Hipertoniyadan necə şübhələnmək olar?

Hipertoniyadan necə şübhələnmək olar?

Hipertoniya və ya yüksək arterial təzyiqdən bütün dünyada 1,28 milyard insan əziyyət çəkir. Ən çox 30-79 yaşarasında rast gəlinən hipertoniya xəstəliyi ciddi patoloji vəziyyət olub, ürək-damar, baş beyin, böyrəklər və digər orqanların xəstəlik riskini nəzərə çarpacaq dərədəcə yüksəldir.

Yüksək arterial təzyiq xəstəliyinin qorxulu tərəfi həm də ondadır ki, xəstəlikdən əziyyət çəkən insanların 46%-i hipertonik olduqlarını bilmirlər. Çünki hipertoniya çox vaxt heç bir əlamətlə özünü göstərmir. Buna görə də hipertoniyanı “səssiz qatil” adlandırırlar.

Hipertoniya yaşla əlaqəli bir xəstəlik deyil. Cavan insanlarda da hipertoniyaya rast gəlinir. Hipertoniyanın olub-olmamasını bilmək üçün, hətta özünüzü yaxşı hiss etsəniz belə, davamlı arterial təzyiq yoxlanmalıdır. Xüsusilə də orta yaş və üstü insanlar üçün bu, çox vacibir.

Xəstəliyin gizli əlamətləri bunlar ola bilər:

▪️Baş ağrısı (xüsusilə də səhər yuxudan oyandıqdan sonra)
▪️Burundan qan gəlməsi
▪️Gözün selikli qişasına qan sızması
▪️Ürək ritminin pozulması
▪️Görmənin bulanması
▪️Qulaqlada cingilti

Ağır hipertoniya özünü ümumi halsızlıq, ürəkbulanma və qusma, şüurun dumanlanması, daxili gərginlik, döş qəfəsində ağrı və əzələ tremoru ilə göstərə bilir. Bu əlamətləri özünüzdə müşahidə edirsinizsə, gecikmədən həkimə müraciət edin.

Hipertoniya xüsusilə ürək üçün təhlükəli xəstəlikdir. Belə ki ,yüksək arterial təzyiq arteriyaların divarlarının elastikliyinin itirilməsinə, ürək əzələsinə qanın və oksigenin çatdırılmasının azalmasına səbəb olur. Nəticədə stenokardiya, infarkt, aritmiya, ürək çatışmazlığı kimi yüksək həyati risk daşıyan halların yaranmasına səbəb olur.

Hipertoniyadan qorunmaq üçün həyat tərzi və qidalanmaya mütləq şəkildə nəzarət olunmalıdır.

Sosial mediada paylaşın

Leave a Reply