Holter müayinəsi

Holter müayinəsi

 

“Aritmiyam var” şikayəti edən xəstələrə ən düzgün yönləndirmələrdən biri də Holter müayinəsidir. Çox zaman  həkimə müraciət etdikdə xəstədə qəribə bir təzad baş verir – xəstənin şikayəti keçir. Ancaq həkimin xəstənin yanında 24 saat olmasının qeyri-mümkünlüyünü nəzərə alaraq xüsusi bir cihaz vasitəsilə xəstə özünü həkimin yanındaymiş kimi hiss edə bilər. Bu cihaz Holter cihazıdır.
Holter cihazı – kiçik, kənardan görsünməyən, paltarın altından taxılan cihazdır. Xəstə həkimə müraciət etdikdən sonra, həmin cihaz həkim tərəfindən xəstənin üzərinə taxılaraq evə buraxılır. Xəstə 24 saat ərzində normal həyat fəaliyyətinə davam edir və bu müddətdə cihaz ürəklə bağlı hər bir şeyi qeyd edir. Hətta biz çox zaman xəstələrə tövsiyə edirik ki, şikayət anını bir vərəqə qeyd etsinlər və biz cihazı incələdiyimiz zaman həmin saatlara daha dəqiq baxaq. Bu yolla xəstədə olan aritmiyaların əksəriyyətinə dəqiq diaqnoz qoymaq mümkündür.

Onu da qeyd edək ki, bu cihazların ayrıca arterial təzyiqi ölçən növləri də vardır. Çox zaman xəstələr təzyiqin qalxıb enməsindən, gecə yuxuda oyanmasından şikayət edir. Bu cihazla həkim sizin təzyiqin hansı saatda nə qədər qalxıb endiyini də müəyyən edə bilər.

Sosial mediada paylaşın

Leave a Reply