Stent əməliyyatı

Stent əməliyyatı

Stent müasir kardiologiyanın ayrılmaz hissəsidir. Bəli, “20 il öncə də Azərbaycanda insanlar infarkt keçirdirdi. Stentsiz də yaşayırdı, həyat fəaliyyəti də normal idi. Dərmanlarla da sağalırdı” – deyə düşünən çox insan var. Ancaq əvvəla bir şey qeyd edim ki, dərmanlar baş vermiş prosesi sağaltmır, sadəcə şikayətləri aradan qaldırır ki, bu da xəstəliyin daha çox artmasının qarşısını alır. İkincisi, o zamanlar infarkt diaqnozu həddindən çox insana qoyulurdu və həkimlərin əlində diaqnostik müayinələrin azlığı bəzən yanılmalara gətirib çıxardırdı. İndi gələk stent məsələsinə. Stent taxılmasında ən önəmli məsələ zamandır. İnfarktın ilk saatlarında taxılan stentlər ürəkdə başlayan infarkt prosesini geriyə qaytarır. Xəstənin ürək yığılması azalmır, sağalma prosesi erkən olur, reabilitasiyası da tez baş verir. Gecikmiş xəstələrdə angioplastika prosesi, bu qərarın verilməsi həkim təcrübəsi tələb edir. Savadlı invaziv kardioloq doğru qərar verdiyi halda (buraya digər damarların vəziyyəti, xəstənin yanaşı xəstəlikləri, stentin ölçüsü, xəstənin ürəyinin yığılması və s. aiddir) stent taxılma əməliyyatı xəstənin lehinə olur.

Sosial mediada paylaşın

Leave a Reply