Aritmiyanı əməliyyatsız ləğv etmək mümkündür?

Aritmiyanı əməliyyatsız ləğv etmək mümkündür?

Aritmiyadan əziyyət çəkən insanlar çox zaman düşünür ki, onu müxtəlif dərmanlarla, fiziki hərəkətlərlə, təbii vasitələrlə müalicə etmək mümkündür.
Təsssüf ki bu, doğru fikir deyildir.

Dərmanlar aritmiyanı həmişəlik sağaltmır, onlar vəziyyəti müəyyən qədər rahatlada bilər, amma müəyyən zaman keçir, orqanizm o dərmanlara öyrənir və dozanı qaldırmaq lazım olur.

Dozanı qaldırdıqdan bir qədər sonra yenə müvəqqəti keçir, bir zaman sonra isə dərmanlar təsirini tamamilə itirir. Həmçinin burada iki nüansı nəzərdən keçirməkdə fayda var:

  1. O antiaritmik dərmanların özlərinin proaritmik təsiri var, bu təsir aritmiyanın daha da artmasına səbəb ola bilər, həmçinin sizdə heç zaman olmayan başqa aritmiya növü yarada bilər.
  2. Həmçinin o dərmanların əks təsirləri çoxdur.

Bəzən xəstələr xalq təbabətinə əl atırlar. Boyarışnik içirlər, tənəffüs gimnastikası edirlər, hansısa bitkiləri qatıb qarışdırırlar, bu isə əksinə dərmanlardan daha pis nəticə verə bilir. Bir dəfə bir pasient döyüntünün qarşısını almaq üçün zəncəfillə istiotu bir-birinə qatıb qəbul etmişdi, ancaq çox sürətli aritmiya ilə təcili yardıma gəlmişdi.

Bəzən elə pasientlər də var ki öz-özünə keçər deyib, ciddiyə almırlar. ⠀

Bunların hamısı yalandan özünü aldatmalardır. Hazırda aritmiyadan yeganə qurtulmaq üsulu radiofrekans ablasiyadır və bu ablasiya sizin düşündüyünüz kimi qorxulu, açıq ürək əməliyyatı kimi bir prosedur deyil, ayaqdakı damardan icra edilən, qısa çəkən və əməliyyatdan bir neçə saat sonra evə getməyinizi təmin edən bir prosedurdur.

Sosial mediada paylaşın

Leave a Reply