Yürüş ürək xəstəliklərinin qarşısını necə alır?

Yürüş ürək xəstəliklərinin qarşısını necə alır?

Ürək xəstəliklərinin qarşısının alınmasında yürüş ən faydalı hərəkətlərdən biridir. İstənilən fəsildə və havada hər gün yürüş etməklə ürəyinizi uzun illər sağlam saxlaya bilərsiniz.

Yürüş üçün xüsusi avadanlığa ehtiyac yoxdur. Sizə lazım olan ancaq rahat geyim və rahat ayaqqabıdır. Bütün fiziki hərəkətlərdə olduğu kimi, yürüşə də başlamaq üçün bəzi qaydaları bilmək lazımdır. Sağlam insanlar üçün hər gün tədricən olmaqla hərəkətin sürətini artırmaq lazımdır, ilk günlərdən maksimal rekord qırmağa ehtiyac yoxdur.

Yürüşə yeni başlayırsınızsa, ilk günlər 40-50 dəqiqədən çox olmayaraq və ya 3-5 km gəzmək kifayət edir. Yürüş tempini özünüz təyin edə bilərsiniz. Belə ki, əgər yürüş zamanı möhkəm səslə rahat danışa bilirsinizsə, deməli bu temp sizə uyğundur. Əgər danışmağa enerjiniz çatmırsa və ya ancaq pıçıldaya bilirsinizsə, bu tempinizin çox olduğunu və sizə uyğun olmadığını göstərir.

İlk 6-8 həftə ərzində ürək-damar sistemi məşq rejiminə öyrəşir və yeni daha “ekonom rejim”ə keçir. Arterial təzyiq və nəbzin sürəti aşağı düşür və nəfəs alma yaxşılaşır. Bundan başqa, yürüş “pis” xolesterinin miqdarının azalmasına, qanın laxtalanma prosesinə də müsbət təsir göstərir.

Lakin ürək əməliyyatı və ya infarkt keçirmiş, stenokardiya, yüksək arterial təzyiq və digər ürək-damar xəstəlikləri olan insanlar yürüşə başlamadan əvvəl həkimlə məsləhətləşməlidirlər. Həkim sizə hansı tempdə yürüşün faydalı olacağını, nə qədər yürüş etmək lazım olduğunu və sizə uyğun olan nəbzin ölçüsünü qeyd edəcək. Yalnız bundan sonra yürüşə başlaya bilərsiniz.

Sosial mediada paylaşın

Leave a Reply