ARİTMOGEN SAĞ MƏDƏCİK DİSPLAZİYASI

ARİTMOGEN SAĞ MƏDƏCİK DİSPLAZİYASI

Ürək dörd boşluqdan ibarətdir və çox zaman sol mədəciyə ürəyin ən ciddi və xəstələndikdə qorxulu sahəsi kimi baxırlar, ancaq elə deyil. Ürəyin ən qorxulu şöbələrindən biri sağ mədəcikdir. Sağ mədəcik daxilindən müxtəlif qorxulu aritmiyalar çıxarmağa qadirdir və sağ mədəcik müxtəlif xəstəliklərə sahib ola bilir. Bunlardan da ən qorxulusu aritmogen sağ mədəcik displaziyasıdır, tibbi adı qısa şəkildə beynəlxalq dildə ARVD adlandırılır. Əksər hallarda irsi xarakter daşıyır və çox öldürücüdür.
BU yaxınlarda bu xəstəliyə tutulmuş bir pasient yanımıza göndərmişdilər . Daha doğrusu ilk bizə baş vurmuşdur. Daxil olarkən də qardaşında ( 22 yaşında) ani ölüm olduğunu, özündə də ara sıra döyüntülər olduğunu və bir neçə dəfə də özündən getdiyini söyləmişdir. Əslində elektrokardioqramması vardır, kardioqrammada ARVD xəstəliyinə işarələr var idi, ancaq biz exokardioqrafiya eləmişdik və burada sağ mədəciyin həqiqətən də normadan çox böyük olduğunu görmüşdük. Pasient MRT müayinəsinə yönləndirilmiş və orada diaqnoz təsdiqlənmişdir. Bu zaman hələ xəstəliyin ilk dövrlərində pasientdə ara sıra döyüntülər olduğundan dərmanlarla müəyyən nəticə əldə etmək mümkün olur. Daha sonra isə get gedə artan xarakterdə sağ mədəciyin içərisində fibroz toxuma, çağıqlar artır, hər biri potensial aritmiya ocağı hesab edilir. Xəstəliyin qeyri genetik növləri müxtəlif keçirilmiş xəstəliklərə bağlı olduğu düşünülür, lakin yenə də hansı səbəbdən olur olsun ürəkdə təsbit olundusa qəfləti ölümün qarşısını almaq üçün ürəkdaxili defibrilyatora ehtiyac duyulur.
ARVD nin diaqnoz alqoritmi exokardioqrafiya, daha sonra isə ürəyin MRT müayinəsidir. Hər böyümüş sağ mədəciyə ARVD diaqnozu qoyulmur.

Sosial mediada paylaşın

Leave a Reply