Ürəyə faydalı qidalar

ureye faydali qidalar

Ürəyə faydalı qidalar

Sağlam bədən üçün 50-dən çox müxtəlif qidaya ehtiyac var. Təkcə bu qidalarla heç vaxt bədən üçün lazım olan faydanı təmin etmək və konkret super faydalı bir qidadan bəhs etmək mümkün deyil. Bununla belə, bəzi qidalar var ki, onlar ürək sağlamlığına digərlərindən daha çox faydalıdır. Bu qidaları aşağıdakı kimi sadalaya bilərik:

  • Yağlı balıqlar – Somon, ton balığı, sardina və alabalıq kimi omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar ürək sağlamlığınızı dəstəkləyir. Balıqdakı omeqa-3 yağ turşuları nizamsız ürək döyüntülərinin və damarların tıxanmasına səbəb olan lövhə əmələ gəlməsinin qarşısını alır.
  • Quru meyvələr – Badam, qoz və fındıq kimi çərəzlər tərkibindəki lif və sağlam yağ turşuları ilə ürək sağlamlığınızı qoruyur. Bu məhsulların tərkibində duzsuz olanları seçməlisiniz.
  • Giləmeyvələr – Qaragilə, moruq, böyürtkən və çiyələk kimi giləmeyvələr tərkibindəki lif və bioaktiv birləşmələr sayəsində ürək dostu sayıla bilər. Bu giləmeyvələrə rəng verən birləşmələr qan təzyiqini tarazlayır və damar sağlamlığını qoruyur.
  • Kətan toxumu – Tərkibindəki omeqa-3 yağ turşuları, lif və bioaktiv birləşmələrlə ürək sağlamlığının qorunmasını təmin edir. Əzilmiş şəkildə istifadə edilməlidir.
  • Yulaf əzməsi – Tərkibindəki həll olunan lif sayəsində qidanın tərkibindəki xolesterinin bir hissəsinin nəcislə atılmasını təmin edir, xolesterin səviyyəsini azaldır və toxluq hissi verir.
  • Paxla – Quru lobya, noxud və yaşıl mərci kimi paxlalılar lif və B qrupu vitaminləri ilə zəngindir və ürək sağlamlığını qoruyur. Paxlalı bitkilər qlükozanı balanslaşdırmağa kömək edir.
  • Narıncı və qırmızı tərəvəzlər – Yerkökü, şirin kartof, qırmızı bibər və balqabaq ürək sağlamlığını qoruyan beta karotin, lif və C vitamini ilə zəngindir. Kartof yaxşı bir kalium mənbəyidir və qan təzyiqini sabitləşdirməyə kömək edir.
  • Yaşıl yarpaqlı tərəvəzlər – İspanaq və brokoli kimi yaşıl tərəvəzlər kalium, lif, folat (fol turşusu), kalsium və C vitamini ilə zəngin ürək dostu tərəvəzlərdir.

Sosial mediada paylaşın

Leave a Reply