İnsultu panik atakdan necə ayırmaq olar?

İnsultu panik atakdan necə ayırmaq olar?

İnsult – dərhal xəstəxanaya yerləşdirilməsini və müalicənin başlamasını tələb edən kəskin beyin qan dövranının pozulmasıdır.
Panik atak – narahatçılıq və həyəcan vəziyyətidir.
Bu, ilk görünüşdən müxtəlif vəziyyətlərin simptomları çox oxşardır.
Ortaq olan nədir?
Həm insult, həm də panik atak vaxtı başgicəllənmə ola bilər, üzün və ətrafların keyiməsi,  əllərdə zəiflik, arterial təzyiqin artması, ürək fəaliyyətinin pozulması.
Onları necə ayırmaq olar?
Panik atak
  • Başgicəllənmə (sistemsiz) – “sərxoşluq” hissi, tarazlığı saxlamaq mümkün deyil, ləngər vurma. Panik atak zamanı məhs bu hisslər yaranır.
  • Keyimə – üz və ətrafların iki tərəfdən simmetrik keyiməsidir. Ağız keyimələrinə daha tez-tez rast qəlinir, amma eyni zamanda xəstələrdə nitq pozulması müşahidə edilmir.
  • Zəiflik – aydın bir lokalizasiya olmadan ümumi zəiflik vəziyyətidir.
  • Ürək fəaliyyətinin pozulması– ürəyin döş qəfəsindən “tullanacaq” kimi bir hiss.
İnsult
  • Başgicəllənmə – insanın ətrafında olan əşyaların və ya bədənin özünün müəyyən istiqamətdə (sağa və ya sola) dönməsidir.
İnsult vaxtı pasiyentlərdə koordinasiyanın pozulması müşahidə olunur-durmaq və düz xət üzrə yerimək, hansısa əşyanı götürmək mümkün olmur və s .
  • Keyimə və zəiflik;
İnsult zamanı yalnız bədənin yarısında keyimə müşahidə edilir-sağ və ya sol tərəf.
İnsult üzün keyiməsi, nitqin pozulması ilə müşayiət oluna bilər- dil normal fəaliyyət göstərə bilmir, xəstə sadə cümlələri tələffüz edə bilmir.
Ətrafların (əl-ayağın), sağ və ya sol tərəfdə keyiməsi, zəifliklə müşayiət olunur.
Amma unutmayın ki, təkrar sığortalanmaq həmişə yaxşıdır və insultdan şübhələndikdə dərhal həkimə müraciət etmək lazımdır.

Sosial mediada paylaşın

Leave a Reply