Arterial təzyiq yüksəkdirsə, bu müayinələrdən keçməlisiniz

Arterial təzyiq yüksəkdirsə, bu müayinələrdən keçməlisiniz

Arterial təzyiqiniz yüksəlirsə, hansı müayinələrdən keçməlisiniz?

Bu məqalədə sizə bu zaman istifadə edilən checkup-dan bəhs edəcəm, onun əsasında özünüz də özünüzü müayinədən keçirə bilərsiniz.

Əvvəla onu deyim ki, həkimə getməzdən öncə evdə təzyiqinizi bir neçə gün, gündə üç dəfə olmaqla ölçün. Çünki həkimə getdikdə təzyiqiniz yüksək olacaq və həkimə doğru məlumat verməyinizə çətinlik yaradacaq.

Həkim anamnezi

Həkim sizinlə ətraflı söhbət etməli, irsiyyəti araşdırmalı, yanaşı xəstəlikləri soruşmalı, sidiyə çıxıb-çıxmamağınızla, qidalarınızla maraqlanmalı, yuxunuzun olub-olmadığını soruşmalı, əsəb sisteminizə toxunmalı, ürəyinizi dinləməli, arterial təzyiqi hər iki qolda ölçməli, ayaqlarınıza baxmalı, varikozları soruşmalı, çəkinizi bilməli, bel çevrənizi ölçməli və ya diqqət etməli, periferiyada nəbzə baxmalı, yuxu arteriyalarınızı dinləməlidir.

Bundan sonra instrumental müayinələrə göndərməlidir.

  • ekq;
  • exokq;
  • təzyiq holter;
  • yuxu arteriyalarının doppleri.

Laborator analizlər

  • Qanın ümumu analizi (hemoqlobin hematokrit);
  • Şəkər;
  • Lipidlər;
  • Elektrolidlər;
  • Sidik turşusu və kreatinin;
  • ALT AST;
  • Sidiyin ümumi analizi.

Digər mütəxəssislərin baxışı:

  • Uroloq;
  • Göz həkimi;
  • Nevropatoloq.

Sosial mediada paylaşın

Leave a Reply