Covid və Ürək

Covid və Ürək

Əvvəllər ürək-damar sistemi ilə bağlı heç bir problemi olmadığı halda, son zamanlar COVID-19 infeksiyasına yoluxandan sonra ürək şikayətləri ilə üzləşən pasiyentlərin sayı artıb.
Beynəlxalq araşdırmalar göstərir ki, koronavirusa yoluxan pasiyentlərin bir qismində ürək əzələsinin iltihabı, yəni ürəyin MRT ilə təsdiqlənmiş miokarditi və artan troponin səviyyəsi (miokardın zədələnməsini göstərən ferment) müşahidə olunub. Xüsusilə, COVID-19 xəstəliyindən sağalan pasiyentlərin aşağıdakı simptomlara diqqət etmələrini və bu kimi hallarla qarşılaşdıqda kardioloqa müraciət etmələrini tövsiyə edirəm:

  • Kəskin sinə ağrısı olduqda;
  • Fiziki iş zamanı nəfəs darlığı yaşadıqda;
  • Ürək döyüntüsü və ya ürəyin işində fasilələr olduqda;
  • Ayaq və topuqları şişdikdə;
  • Yuxudan nəfəs darlığı və ya boğulma ilə oyandıqda;
  • Mütəmadi baş ağrıları olduqda.

Amma bu, heç də COVID-19 virusundan sağalan və sürətli ürək döyüntüsü, nəfəs darlığı, eyni zamanda, digər ürək şikayətləri olan hər kəsin miokardit olacağı demək deyil. Koronavirusdan sonra yaranan ürək-damar problemlərinə çox vaxt aşağıdakı hallar da səbəb olur:

  • Vegetativ sinir sistemi pozulması (zaman keçdikcə sağalır);
  • Gücsüzlük, fiziki halsızlıq, yorğunluq və ya enerji əskikliyi (zaman keçdikcə düzəlir);
  • Anksiyete pozğunluğu, depresiya və s. (psixoterapevtlə məsləhətləşib, antidepresan tipli dərmanlardan istifadə oluna bilər)

Sosial mediada paylaşın

Leave a Reply