Tag - anju qoyulmasi

genetik urek xestelikleri

Genetik ürək xəstəlikləri

Son araşdırmalar göstərir ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də genetik faktorlardır. Anadangəlmə ürək qüsuru olan şəxslərin müalicəsi isə çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül olduğu variantlarında dərman müalicəsi aparılsa da, əksər hallarda bu problem cərrahi yollarla da aradan qaldırılır.
Daha Ətraflı

Cihaz implantasiyası

Azərbaycanda 2008-2009-cu illərdə mürəkkəb cihazların implantasiyasına başlanıldı və ilk olaraq çox böyük rezonansla qarşılandı. Bəsit yəni, təkcə nəbzi qaldıran cihazlar yox, həmçinin insanın qəfləti ölümünün qarşısını alan və ürək çatışmazlığında istifadə olunan cihazlar gündəmə gəldi. Bəs hansı hallarda ürəyə cihaz implantasiyası edilməldir? Hansı hallarda cihaza ehtiyac yoxdur. Ətraflı linə keçid edərək tanış ola bilərsiniz: Cihaz implantasiyası  
Daha Ətraflı

Stent əməliyyatı

Stent müasir kardiologiyanın ayrılmaz hissəsidir. Bəli, "20 il öncə də Azərbaycanda insanlar infarkt keçirdirdi. Stentsiz də yaşayırdı, həyat fəaliyyəti də normal idi. Dərmanlarla da sağalırdı" - deyə düşünən çox insan var. Ancaq əvvəla bir şey qeyd edim ki, dərmanlar baş vermiş prosesi sağaltmır, sadəcə şikayətləri aradan qaldırır ki, bu da xəstəliyin daha çox artmasının qarşısını alır. İkincisi, o zamanlar infarkt diaqnozu həddindən çox insana qoyulurdu və həkimlərin əlində diaqnostik müayinələrin azlığı bəzən yanılmalara gətirib çıxardırdı. İndi gələk stent məsələsinə. Stent taxılmasında ən önəmli məsələ zamandır. İnfarktın ilk saatlarında taxılan stentlər ürəkdə başlayan infarkt prosesini geriyə qaytarır. Xəstənin ürək yığılması azalmır, sağalma prosesi erkən olur, reabilitasiyası da tez baş verir. Gecikmiş xəstələrdə angioplastika prosesi, bu qərarın verilməsi həkim təcrübəsi tələb edir. Savadlı invaziv kardioloq doğru qərar verdiyi halda (buraya digər damarların vəziyyəti, xəstənin yanaşı xəstəlikləri, stentin ölçüsü, xəstənin ürəyinin yığılması və s. aiddir) stent taxılma əməliyyatı xəstənin lehinə olur.
Daha Ətraflı