Ramazan ayında düzgün qidalanma

Ramazan ayında düzgün qidalanma

Ramazan ayında yanlış qidalanma sağlamlığımızı ciddi risk altına ala bilər. Su və duzun paralel şəkildə itirlməs orqanizmin tarazlığını pozur. Bu da təzyiqin lazım olan dəyərdən çox aşağı düşməsinə və ürəyin bəzi xəstəliklərinin üzə çıxmasına səbəb olur. Aclıq hissi iftarda çox yemək yemək istəyini yaratdığından mədənin ani şəkildə qida ilə dolması döyüntülərin üzə çıxmasına və aritmiyalara gətirib çıxara bilir. Təzyiq və ürək xəstələri ( xüsusən yaxın zamanda ürəyində əməliyyat keçirən, ürək çatışmazlığı olan, xəstəxanada yatan ) xəstələr dərmanlarını vaxtında qəbul edə bilmədiklərindən oruc tutmamalıdırlar. Ancaq oruc tutmaqda israrlıdırlarsa mütləq kardioloqa baş çəkməli,  dərman saatlarını özbaşına dəyişməməlidirlər.

 

Sahurda və iftarda bol su içməli, iftarda yemək çox az miqdarda yeyib bir qədər gəzməli, ondan sonra təkrar masaya oturmalı, az yeməkdən sonra dərmanlarını qəbul etməli, daha sonra istədiklərində təkrar bəzi tərəvəzlər və bol proteinli qidalar qəbul etmək məqsədi ilə masaya dönməlidirlər.

Sosial mediada paylaşın

Leave a Reply