Siqaretin qadın sağlamlığına ziyanı

Siqaretin qadın sağlamlığına ziyanı

Son zamanlar qadınlar arasında siqaret çəkmək dəb halını alıb. Kiməsə görə bu dəbdir, mənə görə sadəcə xəstəlik və iradə zəifliyi. Siqaretin tərkibindəki maddələrin nə qədər zərərli olduğu haqda artıq çox danışılıb və biz də bunu bilirik. Ancaq insan özü bunu anlamayınca heç bir pafoslu şüar ona təsir edə bilməz. Nikotin orqanizmi məhv edir. Bu həqiqətdir, bu proses çox asta getdiyindən edir siqaret çəkən insan ondan qorxmur. Nəzərə alsaq ki, 100-120 mq nikotini birdən-birə venaya yeritsək insan ölər. Amma asta şəkildə, illərlə qəbul etdikdə ani təsirdən fərqli olaraq insanlar yavaş-yavaş məhv olur. Hətta Dünya Sağlamlıq Təşkilatının verdiyi məlumata əsasən siqaret qadın sağlamlığına kişilərə nisbətə 2 dəfə çox ziyandır.

İndi isə keçək zərif qadın orqanizminə. Sümüklərimiz kişilərdən daha incədir, dərimiz daha həssas, daxili orqanlarımız daha kiçik, ürəyimiz daha nəcib, ürək damarlarımız daha nazikdir. Deməli biz qadınlara nikotinin təsiri daha təhlükəlidir. Sümüklərdən başlamış dəri, sümük, əzələlər – hər biri onun təsiri altına düşür və təbiətin qanununa əsasən zəriflik daha tez qırılır.

Hamilə qadın siqaret çəkərkən nikotin qanla uşağın da bədəninə keçir və həmin uşağın həm xarici həm daxili orqanlarında problemlər yaranır. Bəzən belə fikir səslənir ki kiçik siqaret ya mentollu siqaret daha az təsirlidir. Tamamən yanlışdır. Orada nikotin azdır, ancaq kim zəmanət verir ki, qutu sayı çox olmayacaq?

Siqaret çəkmək dəb deyil, diet deyil, siqaret çəkmək qeyri-zəriflik və xəstəlikdir.

Sosial mediada paylaşın

Leave a Reply