İdmançılara məxsus ürək döyüntüləri

İdmançılara məxsus ürək döyüntüləri

Şəkildə gördüyünüz adam velosiped yarışı üzrə 5 qat Dünya Çempionu Miquel İnduraindir. Onun ürəyi sakit vəziyyətdə 28 dəfə vurur. Bu patologiya deyil, idmançıya məxsus haldır. Ümumiyyətlə idmançıların əksəriyyətində bradikardiya ( yəni ürək vurğularının sayının azlığı) müşahidə olunur. Bunun izahatı tam verilməsə də, güman olunur ki, mütəmadi idman nəticəsində ürəyin əzələsi çox möhkəmlənir. Ürək əzələsinin əsas funksiyası qanı qovmaq olduğundan güclü əzələ daha zərblə qanı orqanlara paylayır. Bu isə orqanların daha bol şəkildə qanlanmasına və nəticədə orqanizmin ümumi işləmə prinsipinin yavaşlanamasına gətirib çıxarır. Ürəyin yavaşlaması idmançıların ürəyində normal hesab edilsə də, müəyyən şikayətlər üzə çıxdıqda diqqət tələb edir. Düzdür, idmanla məşğul olan övladlarınız mütəmadi olaraq sağlıq kontorlundan keçsələr də, valideynlərin bu mövzuda bilməli olduqları bəzi nüanslar vardır. Əgər övladınızda halsızlıq, yorğunluq, ciddi başgicəllənmə, bayılma halları varsa mütləq bundan həkimin xəbəri olmalıdır. Övladlarınız bu barədə məlumatlandırılmalıdır ki, narahatçılıqlarına qarşı diqqətli olsunlar. İdman gözəl məşğuliyyət, bəzi insanlara hətta sənətdir. Ancaq unutmayın ki, hər şey qədərində gözəldir.

Sosial mediada paylaşın

Leave a Reply