Ürək üçün zərərli qidalar

Ürək üçün zərərli qidalar

Ürək-damar xəstəliklərinin qarşısının alınmasında qidalanmanın rolu əvəzolunmazdır. Müasir həyat tərzimiz, qeyri-sağlam qidalanma ürək-damar xəstəliklərinin cavanlaşmasına və geniş yayılmasına səbəb olur.

Ürək üçün ən zərərli qidalar arasında birinci yerdə qırmızı ət durur. Qırmızı ətin tərkibində olan doymuş yağların miqdarının çoxluğuna görə, onun qida rasionunda istifadəsini minimuma endirmək lazımdır. Qırmızı ət əvəzinə, daha çox balıq və quş ətinin yeyilməsi məsləhət görülür.

Duz ürək üçün zərərli qidalar arasında ikinci yeri utur. Duzun yeməklərdə həddindən artıq istifadəsi hipertoniya xəstəliyinin yaranmasına səbəb olur. Arterial təzyiqin yüksəlməsi ürək-damar xəstəliklərinə gətirib çıxaran əsas faktorlardan biridir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı duzun gündəlik istifadə miqdarını 5 qramdan çox olmamasını məsləhət görür.

Spirtli içkilər ürək üçün xüsusilə ziyandır. Belə ki, ürəyin qəfləti dayanmasına və infarktın baş verməsinə səbəb ola bilir.

Tərkibində spirt olmayan, lakin kofeini yüksək olan enerji içkilərinin qəbulu xüsusilə təhlükəlidir. Enerji içkiləri aritmiyanın yaranmasına və qəfləti ürək dayanmasına səbəb olur. Bundan başqa, enerji içkilərinin tərkibindəki şəkər bütün orqanizmlə yanaşı, ürək üçün də ziyandır.

Müxtəlif un məhsullarının ürək üçün ziyanı danılmazdır. Unlu məhsulların tərkibindəki karbohidratın çoxluğu xolesterinin yüksəlməsinə səbəb olur. Xolesterin isə damarları zədələyən və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan ən ən vacib faktorlardan biridir.

Müasir həyatın ayrılmaz hissəsi olan, xüsusilə də gənclərin sevdiyi qidalar yəni “fast food” ürək üçün ən zərərli qidalar siyahısındadır. İlk növbədə piylənmə və artıq çəki yaratması ürək xəstəliklərinə yol açan əsas faktorlardan biridir. Bundan başqa, “fast food”un tərkibindəki zərərli yağlar damar divarlarında piylərin toplanmasına və damarların funksiyasının zəifləməsinə səbəb olur. Damarların zədələnməsi nəticədə ürək-damar xəstəliklərinə yol açır.

Sosial mediada paylaşın

Leave a Reply