Hər kəs aspirin qəbul etməlidir?

aspirin

Hər kəs aspirin qəbul etməlidir?

Aspirinin faydalarını saymaqla bitmir. Lakin həqiqətənmi hər kəs aspirin qəbul etməlidir?

Ürək xəstəliyi olan, ürəyinə stent taxılan, şuntlama əməliyyatı olan şəxslər aspirin qəbul etməlidir. Gəlin, görək araşdırmalar nə deyir? Məşhur sağlamlıq mərkəzi Mayo klinikasının mütəxəssisləri tərəfindən 1400 nəfər üzərində 5.5 il ərzində aspirinlə bağlı araşdırma aparılıb. Aparılan araşdırma əsasən  hər gün aspirin qəbul edən xəstələrdə prostatın iki qat azaldığı müşahidə olunub.

Daimi olaraq həftədə iki dəfə aspirin istifadəsi eşitməni azaldır, lakin süd vəzisi xərçənginin qarşısını alır. Daimi aspirin qəbulu Alzheimer xəstəliyinin qarşısın alır, prostat vəzisi xərçənginin irəliləməsini saxlayır. Aspirin istifadə edən xəstələrdə, Parkinson xəstəliyi 40 faiz nisbətində azalır, amma şəkər xəstəliyi olan insanlarda ürək xəstəliyinə tutulma riski 50 faiz nisbətində artır.

Aspirinin nizamlı istifadəsi xəstələrdə mədə qanaması və mədə xorası riskini artırır. Qan durulducu olduğundan, qanın laxtalanmasına mane olur. Buna görə də mədə və beyin qanamalarında aspirin istifadəsi xoşagəlməz hallara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq aspirin istifadə etməzdən əvvəl mütləq həkimə müraciət edin.

Aspirinlə bağlı daha ətraflı məlumatı videodan əldə edə bilərsiniz:

“40 yaşdan böyük insanlar mütləq aspirin qəbul etməlidir?”

Sosial mediada paylaşın

Leave a Reply