Tilt table testi nədir?

Tilt table testi nədir?

Tilt table testi ölkəmizdə çox az tibbi mərkəzlərdə icra olunduğundan üçün insanlara tanış olmayan müayinə üsuludur. Tilt table testi senkop – yəni bayılmalar zamanı çox əhəmiyyətlidir. Yəqin çoxumuzda həyatımızda bir dəfə də olsa bayılma halı olmuşdur. İsti mühitdə, sıx avtobusda, həyəcanlananda.. Bunların çoxu zərərsiz olduğu kimi bir çox bayılmalar ağır fiziki xəstəlikdən xəbər verir. Bunun nədən meydana gəldiyini müəyyən etmək üçün tilt table testi icra edilir.

Tilt table testi xüsusi masa üzərində aparılır. Xəstə masaya bağlanır və ona müxtəlif pozalar verilir, bu zaman xəstənin nəbzi və təzyiqi monitorda izlənilir. Müayinə sadə müayinə olub, 20 dəqiqə çəkir, lakin bayılmanın sizin üçün nə qədər təhlükəli olub olmadığına tam qərar verir.

Sosial mediada paylaşın