Gülüşün ürəyə təsiri

Gülüşün ürəyə təsiri

Gülüş ömrü uzadır və bunu yapon alimləri sübut etdilər.
2016-da yapon alimləri 20 min nəfərin iştirak etdiyi bir araşdırma aparmışdılar. Alimlər heç vaxt gülməyən insanların hansı xəstəliklərdən əziyyət çəkdiyini öyrənməyə çalışıblar. Məlum oldu ki, heç vaxt gülməyən insanlarda ürək-damar xəstəliklərinin yaranma riski 20% artır.
Gülüş ürəyə necə təsir edir?
  • Gülüş infarkt ehtimalını azaldır. Gülüş zamanı ürək ritmi sürətlənir-çünki bir neçə dəfə dərin nəfəs alırsınız. Bu, qan damarlarının işini yaxşılaşdırır-qan oksigenlə doyur və bədəndə aktiv şəkildə dövr  (sirkulyasiya) edir.
  • Gülüş arterial təzyiqi normallaşdırır. Gülərək, rahatlaşanda, işə endorfinlər daxil olurlar, “yaxşı” kimyəvi reaksiyalar işə düşür, həyəcan və gərginliyi aşağı salırlar.
Buna görə ən ağır həyat vəziyyətlərində belə gülməyi unutmayın. Bu problemlərinizi həll etməsə belə, sağlam bir ürək sahibi olacaqsınız!

Sosial mediada paylaşın

Leave a Reply