Piylənmə

Piylənmə

Azərbaycanda piylənmə geniş yayılmışdır və son zamanlar uşaqlar arasında daha çoх müşahidə olunur. Fast food yeməklər, vaxtlı vaxtında yeməmək, marketdə satılan içərisi hormon dolu hazır yeməklərdən istifadə etmək bu aralar çox dəb olduğundan 14-18 yaş arası gənclərdə metabolizmin pozulması, şəkərli diabetə meyllik və ifrat çəki çox nəzərə çarpır. Fikir versəniz görərsiniz ki oğlan uşaqlarında piylənmə daha çox qarın nahiyyəsində artıq çəki şəklində görsənir və bədən qadın bədəni forması alır. Dəri üzərində striyalar, ağ geniş xəttlər müşahidə edilir. Bu Mc Donalds tipli restoranların yeməyindən ifrat istifadəyə bağlıdır. Daha sonra sosial və psixoloji faktorlar önə gəlir. Uşaqların görüntüsü çirkinləşir, evdən çıxmaq istəmirlər, öz dünyalarını kompyuter arxasında qururlar. Bu isə hərəkətsizliyə səbəb olur, piylənməni daha da artırır. Piy nəinki dərialtı piy qatında, еyni zamanda daхili orqanlarda toplanaraq onların normal fəaliyyətini pozur, insana həm fiziki, həm də mənəvi əzab vеrir. Buna görə də piylənmənin profilaktikası uşaq yaşlarından aparılmalıdır. Hər bir uşağa qidalanma mədəniyyəti aşılanmalıdır. Buna isə ilk növbədə validеynlər özləri riayət еtməlidir.

Sosial mediada paylaşın

Leave a Reply