Sürətli enerji itkisi

Sürətli enerji itkisi

Bilirsinizmi ki, son zamanlar marketlərdə məlum qazlı içkilərin ( Coca-Cola, Sprite, Fanta) satışından daha çox enerji içkisi satılır. Bu içkilərin gümrahlıq verdiyi düşünülür. Ancaq enerji içkisi qəbul edənlərin bir şeyə diqqət etməsini istəyirəm. Düşünün, enerji içkisi qəbulundan neçə saat sonra anidən yorğunluq gəlir vücudunuza? Enerji içkisi içildiyi anda bədəninizdə olan ehtiyat enerjini də alıb beyninizə ötürür. Ani gümrahlıq gəlir, əhvalınız yaxşılaşır, iki saat sonra bədəniniz yenidən içkini tələb edir. Bu səfər içki qəbul edildikdə enerji ehtiyatı olmadığlndan bədənə heç bir müsbət təsiri olmur və əksinə bədənin bütün müqavimətini azaldır. Ürək döyüntünüz sürətlənir, sürətli döyüntü isə ürəyin iki qat yüklə işləməsini, orqanizmin erkən tükənməsini törədir. Enerji içkiləri ucuzdur və bunu nəzərə alaraq övladlarınıza hətta məktəb xərcliyi verdikdə belə bu xərcliyin hara getdiyinə diqqət edin. Mən yeniyetmələrlə söhbətimdə, həmçinin gənclərdən də anamnez topladıqda “Energetik içki içirsinizmi?” sualına heç “yox” cavabı eşitmədim. Diqqətli olun!

 

Sosial mediada paylaşın

Leave a Reply