Ürəyə taxılan cihazlar

Ürəyə taxılan cihazlar

Ürəyə taxılan cihazlar üç növdür. Birinci növ – sadəcə nəbzin normal vurmasını təmin edir və nəbzi yüksəkdə tutur. İkinci növ defibrilyasiya icra edir və lazım olduqda, şoklama verərək xəstəni həyata qaytarır. Üçüncü növlər isə bütün bu xüsusiyyətləri özündə birləşdirir.

Hər xəstə fərdi olduğu kimi, hər xəstə üçün lazımlı olan cihaz növü də dəyişir. Birinə gərəkli olan cihaz növü digərində zərər verə bilər. Buna görə də hansı pasientin hansı cihaza uyğun olduğunu ilk öncə aritmoloq təyin edir. Bunun üçün pasientin müayinəsi, elektrokardioqramma və exokardioqrafiya ilkin olaraq lazımlı müayinələrdir. Daha sonra isə gərəyindən asılı olaraq pasienti MR müayinəsinə də göndərmək lazım ola bilir.

Cihaz taxılmasını bir çox xəstələr böyük depresiya, şokla qarşılayır, lakin əməliyyat olunduqdan sonra cihaz taxılan nahiyəyə diqqət azalır və bir zaman sonra əksər pasientlər orada cihazın olduğunu unudurlar.

Evdəki elektronik əşyaların cihaza və ya o cihazın o əşyalara heç bir təsiri yoxdur. Sadəcə hava limanından yoxlama cihazlarından keçdikdə, pasientlərin əlində xüsusi kart olur və o kartı göstərdikdə əllə üzərləri yoxlanılır.

Ürəyə taxılan cihazların ömrü nə qədərdir?

Cihazların ömrünə gəldikdə isə, ürək çatışmazlığı üçün olanları çıxsaq digər cihazlar 10-12 ilə yaxın ömür sürür. Sonra isə daha bəsit əməliyyatla cihazın batareyası dəyişdirilir. Ürək çatışmazlığı üçün olan cihaz növləri isə çalışma tempindən asılı olaraq ortalama 7-8 ilə yaxın ömür sürə bilir.

Daha ətraflı videoya keçid edərək tanış ola bilərsiniz:

Sosial mediada paylaşın

Leave a Reply