlükə altına alır. Piy hüceyrələri sadəcə ehtiyat kalori yığını deyil. Bu “gizli düşmən” insan fiziologiyasına düşündüyümüzdən daha böyük zərər verir.

Biz artıq bilirik ki, piy toxuması hormonların daha çox hasil olunmasına səbəb olur və iltihabi prosesə təsir edir. Qarın boşluğu orqanlarını əhatə edən piy toxuması iltihabönü kimyəvi birləşmələri və sitokinləri stimulə edir. Eyni zamanda, iştahı, çəkini, əhvalı və baş beynin fəaliyyətini tənzimləyən hormonlarla əlaqəyə girir.

 

Piyin formalaşmasına təkan verən iltihabəleyhinə sitokinlər ürək xəstəlikləri və digər iltihabi proseslərə təsir edir. İltihab zamanı qaraciyər xolesterin və toksinlərlə yüklənir, bu isə damarlarda düyünlər əmələ gətirir. Daxili piylənmə ürək- damar xəstəlikləri  yaranma riskini artırır. Bu sistemin markerləri yüksək triqliseridlər, yüksək AT və xolesterindir.

 

Kanadanın Kvebek Universitetinin 2013-cü ildə təqdim etdiyi hesabata görə, «daxili piylənmə kardiometabolik risk faktorları ilə sıx əlaqəlidir.  Bunların arasında

 

  • Hipertriqliseridemiya (qanda triqliseridlərin və xolesterinin həddindən çox cəmlənməsidir)
  • yüksək miqdarda sərbəst yağ turşuları,
  • piy toxumasının iltihabəleyhinə sitokinlər buraxması, insulinrezistentlik
  • qaraciyər iltihabı,
  • qaraciyərdə çox aşağı sıxlıqlı lipoproteinlərin sintezi və sekresiyası,
  • triqliseridlərlə lipoproteidlərin klirensinin azalması,

aşağı sıxlıqlı lipidlərin kiçik sıx hissəcilərin mövcudluğu yuxarı sıxlıqlı lipidlərin səviyyəsinin düşməsi bu vəziyyətlə əlaqəli çoxsaylı metabolik dəyişikliklərə aiddir».

Sosial mediada paylaşın

Leave a Reply