Qəfləti ürək dayanmasına səbəb olan faktorlar

Qəfləti ürək dayanmasına səbəb olan faktorlar

Qəfləti ürək dayanması gözlənilmədən ürək və tənəffüs funksiyanın dayanması, həmçinin şüurun itməsi ilə müşahidə olunan ağır bir haldır. Bu halda xəstəyə ilk yardım edilməzsə, xəstə ölə bilər. Sürətli və vaxtında edilmiş düzgün tibbi yardımla xəstənin sağ qalma şansı var.

Tam reanimasiya müalicəsi olmayan vəziyyət isə ölümə və ya ağır əlilliyə səbəb ola bilər.

Ürək dayanması həm yaşlılar, həm gənclər, həm də uşaqlar üçün son dərəcə ciddi sağlamlıq problemidir.

Bizim ürək döyüntüləriniz müntəzəm olaraq yaradılan elektrik impulsları tərəfindən idarə olunur. Bu impulslar dəyişdikdə, ürək döyüntüləri qeyri-müntəzəm olur. Bu vəziyyət aritmiya kimi tanınır. Bəzi aritmiyalar yavaş olur və bu zaman ürək döyüntüləri azalır. Digərləri isə əksinə sürətli olur və ürək döyüntüsü sürətlənir. Ürəyin ritminin dayanması nəticəsində ürək dayanması baş verir.

Ürəyin qəfləti dayanmasına səbəb olan əsas faktorlara aritmiyalar, koronar damarların və qapaqların xəstəlikləri, ürəyin anadangəlmə xəstəlikləri, infarkt və kardiomiopatiyalar daxildir.

Bunlardan başqa, spirtli içki və siqaret qəbulu, oturaq həyat tərzi, piylənmə, genetik faktorlar, keçirilmiş infarkt, kişilərin 45 yaşüstü və qadınların 55 yaşüstü olması, qan plazmasında kalium və maqneziumun azlığı qəfləti ürək dayanmasına səbəb ola bilir.

Bəzən ürəyin qəfləti dayanmasından əvvəl bu əlamətlər meydana çıxa bilir: döş qəfəsi nahiyəsində diskomfort, tənəffüs çatışmazlığı, qusma, baş gicəllənmə, ümumi zəiflik və ürək döyünmənin artması.

Sosial mediada paylaşın

Leave a Reply