Həyat və canlılıq mənbəyi – Ürək

Həyat və canlılıq mənbəyi – Ürək

Bədənimiz formalaşarkən ana bətnində hərəkətə keçən ilk orqan ürəkdir. Körpənin ürəyi ana bətnində altıncı həftədən döyünməyə başlayır. Digər orqanlar ürək və damar sistemi ətrafında formalaşmağa davam edir.

Qaçış və ya dırmaşma kimi daha çox fiziki səy tələb edən vəziyyətlərdə ürəyimizin daha güclü və daha sürətli döyüntülərini hiss edirik.

Fiziki və ruhi vəziyyətdə olan bu cür dəyişikliklərdə işləmə tempində fərqliliklər hiss etdiyimiz ürək həyat və canlılıq mənbəyi kimi görülmüş və ruhun ürəkdə yerləşdiyinə inanılmışdır.

Ürəyimiz orta hesabla dəqiqədə 70 dəfə, gündə 104.000 dəfə və ildə 38 milyon dəfə daralaraq içindəki qanı bədənimizə vurur.
Üstəlik, 280-300 qram ağırlığı ilə ancaq yumruğumuz boydadır!

Ürəyimiz 1 dəqiqə ərzində bədənimizə təxminən 5,5 litr qan vurur. Bu da; 1 gündə 8 ton, 1 ildə 3000 ton, 80 ildə 240 min ton deməkdir. İnsan ömrünün orta hesabla 80 il olduğunu fərz etsək, vurulan qan təxminən 10 ton tutumlu 24 min tankeri doldurmağa kifayət edir.

Sosial mediada paylaşın

Leave a Reply