Duzun insan orqanizminə zərəri

Duzun insan orqanizminə zərəri

Duz bədən funksiyaları üçün zəruri olsa da artıq istehlak edildikdə zərərli təsirlərə yol açır. Çünki çox duz qan təzyiqini yüksəldir, yüksək qan təzyiqi isə ürəyi böyüdür, ürək çatışmazlığı, iflic riskini artırır, böyrək funksiyalarını pozur, görməyə təsir edir. Bu zərərli təsirlər qan təzyiqi artdıqca artır. Amerikan həkimləri yüksək qan təzyiqinin əsrin epidemiyası olduğunu deyirlər. Duz ayrıca böyrək daşı və osteoporoz riskini artırdığına, köklüyə gətirib çıxardığına, mədə xərçənginin əsas səbəbi olduğuna və astmatik tutmaların şiddətini artırdığına dair də gedərək artan dəlillər mövcuddur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ifliclərin 62 faizi, koronar ürək xəstəliklərinin isə 49 faizi yüksək qan təzyiqindən olur. Müsəlman ölkələrinin çoxunda duz istehlakı Avropa ölkələrinə nəzərən çoxdur. Əgər Avropada gündəlik duz qəbulu 9-12 qramdırsa, müsəlman ölkələrinin əksəriyyətində bu gündə orta hesabla 18 qramdır. Azərbaycanda yetişkin əhalinin təxminən üçdə birində hipertoniya mövcuddur. Bütün bunlar göstərir ki, cəmiyyətimizə artıq daxilində duz məhdudlaşdırma tələbatı qoyulmalı və profilaktik tədbirlər ciddi şəkildə aparılmalıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, duz istehsal edən ölkələrdə istehlak edilən duzun 75-80 faizi təbii deyil və sadəcə 10 faizi təbii olaraq alınır. Bəs nə qədər duzdan sonra qırmızı sərhəd yaranır? Böyük insanlarda bu rəqəm ortalama 5 qramdır. Ancaq təzyiqi olanlar, qara dərililər üçün bu rəqəm 3 qramdır.Yeməyin dadına baxmadan əlini duza uzadan insanlar üçün qeyd etmək istəyirəm ki, o süfrədə mövcud olan çörəkdə belə artıq duz var. Sizə yemək gəlib süfrəyə çatana qədər artıq ona duz vurulmuş olur və bu sizin günlük ehtiyac normanızın da keçməsi deməkdir. Bəs duzu azaltmaq üçün nə etmək lazımdır? Duzu birdən-birə kəsmək çox çətindir, anlayıram. Tədricən azaldılsa, bir neçə həftə içində dad duyğusu buna alışacaqdır. Yeməyi bişirdikdə duz əlavə etməyin. Restoranda yeməyinizinin duzsuz hazırlanmasını istəyin. Qəhvənizi necə sadə istəyirsinizsə, yeməyinizi də duzsuz istəyin. Masadan duzqabını qaldırın. Ləzzət üçün nanə, cəfəri, şüyüd, müxtəlif ədviyyatlar, qırmızı toz bibər istifadə edin. Hazır sous, moyanez, ketçupdan uzaq olun. Market alış-verişində alacağınız məhsulun məzmununa baxmağı vərdiş halına gətirin. Çünki çoxlu ərzaq var ki, tərkibində duz var, özü isə duz dadı vermir. Eyni məhsulda fərqli markalar var ki, birində duzun miqdarı çoxdur, digərində azdır, halbuki ikisi də eyni dadı verir. Tərəvəz və meyvələrin tərkibində duz az olduğundan çalışından onlardan çox qəbul edin. Qəlyanaltı üçün çipsi, quru meyvə yerinə meyvə yeyin. Özünüzə normativ qoyun və hər gün bir az daha az duz qəbul etməyə diqqət göstərin.

Sosial mediada paylaşın

Leave a Reply