Ürək çatışmazlığı – səbəbləri, əlamətləri, müalicəsi və müayinə metodları

ürək çatışmazlığı

Ürək çatışmazlığı – səbəbləri, əlamətləri, müalicəsi və müayinə metodları

Ürək çatışmazlığı ürəyin müxtəlif səbəblərdən dolayı öz funksiyasını çatdırmamasıdır. Bəs nədir ürəyin funksiyası? Çox sadə – qanı pompalamaq və qanı orqanlara ötürmək. Əgər ürəyin gücü normaldırsa, yəni 55-60% arasıdırsa, o zaman bütün orqanlar qanı normal şəkildə alır. Lakin yığılma zəifdirsə, ayaqlarda ödemlər, gecələr yatdıqda boğularaq oyanmalar, adi fiziki hərəkətdə təngnəfəslik, tez yorulma, yuxulama, qarında köp, qaz toplanma, bir az yemək yeyən kimi ürəkdöyünmənin artması müşahidə ediləcəkdir.

ürək çatışmazlığı kardio

Bu pasientləri həkimə gətirən ən böyük səbəb ilk olaraq yorğunluqdur. Pasient əvvəl rahatlıqla gördüyü işin öhdəsindən belə gələ bilmir. Məsələn səhər oyananda yatağı toplanması pasientə ağır bir fiziki yük kimin görsənir və bir zaman sonra heç bir işin öhdəsindən gələ bilmir.

Bu niyə belə olur? Gəlin baxaq. Düşünün- böyrəyə, ağciyərə, beyinə, mədə və bağırsaqlara az qan gedir, orqanlar fəaliyyətlərində zəifləyir və yalnız ürək çatışmazlığı deyil, bütün orqanizmin çatışmazlığı yaranır.

Həmçinin oxu: Aritmiya nədir?

Ürək çatışmazlığı zamanı ürəyin gücü niyə zəifləyir?

Bunun bir neçə səbəbi ola bilər. Hər bir səbəb haqqında ayrıca danışacağıq.

Ürək damarlarının tutulması

ürək çatışmazlığı red

Bilirsinizmi ki, ürək orqanları da qidalandırır, həmçinin özü-özünü də qidalandırır, çünki onun da əzələsinə qan lazımdır. Ürəyi qidalandıran üç böyük damar var və bu damarlarda tutulmalar olduqda ürəyin zəifləməsi baş verir. Bu xəstələrdə ilk şikayət göynəmədir. Düzdü şəkər xəstələrində bu göynəmə təngnəfəsliklə yerini dəyişə bilir. Şəkər xəstələri göynəməni hiss etməyə bilir, yerinə yol gəzəndə təngənəfəsəm deyirlər. Ürəyin qansız qalması dediyimiz kimi ürək əzələsinin də qansız qalmasına səbəb olur və o qansız qalan zona yığılmaqdan məhrum olur, nəticədə tam gücü ilə yığılan ürək zəifləyir və qanı normal şəkildə digər orqanlara ötürmür. (Həmçinin oxu: Ürək xərçəngi)

Ürəyin əzələsinin xəstəlikləri

Burada bəzən bu əzələnin niyə xəstələndiyini təyin etmək çətin olur. Bəzən irsi faktorlar önəm daşıyır, bəzən isə adi bir qızdırma, adi bir virus ürək əzələsini zədələyə bilir. Belə xəstələr çox zaman vaxtında kardioloqa və ya aritmoloqa müraciət etmirlər, ya da başqa həkimlərə gedirlər, bu isə vəziyyətin daha da ağırlaşmasına və çox zaman xəstənin tələf olmasına səbəb olur.

Yüksək sürətli ürəkdöyüntüsü

Günlərlə davam edən, ürəyin əzələsini yoran və nəticədə gücdən salan bir faktordur. Bu tip ürəkdöyüntülər çox zaman normal sinusdan deyil başqa ocaqlardan qaynaqlanır. Məsələn flatter tipində ürəkdöyünmə çox zaman adi sinus taxikardiyası ilə qarışıq salınır, halbuki xəstənin ürəyi uzun zaman flatter şəklində döyünərsə ürək çatışmazlığı mütləq yaranır. Bu zaman ən effektiv müalicə üsulu ablasiyadır. Ablasiyadan sonra ritm normala dönür və xəstənin ürəyində ilk altı ay ərzində yığılma bərpa olunur. (Maraqlı: Stimulyator Pacemaker cihaz implantasiyası)

Yüksək təzyiq

Bəzən təzyiqə önəm vermirik, amma o ürəyə təsir edərək onun divarlarının qalınlaşmasına, ölçülərinin böyüməsinə və funksiyasının zəifləməsinə səbəb olur. Yüksək təzyiqin müalicəsi sadəcə təzyiq dərmanlarının normal qəbul edilməsidir.

Ürək çatışmazlığı olub-olmadığını necə anlayaq?

ürək çatışmazlığını necə anlayaq

Exokardioqrafiya ilə. Bu müayinə metodu ürəyin yığılma faizi haqqında, ölçüləri və qapaq çatışmazlığı haqqında tam informasiya verir. Əgər sizdə və yaxınlarınızda yuxarıda göstərilən əlamətlər varsa, mütləq müraciət edin, səbəbi aydınlaşdıraq, zamanında müalicəyə başlayaq. Çünki tam zamanında başlanan müalicə xəstəliyin sağalmasına səbəb ola bilər. Zaman ürək çatışmazlığının lehinə işləyir.

Növbəti yazı: Səyirici aritmiya

Sosial mediada paylaşın